Natəvan Vahabova

 Natəvan Vahabova

Natəvan Vahabova Bakıda anadan olmuş  gənc azərbaycanlı fotoqrafdır. 2004-cü ildən bəri Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan Natəvan ötən il Tiflis Multimedia və Fotoqrafiya Muzeyi nəzdində Cənubi Qafqazdan olan qadın fotoqraflar üçün nəzərdə tutulmuş qrant proqramı çərçivəsində  Yustina Mielnikeviçin mentorluğu ilə “Children of Shelter” (“Sığınacaq uşaqları”) adlı layihəsini təqdim etmişdir.

Fotolayihə Bakıdakı qadın sığınacaqlarından birində yaşayan qadınlar və onların uşaqlarının gündəlik yaşamını əks etdirir. İnsan hüquqları müdafiəçilərinin təqdim etdiyi statistikaya əsasən 2019-cü ildə Azərbaycandakı qadınların 43%-i psixoloji və fiziki zorakılığa məruz qalıb və 29% hallarda isə zorakı olan bu qadınların həyat yoldaşları və ya digər qohumlarıdır. Sığınacaqdakı qadınların əksəriyyətinin həyat yoldaşları və qohumları olmasına baxmayaraq, onlar məcburi şəkildə övladları ilə burada məskunlaşıblar. Buradakı uşaqlar məktəbə gedir, oyuncaqları ilə oynayır, bayram keçirir, gülərək, əylənərək, ağlayaraq heç nə olmamış kimi həyatlarına davam edirlər. Çox vaxt isə anaları onları sığınacaqda qoyaraq işləməyə gedirlər. Sığınacaq 18 ildir ki, mövcuddur və sakinləri tez-tez dəyişsə də, demək olar ki, o boş qalmır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir