Multisound səs rejissorluğu məktəbi tələbə qəbulu elan edir!

 Multisound səs rejissorluğu məktəbi tələbə qəbulu elan edir!

VarYox-a verilən məlumata görə Təhsil Nazirliyinin dəstəyi ilə ölkədə rəsmi səs rejissorluğu məktəbi yaradılacaq. Burada siz sıfırdan musiqi prodüseri yoluna başlaya, səs rejissorluğunu öyrənə bilərsiniz. Proqram təminatı, “fiç” adlanan elementlər və musiqi yaradıcılığı ilə əlaqəli olan bir çox nüansın start götürəcəyi bu məktəbin başında özü də musiqi prodüseri olan gənc və perspektivli Fidan Aliva duracaq. Hələ təzəcə Avstriyadan qayıtmasına baxmayaraq Fidanın artıq iki layihəsi var. Həmçinin, Anar Muradov da onunla birlikdə məktəbə rəhbərlik edəcək.

“Azərbaycan Təhsil Nazirliyinin göstərdiyi etimada görə təşəkkür edirəm və onun dəstəyi ilə musiqi sənayesi dünyasından ortağımla birgə ölkənin tarixində ilk dəfə sıfırdan professional və nəhayət, keyfiyyətli səs və prodakşn məktəbini yürütməyə layiq görülmüşəm.

Biz, təəssüf ki, günümüzdə bərbad halda olan (həmkarlarımız inciməsin) yerli Azərbaycan musiqi sənayesinə özünü 100% doğruldacaq töhfəmizi vermək ümidi ilə uzun bir müddətdir ki, diqqətlə bu layihənin startına hazırlaşırdıq. Bizim kurslarda siz ilk dəfə bu biznesin əcnəbi “əjdahaları” ilə nəhəng iş təcrübəsi qazanacaqsınız, o cümlədən bir başa iş prosesində (çəkilişlər, hit treklərin studiya yazısında, məşhur yerli və xarici aktyorlarla iş və s.) iştirak edəcəksiniz. Sizin içinizdən ən istedadlı və iddialı olanınız Moskvanın, Kiyevin və Avropanın ən möhtəşəm studiyalarına turistik səyahət etmək imkanı qazanacaq. Əsas tələb budur ki, yaşınız 15-28 arası olmalıdır”, – deyə Fidan qeyd edib.

Bu məsələnin ən xoş tərəfi odur ki, bilik əldə etməyi çox istəyən, lakin maliyyə problem yaşayan şəxslər üçün xüsusi yerlər ayrılacaq.

“Əsas məqsədimiz budur ki, həvəsli insanlara özlərini bu çox maraqlı sahədə sınamağa imkan yaradaq. Mən özüm bu sahəni öyrənərkən, vəsaitim lazımi qədər deyildi, lakin bir insan pulsuz olaraq məni öyrətdi – indi isə mənim şəxsi leyblim var və bir çox xarici musiqiçi ilə işləyirəm.”

Əgər özünü musiqi dünyasında irəliləmək və daha bilikli, “musiqili” olmaq istəyirsənsə çəkinmə, bəxtini sına!

1 iyul 2018-ci il tarixinədək müraciət etmək olar. Dərslər Təhsil Nazirliyinin dəstəyi ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçiriləcək.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir