Mohammed Chebaa ‘Untitled’ 1974

Mart ayında Sharjah Rəsm fondu çərçivəsində həyata keçirilən “Mart Görüşləri” MENASA (Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya) bölgəsində cəmləşən rəssamlar, kuratorlar, fikir insanları və kolleksiyaçılar üçün kommersiya sərgisi, konfrans, istedadlar inkubatoru və sosial məkan rolunu icra edən Art Dubai vasitəsi ilə FKÖƏ-də (Fars körfəzi əməkdaşlığı ölkələri) incəsənət mövsümünün ən mühüm anı işıqlandırılır. 2018-ci ildə Art Dubai Modern and Contemporary 48 ölkədən 105 sərgiyə ev sahibliyi etdi. Burada bir çox nüfuzlu qalereya vasitəsi ilə məşhur beynəlxalq və regional, eyni zamanda, gənc və məşhurlaşmağa doğru addımlayan rəssamların əsərləri nümayiş olundu. İşlərin rəngarəngliyi yarmarkanın gücündən xəbər verir; ”Çağdaş” bölümdə Yaoyi Kusamanın rəsmləri, Do Ho Sunun arxitektur şəffaf parçadan skulpturları və asiyalı kollektiv rəqəmsal dizayn ofisi olan TeamLab-in işıqlı rəqəmsal instalyasiyaları təqdim olunmuşdu. Təqdim olunmuş bütün növ əsərlər, rəsmlər və instalyasiyalar sərgidə ən yayğın və populyar sənət əsəri sayılır.

 

Önə çıxan çağdaş əsərlər yerli qalereyalarda görkəmli nümayişlər həyata keçirən , yerli və FKÖƏ rəssamlarının qatqısı ilə davam etməkdədir. Onların içində Dubayda yerləşən Ayyam qalereyası tərəfindən təqdim olunmuş suriyalı rəssam Tammam Azzamın müharibədən lərzəyə gəlmiş vətəninin mənzərəsini əks etdirən ekspressionist kollaj və rəsmlərini qeyd etmək olar. Yeri gəlmişkən, hər il təqdim olunan Abraaj incəsənət mükafatına bu il diqqətini ,əsasən, münaqişə və iqtidar mövzularına cəmləşdirərək siyasi kontekstdə sözün gücünü və mənasını araşdıran beyrutlu Lourens Abu Həmdan layiq görülüb. Art Dubai yerli incəsənət şirkəti olan Tashkeel ilə BƏƏ haqqında yeni layihənin reallaşdırlımasına dəstək vermək üçün Gürcüstan, Hindistan, Qana, İran, İndoneziya, Türkiyə və digər ölkələr olan rəssamlara ev sahibliyi edib.

Orxan Hüseynov – Kufə Kərpic Oyunu

Səudiyyə Ərəbistanını təmsil edən MiSk fondu ilə birgə təqdim edilən “Müasir sərgi” isə incəsənətdə ərəb müasirliyinə həsr olunmuş simpoziumdan və bölgədə modern incəsənətin təkamülünü əks etdirməklə Müasir sərginin analoqunu təqdim edən “Həyatın şiddətinə sərsəm sıçrayış” adlanan sərgidən ibarət idi. Həmin sərgidə ərəb dünyasında son 50 illiyini əhatə edən 5 modernist rəssam qrup və məktəblərinin əsərlərini nümayiş edilir. Mədəni və estetik bağlılıq məkanı kimi çıxış edən sərgidə azərbaycanlı rəssamlar da davamlı olaraq iştirak edir, oranı öz yaradıcılıqları üçün güclü bazar kimi kəşf edirlər.

Bu il rəssamlar Orxan Hüseynov və Fərhad Fərzəliyev Bakının yerli incəsənət səhnəsində və beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edən London və Bakı mərkəzli Gazelli Art House ilə birgə öz əsərlərini nümayiş etdiriblər. O.Hüseynov sərgiyə texnologiya və İslam irsini araşdıran Tetris-ə bənzər konstruksiyaların vasitəsi ilə İslam xəttatlığını nümayiş etdirən “Kufə kərpic oyunu” silsiləsindən iki əsər təqdim edib. O, həmçinin təxminlər və müasir innovasiyalar vasitəsi ilə möhtəşəm kurortlarda yaradılan yer üzündəki cənnət və ölümdən sonrakı cənnət arasında müqayisəni əks etdirən “Cənnət silsiləsindən” pleksiqlasdan olan fiqurlar nümayiş etdirib.

Fərhad Fərzəliyev -Torpunk

F.Fərzəliyev isə öz növbəsində, qeyri-ənənəvi “Nənənin sözlüyü” seriyasından sovet nostaljisini özündə əks etdirən parça və neon instalyasiyalardan ibarət əsərini və Azərbaycanın neo-folklorunu araşdıran “Torpunk” silsiləsindən bir sıra işlərini təqdim edib. Əsərlərə internetdə gənclik mədəniyyətini və texnoloji baxımdan gücləndirilən vizual keyfiyyətləri detallarıyla araşdıran, Azərbaycan pop mədəniyyətinə aid nümunələr , audioinstalyasiyalar və 5 məşhur azərbaycanlı qadın ifaçının rəsmləri daxil edilib.

Hər zaman öngörülü və cəlbedici tədbirlər və görüşlər proqramı olan Global Art Forum sərgi çərçivəsində diqqəti illik danışıqlara, süni intellektə, iqtidara, paranoyaya, incəsənətdə və həyatda süni intellektin potensialına yönəldib. “Mən robot deyiləm” adlı foruma Noah Raford, kurator Hans Ulrich Oberist və musiqçi Fatima Al Qadiridən ibarət müxtəlif məktəb və təcrübələri əhatə edən maraqlı qonaqlar qatılıblar. Qeyd etmək lazımdır ki, Al Qadiri həmçinin 2013 ildə Art Dubai sərgisində bir araya gələn Khaleeji rəssamlarının FKÖƏ incəsənət kollektivinin üzvüdür. Bu il Art Dubai sərgi proqramı çərçivəsinə bir sıra performans və tədbirlərin həyata keçirilməsi üçün FKÖƏ nümayəndələrini dəvət etmişdi.

Fərhad Fərzəliyev – Torpunk

GOOD MORNING GCC adlı proqramda rəssamlar bölgənin məşhur şəxslərinin iştirakı ilə dəb, aşbazlıq və sağlamlıq mövzularına dair ərəb üslübunda canı yayım Tok-şousu təşkil ediblər. 

Proqramın gecə vaxtı yayımlanan GCC After Dark hissəsində isə fəaliyyətləri bir çox janrları və geniş coğrafiyanı əhatə edən DJ-lər, o cümlədən, Venus X, Telfar and Total Freedom iştirak ediblər. Tədbirin sonunda Dubayda yeni bir trendə çevrilmiş, bölgəni təcəssüm edən müxtəlif kəsişmə nöqtələrini, insanların yaxınlaşmasını, vizual mədəniyyət və incəsənətin nümayişini uğurlu final kimi qiymətləndirmək olar.

Tags: