Çağdaş rəssam Fərid Rəsulov konseptual incəsənətə yönəlməzdən öncə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. On ili aşan praktikası ərzində rəssam bir çox sahəyə, Azərbaycan irsindən müşahidələri və bağları əks etdirən, geniş miqyaslı, detallı fotorealitstik rəsmlərə, arxitektur instalyasiyalara, üç ölçülü qrafikaya və heykəltəraşlığa müraciət edib. Onun əsərlərində güclü mədəni motivlərin üstünlük təşkil etməsi ilə yanaşı, keçmişlə indiki dövr arasında apardığı parallelər yaradıcılığına canlı, çağdaş bir üstünlük qazandırır. Gənc rəssam kimi, Azərbaycanı 53-cü Venesiya Bienalında təmsil etməyə layiq görülmüş F.Rəsulov  2013-cü ildə yenidən  “Ornamentasiya” adlı Azərbaycan xalça motivləriylə bəzədilmiş otaq böyüklüyündə instalyasiya ilə bu mötəbər tədbirə qatıldı. Əsər təqdimat zamanı bütün diqqətləri öz üzərinə toplamaqla yanaşı, yumoristik xüsusiyyət daşıyır, insanları estetik gözləntiləriylə baş-başa buraxır, milli xüsusiyyətləri gözə çarpmayacaq şəkildə əks etdirir. Həmin əsər Bakıda, o cümlədən, Baku MOMA solo şousunda, həmçinin Moskva, Paris, Dubay, London, İstanbul və Nyu-York kimi şəhərlərdə nümayiş etdirilib. Onun fövqəltəbii tərzi incəsənət dünyasında layiqincə qiymətləndirilir və rəssam 2016-cı ildə Arte Laguna Prize 10 tədbiri çərçivəsində heykəltəraşlıq və instalyasiya üzrə nominasiyanın qalibi olur.

 

Fəridin ənənəvi milli metodlardan istifadəsi yaradıcılığına möcüzəli şəkildə yansıyır. Onun Venesiya Bienalında təqdim etdiyi boz beton üzərində həkk olunmuş Azərbaycan milli şəbəkə və ağac motivlərindən ibarət “Love Me, Love Me Not” əsəri milli və çağdaş dünya dekorasiya texnikası arasında harmoniya yaradır. “Architectural Dichotomy” adlı əsər, yan-yana düzülən və ya betondan boylanan, lakin heç vaxt ona batmayan şəbəkə panelləri tərzində qarşılaşdırır – çağdaşlıq ənənənin yerini tutmur, onunla eynidir. 2015-ci ilə aid “Fragile 1 & 2” taxta skulpturalarda rəssam incəsənət əsərlərinin və taxta palitraların bərkidilməsi üçün istifadə olunan taraların üz hissəsinə zərif həndəsi fiqurlar həkk edərək bizi incəsənətə necə baxdığımız və onu necə hiss etdiyimiz barədə düşünməyə dəvət edir.

 

2017 və 2018-ci illərdə onun fəaliyyəti ,əsasən, ABŞ-da, Nyu-York ştatının şimalında yerləşən ARTOMİ-də və Missuri şəhərinin Sent-Luis şəhərindəki Adam Aronson İncəsənət Mərkəzində və Laumyer skulptur parkında geniş fərdi sərgidə nümayiş olunub. “1000 Skewers” sərgisində Fərid Azərbaycan folklorundan ilhamlanaraq möhtəşəm instalyasiya yaratmaq üçün 1000-dən çox şişdən istifadə etmişdir. Skulptur parkında nümayiş etdirilmiş böyük mediya işi olan “Bird #1” (2018) əsəri ənənəvi xalça motivlərindən ilhamlanmış, Azərbaycanın vizual mədəniyyətinə olan heyranlığını əks etdirmişdir.

 

Bakıya qayıtdıqdan sonra  Fərid azərbaycanlı rəssam Aida Mahmudova ilə birgə “Chelebi” dizayn şirkəti ilə əməkdaşlığa etməyə başladı. Buradakı mebel və dekorativ elementlər Fəridin ənənə ilə müasirliyi birləşdirmək sevgisinin nəticəsidir. Yarat-la birgə qurduğu studiyasında o,  perspektivlərimizə çağırış edən və insanları dünyanı gözlənilməz formalarda görməyə dəvət edən sənət əsərləri yaratmağa davam edir.

 

Contemporary artist Farid Rasulov first trained as a doctor at the Azerbaijan State Medical University before shifting his focus to conceptual art. Since his practice began over a decade ago, he has explored a variety of media in his work including large-scale intricately detailed photo-realistic paintings, architectural installations, 3D graphics, and sculpture, often reflecting observations and connections that are inspired by Azerbaijani heritage. While cultural motifs feature strongly in his work, the parallels that he draws between past and present through his use of materiality and technique gives the work a refreshingly contemporary edge. As a young artist, he was chosen to represent Azerbaijan at the 53rd Venice Biennale and participated again in 2013 with a room-sized installation covered in Azerbaijani carpet motifs themed as ‘Ornamentation’, a work that is both arresting in its presentation, but also humorous, asking us to confront our aesthetic expectations and the way in which tradition is ever-present, often in a not-so-subtle way. He has exhibited his work widely in Baku including a solo show at the Baku MOMA, and internationally in places such as Moscow, Paris, Dubai, London, Istanbul and New York. His iconic style has captured the global art world, including the award of the 2016 ArteLagunaPrize 10, where Farid was the winner of the sculptural and installation section.

Farid’s use of the traditional techniques of Azerbaijani craft has translated into his artwork in surprising ways. His work for the 2013 group exhibition Love Me, Love Me Not, which was presented at the Venice Biennale, melded Azerbaijani shebeke glass and wood motifs with panels of grey concrete, creating a tension between traditional decoration techniques and materials of the contemporary world. The work, entitled ‘Architectural Dichotomy’ (2013), juxtaposes these styles of architecture in a tentative coexistence, either placed side by side, or with shebeke panels emerging from concrete, but never permeating it – modernity is equal to tradition, as opposed to have replaced it.  In his 2015 series of wood sculptures ‘Fragile 1 & 2,’ he carved delicate geometric patterns into the exterior of crates used to ship artwork and wooden pallettes, inviting us to examine how we look at and experience art. In 2017 and 2018 his work was exhibited prominently in the USA, including work from his residency at ARTOMI in upstate New York and a large solo exhibition at the Adam Aronson Fine Arts Center and Laumeier Sculpture Park in St. Louis, Missouri. In the exhibition 1,001 Skewers, Farid used over 1,000 steel meat skewers to create a massive installation of imagery inspired by Azerbaijani folklore. In the sculpture park, his large mixed media work ‘Bird #1’ (2018) was inspired by traditional carpet motifs, a return to his appreciation for the visual culture of Azerbaijan.

Back in Baku, Farid also collaborates with Azerbaijani artist Aida Mahmudova through the design company Chelebi, where furniture and decorative elements are a playful manifestation of Farid’s love of combining. tradition with modernity. At his studio with Yarat, he continues to create artworks that challenge our perspectives and invite us to see the world in unexpected ways.

Fərid Rəsulovun veb saytıFərid Rəsulovun veb saytı

Müəllif

Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər region müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.

Lesley Gray is a Dubai-based curator and researcher focusing on contemporary art in the GCC and Caspian Sea regions. She is also a freelance writer covering Central and West Asia for the art journal ArtAsiaPacific. She loves the Baku art scene and visits often.

Tags: