Rəşad Ələkbərov

Müasir rəssam Rəşad Ələkbərovun işıq və kölgə instalyasiyaları öz mürəkkəbliyi və kreativliyi sayəsində dünya miqyasında tanınır. Günümüzdə Yarat-ın ən görkəmli yerli rəssamı olan R.Ələkbərov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi incəsənət fakültəsinin məzunudur. Onun yaradıcı istedadı, əsərlərindəki məkan, həcm və ölçülərin oynaq istifadəsində öz əksini tapır. Rəssamlıq, heykəltəraşlıq, videoart kimi sahələrdə də fəaliyyət göstərməsinə baxmayaraq, onun məhz instalyasiya yaradıcılığı daha mühüm sayılır. Beynəlxalq rəsm cəmiyyəti onun yaradıcılığına ilk dəfə 2012-ci ildə Londonun “De Pury” qalereyasında nümayiş etdirilmiş, hal-hazırda məşhur olan, Fly to Baku (2011) instalyasiyası ilə diqqət yetirmişdi. Bu əsər sonralar 2014-cü ildə Bakıya qayıdanadək Paris, Berlin, Moskva, Roma və Vyana kimi şəhərlərə səyahət etmişdi. Sərgidə, Bakının Xəzər boyunca sahilini oluşturmaq üçün kağız təyyarələrin yarımşəffaf pleksiqlass modellərinin təşkil edildiyi və Qız Qalasının görkəmli yerdə durduğu əsər nümayiş etdirilir. Onun Bakıya və Azərbaycan mədəniyyətinə sevgisi İslami həndəsə, miniatür rəssamlıq və digər şərq motivləri ilə zəngin olan yaradıcılığına yansıyıb.  Onun əsərləri “Sharjah Islamic Arts Festival” və “Art Dubai” kimi bir çix yarmarka və festivallarda nümayiş edilib.

Öz təcrübəsində Rəşad gözlənilməyən materiallardan, həmçinin tapılan əşyalardan, plastik qablardan, qaynaq edilmiş poladdan və pleksiqlass hərflərdən istifadə edərək, üzərinə işıq düşdükdə ətrafdakı divarlarda əks olunan incəsənət əsərləri yaradır. Əsərlər fiqurativ və ya dekorativ ola bilər, lakin adətən onlara həkk olunmuş şüarlarda olduqca dərin mesajlar da əks olunur. Öz işlərində rəssam israfçılığı, gurultuluğu, ətraf mühitin çirklənməsini və digər problemləri təsvir edir və insanları yaratdığı əsərləri izləyərkən bir az vaxt ayıraraq bu məsələlərdə öz rollarını anlamağa dəvət edir.

2015-ci ildə Rəşada qazax rəssam Almagül Menlibayeva ilə birgə Venesiya Bienalı çərçivəsində Suad Qarayeva tərəfindən kurasiya edilən sponsoru Yarat olan “Od və Suyun Birliyi” sərgisi üçün palazzo həcmində instalyasiya yaratmaq təklif edilmişdi. Səyahətləri zamanı Azərbaycan haqda yazmış səfirin 15-ci əsrdə evi olmuş nəcib və tarixi Palazzo Barbaro-nu (Barbar Sarayı) diqqət mərkəzində saxlayaraq, rəssamlar, Rəşadın kölgə installyasiyaları vasitəsi ilə diqqəti Şərq və Qərb arasında dəyişmə və münaqişəyə cəmləşdirən işini nəzərə alaraq, Bakı və Venesiyanı bir-biri ilə müzakirə edən şəhərlər qismində araşdırmışlar. Kölgə işlərinə ələv olaraq o, həmçinin skulptur və memarlıq elementləri, o cümlədən nərdivan və palazzonun həyətindəki nəhəng aslan fiqurunu içərən otaq yaradıb. Mphtəşəm və yüksək qiymətləndirilmiş sərgi Rəşadın təcrübəsinin genişləndiyinin və bu prosesin bu gün də davam etdiyinin bariz nümunəsi oldu.

Bu yaxınlarda “Hennessey” və “National Geographic” Rəşada Azərbaycandan da keçən İpək yolu boyu insanların və mədəniyyətlərin uzlaşmasından ilhamlanan araşdırma mövzulu layihə yaratmağı sifariş etmişdi. Qobustan petroqlifləri Rəşadı daş, işıq və kölgədən ibarət insan yaradıcılığının davamlılığını və keçmişlə bu günün bağlılığını əks etdirən installyasiya yaratmağa ilhamlandırmışdı. 2017-ci ildə Heydər Əliyev Mərkəzində nümayiş olunan daşdan hazırlanmış əsas əsər İpək Yolu boyunca bir çox landşaftda müşahidə olunan oyulmuş daş fasadların və rəssam tərəfindən işıq və kölgə skulpturunun yaranması üçün sıxılıb əyilən çölə çıxmış mis boruların vasitəsi ilə əbədi bəşəriyyət səhnəsini təsvir edir. Əsərin işıqlandırılması ilə ortaya çıxan sözlər bizə “Bunun düşündüyün şey olmadığını” söyləyərək “Daha dərinə baxmağı” təklif edir. Bu, öz bəsirətli fəaliyyətini ətraf mühitlə münasibətimizi araşdırmağa yönəldən və anlayış qabiliyyətimizin reallıq təcrübəsini necə formalaşdırdığını müəyyən edən rəssam üçün uyğun metaforadır.

Rəşad Ələkbərov

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir