Hüseyn Haqverdiyev

Hüseyn Haqverdiyevin əl işlərini Bakının mədəni mənzərəsi boyunca görmək mümkündür. Oturuşmuş və beynəlxalq şöhrətə sahib Hüseyn 1980-ci ildən bəri Azərbaycan rəssamlıq səhnəsinin ayrılmaz hissəsidir. Öz karyerasına gənc rəssam kimi Sovet dövründə başlayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə müasir incəsənətin inkişafına tövhə verərək ölkənin ən mühüm və barmaqla sayılan rəssamlarından birinə çevrilib. Fotoqrafiya, heykəltəraşlıq, instalyasiya və rəsm kimi müxtəlif sahələrdə işləyən sənətkarın təcrübi və mürəkkəb işi maddiliyi, formanı və hissləri araşdırır. Azərbaycandakı fəaliyyəti ilə birgə, Hüseyn Almaniya, Gürcüstan, Böyük Britaniya, ABŞ, BƏƏ, Norveç, Fransa, Rusiya, Hindistan, Özbəkistan və İtaliya kimi ölkələrdə baş tutan mühüm heykəltəraşlıq simpoziumlarında, həmçinin fərdi və qrup sərgilərində iştirak edib. 2003-cü ildə Azərbaycanın Əməkdar Rəssamı adına layiq görülən Hüseyn Haqverdiyevin təcrübəsi genişlənib inkişaf etməkdədir. Onun ən tanınan ictimai əsərləri sırasında Bakıdakı Katolik kilsəsindəki Müqəddəs Məryəmin heykəlini və Səngəçal neft terminalında quraşdırılan “Xəzər dənizi əfsanəsi” adlı nəhəng mozaik əl işini qeyd etmək olar. Onun monumental əsərləri, rəssamın ziyadə ustalığını nümayiş etdirən akril və qrafik əl işləri ilə yanaşı durur.

 

Müasir mövcudluğun çoxşaxəli qatlarını araşdıran Hüseynin yaradıcılığı hərtərəfli olmaqla yanaşı həm də məhsuldardır. 2013-cü ildə Yay qalereyasında baş tutan “Başqa şəhər” adlı birgə sərgidə nümayiş edilən onun şıltaq və tilsimləyici pastel və akril əsərləri şəhər həyatının usanmaz enerjisini əks etdirir və müasir mühiti çaş-baş salır. Son dönəmdəki ən mühüm işlərindən birində o, 2015-ci ildə keçirilən 56-cı Venesiya bienalında Azərbaycan pavilyonu üçün “Xəttdən kənar” adlı nəhəng instalyasiya təqdim edir. Üzərinə çərtiklər həkk olunmuş yanıb qaralmış taxta şalbanlardan ibarət bu instalyasiya məhv olmuş ağac mənzərəsini xatırladır. Pavilyonun girişinin yanında yerləşən instalyasiya müasir rəssamlıq təcrübəsi ilə SSRİ-yə inad öz estetik üslublarında yaratmağı seçən zülmə məruz qalmış bütün azərbaycanlı rəssamlar arasında körpü salır.

 

Onun işləri həmçinin Bakıdakı Daş Salnamə Muzeyinin əsas sərgisinin bir hissəsidir. Bu əsər ta qədimdən dövrümüzədək Azərbaycan mədəniyyətinin ifadə olunması baxımından daşın vacibliyini təqdim edir. Hüseyn Haqverdiyevin “Arteriya” adlı daş əsərləri bienal üçün təqdim etdiyi əl işinə bənzəyən dərin çərtiklərlə bəzədilmiş meqalitlərdən ibarətdir. Burada qədim daş texnologiyasını istifadə etməklə rəssam müasir insan mövcudluğunun mürəkkəb emosiyalarını araşdırır. Təbii material olan taxta və daş istifadə etməklə, Hüseyn Haqverdiyev dəyişən dünya ilə bağlı olaraq silinməz təəssürat bağışlamaqda onların universallığını nümayiş etdirir. Hüseynin təcrübəsi püxtələşdikcə yaradıcılığı get-gedə daha maraq kəsb etməyə başlayır.

Hüseyn Haqverdiyev
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir