Niyaz Nəcəfov

Azerbaijani painter Niyaz Najafov in his workshop in Montreuil, Île-de-France, France on Monday, 9 December, 2013. Photographer: Andrew C. Kolalev (ckovalev.com) for Baku magazine

Bakı və Parisdə yaşayan müasir sənətkar Niyaz Nəcəfov (Bakı, 1968) öz ifadəli və emosional yağlı boya rəngkarlığı ilə beynəlxalq dərəcədə tanınıb. Bakıda öz işlərini uzun müddətdir Yarat studiyalarında görür. O incəsənətdən əvvəl professional idmançı olub, daha sonra isə özünü inkişaf etdirərək insan formalarını portretləşdirib. Onun parlaq qələvi , səssiz torpaq tonları, bəzən qara kölgələrlə müşaiyət olunan işlərindəki bu fiqurlar həm gülünc, həm də narahat edicidir. Bu əsərlərin qəhrəmanları gündəlik həyatda rast gəldiyimiz sadə insanların karikaturalarıdır – kimsə həyətində işləyir, kişilər küçədə mübahisə edir, idman zalında məşq edir, domino oynayır və ya sadəcə arxaya yaslanıb dayanır. Lakin onların formaları bədən ölçülərinin üzərində oynanmış hallarıdır. Onun dəyişkən vizual perspektivdən istifadəsi gündəlik həyatın səthinin altında gizlənmiş dərin emosional cərəyanları simvolizə edir – bəzən şeylər əslində göründüyü kimi deyil və nadir hallarda onları görmək istədiyimiz kimidir. Məhz onun bu daxili həyatı ifadə tərzindəki bacarığı London, Paris, Berlin, Moskva və Cenevrə kimi şəhərlərdə sərgilərinin təşkil olunmasına və Azərbaycanı 2009-cu ildə Venesiya bienalında təmsil etməyinə gətirib çıxarıb. Amma son işinin arxasında duran əsas motiv sənət əsərinin cəmiyyətə açıq yerdə nümayişidir.
 
Onun 2017-ci ilin mayında, Londondakı Gazelli İncəsənət Evindəki son sərgisi olan “Absorb, Adhere, Advance” (Mənimsə, İnan, İrəlilə) “sosial incəsənət” adını verdiyi yeni tərzi göstərdi – ordan-burdan tapdığı karton və posterləri bitki əsaslı canlı yağlı-boya rəsmləri üçün kanvas kimi istifadə edib. Əsərlərin özü onun tərzinin emblematik ifasıdır – açıq tonların tutuşduğu qara fon və kölgələrin arasından ləçəklər çıxır. Onun ifadəli tərzi adi ev dekorasiyası olan gül vazasına ötürülür, ona emosional və konseptual dərinlik verir – çiçəklər gözəldir amma emosional jestin simvoludur – həm şənlik üçün hədiyyədir, həm də səndən ayrılan həyat yoldaşından istənilən üzrdür və ya həyatdan köçən bir ailə üzvü üçün ifadə olunan kədərdir. Onlar həmçinin yaşlı ustadlardan incəsənət tələbələrinəcən sənət əsərlərinin tipik mövzusudur. Niyazın bu ümumi elementi öz rəngkarlığında istifadəsi izləyici üçün birbaşa bağlantı yaradır. Öz stili ilə, insan emosiyalarının mürəkkəbliyini götürür və əsərinə tətbiq edir.
 
Çiçək rəsmləri səyyar və ölçücə kiçikdir. Bu rəsmləri Parisdə pilləkənlərdə, binaların divarlarında, küçə işarələrinin altında, hətta muzeylərdəki başqa incəsənət əsərlərinin yanında qoyur. Onun əsərləri ilə olan ilk baxışdan kontekstdən kənar görünən bu gözlənilməz qarşılaşmalar bizim incəsənətlə olan münasibətimizi də müşahidə etməyə imkan verir – gözləntimizdən xaricdə bir əsərlə rastlaşanda ona necə reaksiya veririk? Bu sosial nümayişin bir hissəsi kimi çox vaxt öz əsərlərini küçədə yerləşdirir, öz işləri üçün ictimai qalereya kimi istifadə edir. Bu kiçik rəsmlərdən mindən çoxunu Parisdə yerləşdirib və bu əsərlərin çoxu insanlar tərəfindən götürülüb. 2018-ci ilin noyabrında o Bakıya Muzey mərkəzindəki solo sərgisi üçün geri qayıtdı – bir rəssam kimi öz bacarıqlarını və unikallığını mənzərələr, bədənlər və əlbəttə ki, çiçəklər üzərindən göstərdi. Bununla belə, onun Paris layihəsi davam edir və Instagram hesabında izlənə bilər.
 
Niyaz Nəcəfov (foto – Andrey Kovalev)
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir