İmran Məcidov

 İmran Məcidov

Əslən Qubalı olan oturuşmuş rəssam İmran Məcidov, Əzim Əzimzadə adına Rəssamlıq kollecində oxuduğu vaxtdan bəri Bakıda yaşamışdır. İncəsənətin rəssamlıq, heykəltəraşlıq, xalçaçılıq və fotoqrafiya kimi müxtəlif sahələrində çalışan rəssamın fərqli və mürəkkəb yaradıcılığı, diqqəti əsasən fəlsəfə, elm və ixtiralara yönəldir. Azərbaycan Rəssamlar Birliyinin üzvü olan İmran Məcidov bütün dünyanı, o cümlədən Bolqarıstan, Rusiya və Ukrayna kimi ölkələri gəzərək öz əl işlərini orada sərgiləyib. Karyerası boyunca əsərləri geniş şəkildə Bakıda nümayiş etdirilən rəssamın 2018-ci ildə Bunker Art Ground-da fərdi sərgisi baş tutub. İmran əsl vizionerdir – son 7 ildə psixiatrik xəstəxanada müalicə almasına baxmayaraq, onun yaradıcılığı həyatının bütün sahələrini əhatə edir. Hətta həyatının bu dövründə yaratmaq istəyi və marağı onu irəli aparır və rəssamın təcrübəsinın inkişafında bir növ cığır açır. İmran yaşadığı dövlət xəstəxanasında özü üçün studiya yaradıb, orada şəkil çəkib, heykəllər hazırlayaraq, radiostansiya və kinoteatrı özündə birləşdirən xəstəxananın kiçik yaradıcı pasientlər icmasının arasında öz rəssamlıq təcrübəsini davam etdirir.

 

Klinikada onun işi dəstəklənir və rəssama, öz rəssamlıq sərgilərində iştirak etmək üçün müəssisəni tərk etməyə icazə verilir. Müalicə zamanı öz rəssamlıq praktikasını davam etdirmək imkanı olmasına baxmayaraq, müəssisədə keçirdiyi vaxtlar İmrana ağır gəlir. O, təbbi olaraq, özünü yaranan vəziyyət səbəbilə məhdudlaşdırılmış hiss edir, lakin onun hazırki vəziyyəti İmranın həyat və insan fəaliyyəti barədə şəxsi əqidəsini gücləndirib. İmranın yaradıcılığı onun “axtardığınız hər şey, artıq sizin içinizdədir” mənasından ibarət şəxsi fəlsəfəsinə əsaslanır. Bu fəlsəfə – onun zəngin daxili həyatını, ümidlərini və arzularını əks etdirən bir inancdır. Müalicə aldığı dönəm yaratdığı incəsənətin müxtəlif sahələrinin miksindən ibarət əl işləri fantastik mənzərələri, canlıları, binaları və sözləri əhatə edir. Bununla rəssam incəsənət əsərlərinin vasitəsi ilə cəmiyyətin inkişafına töhfə vermək istəyinin bariz nümunəsini ifadə etmək istəyir. Onun bir çox əsərləri, bəşəriyyətin xeyri naminə istifadə etmək istədiyi yeni texnologiyaları, maşınları və elmi ixtiraları araşdırır. Olduqca həssas olan İmran veqandır – ət və canlılardan alınan məhsulları yemir. Yeri gəlmişkən, hazırki durumda İmran özünəməxsus bir mübarizə aparır, çünki onun pasient yoldaşları rəssamın bu xüsusiyyətini qəribə hesab edir.

 

Estetik baxımdan onun rəng palitrası əhvalına bağlıdır – sərgiləri üçün əsərlərini planlaşdırdıqda, insanların diqqətini yaradıcılığına cəlb etmək üçün daha parlaq tonlar istifadə edir. Buna baxmayaraq, onun rəssamlıq praktikasının miqyası, vəziyyətinin ağırlığını və emosional iztirablarını, rəsmin subyekti isə düşdüyü vəziyyətin yumşalması istəyini, həmçinin özünün və ona dəstək verən pasientlərin psixoloji sağlamlığa qovuşması istəyini əks etdirir. Bütün maneələrə baxmayaraq, həm xəstəxanada, həm də onun hüdudları xaricində – dünyanı daha yaxşı etməyə yönəlmiş İmranın incəsənət əsərləri yaratmaqla bağlı iradəsi həqiqətən də ilham mənbəyidir.

İmran Məcidov

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir