Orxan Hüseynov

İnstallyasiya, videosənət və pleksiqlass qrafikası kimi sahələri əhatə edən əsərləri ilə Orxan Hüseynov uzun müddət ərzində Azərbaycanın ən cəlbedici müasir rəssamlarından biri sayılıb.

Əsərlərinin konseptual interpretasiyasına üstünlük verən rəssam incəsənətin müxtəlif sahələrini insan hissləri, ictimai problemlər, Azərbaycanın ənənələri və mədəniyyəti arasında bağ yaratmaq üçün istifadə edir. 2000-ci ildə “Wings of Time” (Zamanın qanadları) gənc rəssamlar sərgisində iştirakı Bakı müasir incəsənət səhnəsinə təsir edərək Azərbaycan rəssamlığının beynəlxalq səviyyədə təsdiqində həlledici rol oynayıb. Onun əl işləri Türkiyə, Gürcüstan, Serbiya, Çexiya, Rusiya, Fransa, Almaniya, Danimarka, Polşa, İsveçrə, BƏƏ və Böyük Britaniya kimi ölkələrdə nümayiş olunub.

Bir çox sərgilərinə əlavə olaraq, O.Hüseynov 2014-cü ildə qlobal miqyasda fəaliyyət göstərən dinamik konseptual rəssam və kuratorları birləşdirən Londonun prestijli Delfina Foundation qurumunda rezident-rəssam kimi işləyib.

Gündəlik həyatı universal və intim tərzdə təqdim etmək bacarığı sayəsində o həmçinin Art Dubai-nin “Müasir Dubay” sərgisinin əvəzolunmaz iştirakçısıdır.

Orxan incəsənətin əhatəsində böyüyüb. Qrafik rəssamlar ailəsində doğulan həmyerlimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Keramik dizayn və İncəsənətin tarixi və nəzəriyyəsi fakultəsində bakalavr və maqistr dərəcələrinə yiyələnib. Bu isə öz növbəsində, onun dünyagörüşünə güclü təsir edərək onun ikonik qrafik obrazlarla bağlı estetik yanaşmasını formalaşdırıb. Müasir rəssam kimi onun qrafik incəsənətə sevgisi pleksiqlass vasitəsi ilə ifadə olunur – Orxan hissləri əks etdirmək üçün dərinliyə malik bu materialın üçölçülü (3D) keyfiyyətini istifadə edir.

Məsələn, “Kufic Brick Games” (2017) kimi kompozisiyalarında rəssam Kufi ərəb şriftini ifadə etmək üçün Tetris-ə bənzər konstruksiyalar yaradır. Müasir tamaşaçı onları rəqəmsal piksellərdən yaradılmış sana bilər – müasirliyin həmişə mədəni yaddaşdan qaynaqlandığına işarə edən keçmiş və gələcək arasında sərhədləri qeyri-dəqiq edən özünüifadə… Onun sərt vizual dilə qarşı sevgisi də yaratdığı, qrafik hissiyatını tamam başqa tərzdə  nümayiş etdirən, videosənətində tərənnüm olunur; filmdən istifadə edərək rəssam obrazları canlandıraraq əsərinin konseptual araşdırması üçün çoxşaxəli platforma yaradır. Yaradıcılığını bütövləşdirən installyasiya isə nəfəskəsən təəssüratlar yaradaraq izləyiciləri onun dünyasına dəvət edir.

Orxan həmçinin öz yaradıcılığını geniş şəkildə Azərbaycanda nümayiş etdirib və son 15 ilin ən nüfuzlu tədbirlərində iştirak edib. Sonuncu dəfə 2017-ci ildə rəssam Yarat müasir incəsənət mərkəzində öz “Dearly Beloved” adlı solo sərgisini nümayiş etdirib.  Bu əsəri yaradarkən o, əcnəbi şahzadələr və siyasi intriqalarla bağlı fantastik ssenarilərə malik, lakin həmişə maddi vəsait müqabilində kömək edəcək insana qızıl dağlar vəd edən spam elektron məktublardan ilhamlanıb.

Öz sərgisində Orxan bu məktubları çap etdirərək kitab içində bir-birinə bağlayaraq onları mətub səviyyəsindən roman qatına qaldırır, hekayələrdəki insanları təsvir edərək məktub müəlliflərinin  yaradıcılıq qabiliyyətini ön plana çıxarır. Bu əsərdə rəssam həmçinin oxu zalı instalyasiyası vasitəsi ilə məktubların sosial aspektini vurğulayır. İzləyicilər, bu məktubları oxumağa dəvət olunmaqla,  bir çox inkişaf edən ölkələrdə müşahidə olunan münaqişələrdən, iqtisadi depressiyadan,  imkansızlıqdan qaynaqlanan bu məktubların qələmə alındığı vaxtdakı qlobal vəziyyətin təsviri kimi anlamaq imkanı əldə edirlər. Orxanın məhz bəşəriyyəti anlama qabiliyyəti onun fəaliyyətini bu qədər iti və həssas qılır; o ətraf dünyanı təsvir edir, lakin özümüzdən gizlətdiyimiz hisslərimizi və mübarizəmizi ifşa etmək üçün büründüyümüz təcrid laylarını bir-bir qoparır.

Bu installyasiya ilə birgə Orxanın aldığı spam-məktublardan süjet xəttlərinin ilhamlandığı daha 2 film var idi. Bu əsərdə o, reallıq və uydurma arasında sərhədləri qeyri-müəyyən edərək, bizlərdən bir neçə reallığı və həqiqətin təbiətini gözdən keçirməyi xahiş edir. Orxanın yaradıcılığında həqiqət çoxölçülü və subyektivdir; onun konseptual yanaşması – dünyamızı yumor, rəhm və insaniyyət hissləri vasitəsi ilə qavraya biləcək bir alətdir.

Orxan Hüseynov

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.