Rima Zəmzəm
Rəssam Rima Zəmzəmlə söhbət: “Mən daha qızılgüllər açan bağa yox, çürümüş torpağa diqqət yetirməyi sevirəm”
Biz Rima ilə 2015-ci ildə Moskvadakı Britaniya Ali Dizayn Məktəbində keçirilən illik “Foundation Art & Design” proqramı çərçivəsində tanış olmuşduq. Bundan sonra Rima orada “BA Fine Art” kursunda (2016-2019) təhsilini dava edir və mənimlə birgə 2016-cı ildə Müasir İncəsənət Problemləri İnstitutunun kurslarına getməyə başlayır (2016-2018).
O dönəmdən bizim dostluğumuz bərkiməyə başlayır, bununla birgə hər ikimizin də öz peşəkar karyeramız barəsində görüşümüz formalaşırdı. Bu görüşlər bənzər olduğu halda bir-birindən xeyli fərqlənirdi. Bir il öncə çoxdan etmək istədiyim şeyi etdim – onunla təcrübəsi və əsərlərin yaradılması prosesi barədə söhbət etdim.
Bizim söhbətin bəzi terminləri:
Faundeyşn – Britaniya Ali Dizayn Məktəbindəki Foundation Art & Design (2015-2016).
Britan – Britaniya Ali Dizayn Məktəbi.
MİPİ – Müasir İncəsənət Problemləri İnstitutu.
Mənsənin işlərinin azərkeşiyəm. Amma səbəbini bilmirəm. Buna cavabın var?
Mənim mövqeyimdən bunu demək çətindir. Ola bilsin ki, bu həddindən çox özünəinamlı səslənəcək. Böyük ehtimal, aramızda şəxsi bağ olmasından qaynaqlanır və sən mənim necə bir insan olduğumu anlayır, hiss edirsən. Rəssamların, daha doğrusu dürüst rəssamların əl işləri onların daxilində baş verənlərin uzantısıdır. Bəlkə də sən məndə bir insan kimi maraq göstərdiyinin bir hissənin vizual tərkibini görmək istəyirsən. Söhbət “ağrı” və onun səbəblərindən gedir.
Sənin emosionallığının peşəkar təcrübəndə əsas yerə sahib olduğunu demək olarmı?
Baxır söhbət hansı emosionallıqdan gedir. Əlbəttə ki, etdiyim hər şey mənin hiss və təcrübəmin süzgəcindən keçir. Bir şeyi gördükdə, eşitdikdə, hiss etdikdə bu prosesin başlanğıcına çevrilir. Hər bir, hətta indi eşitdiyimiz səs (pəncərə arxasında dayanmadan sirenalar uğuldayır) bir an içində dərk edilir və mənim təcrübəmin bir hissəsinə çevrilir. Məhz bu təcrübəyə əsaslanaraq mən bədii ifadə yaradıram. Bununla belə, deməzdim ki, həmişə öz işlərim üçün hansısa xüsusi emosiya yaratmağa çalışıram – düşünürəm ki, o proses çərçivəsində özü yaranır.
Amma sən özündən ilhamlanmırsan, doğrudurmu?
Deyərdim ki, mən ilk növbədə yaşadığımdan ilham alıram. Bununla birgə, əsər yaradarkən müəyyən bir işin əsası üçün təcrübəmdən hansısa konkret bir şey götürmək haqda düşünmürəm. Daha dəqiq desək, mən bir heyvan kimi instinktiv başlayıram və artıq proses zamanı müəyyən şeylərin məndə niyə maraq oyatdığını anlamağa başlayıram. Proses zamanı maksimal dərəcədə özümdən uzaqlaşmağa, diqqəti daha çox hisslərimə və təcrübəmə yönəltməyə çalışsam da, sonda əsərlərim aşırı dərəcədə şəxsi alınır. Nəticədə bunun hamısı mənim haqqımdadır və bir növ psixoterapiyaya oxşayır. Ərəbkökənli olduğum üçün uzun zaman əsərlərimdə feministik, ataya qarşı üsyan konteksti oxunacağından qorxurdum. Bundan əlavə, mən “saxta sarışınam” və olduqca “feminin bədənə”ə sahibəm. Performans edərkən özünü, seksuallığını və zənənliyini araşdıran feminist kimi göstərilməkdən çox qorxurdum.
Gəl sənin ərəb köklərindən (Rimanın bir tərəfi fələstinlidir) danışaq.
Məncə bu çox vacibdir.
Nəyə görə? Həqiqətən mi bu çox vacibdir, beləliklə sən özünü digərlərindən ayıra bilirsən?
Düşünürəm ki, əslində məni və etdiyimi məhz bu formalaşdırıb. Üstümə ağır yük kimi düşən ata gözləntiləri – nə edə bildiyim və nə edə bilmədiyim. Ailəmizin bir tərəfi müsəlmandır və əlbəttə ki, ata fiquru böyük və dominantdır. Onun da bir müsəlman kimi mənimlə bağlı müəyyən gözləntiləri var. Ən maraqlısı odur ki, anam başqa dini və milləti təmsil edir, biz (Rimanın iki bacısı var) ömür boyu Moskvada yaşamışıq. Mən adi rəssamlıq məktəbinə getmişəm. Əlbəttə bunların hamısı məni bir şəxsiyyət kimi formalaşdırdı. Lakin atamın istəmədiyi bir şəxsiyyət kimi. Və mən həyatım boyu bu mübarizə və münaqişə içində yaşamışam. Bir tərəfdən bir şeyin var, başqa tərəfdən – başqa şey və nəticədə sən özünü nə ona, nə də buna aid olmadığını hiss edirsən. Lakin mən buna sevinirəm. Sanki qarşımda həmişə “seçim” olub. Reallıqda isə, təbii ki, belə bir şey yoxdur və problem məhz bundan qaynaqlanır. Düşünürəm ki, onlar baş verməsə idi, mən indiki mən ola bilməzdim. Mənə elə gəlir ki, etdiyimin hamısı sanki etmək istədiyim və etməli olduğum arasında gedən daxili bir mübarizədir. Əlbəttə ki, atam mənim “normal” bir qız olacağımı gözləyirdi, çünki o adi, yaradıcı olmayan bir insandır. Müəyyən anlarda mən bütün bunlara qarşı gəlmək istəyirdim. Müasir incəsənət təhsili almaq istəmirdim (Rima interyer dizaynı üzrə oxumağı planlaşdırırdı). Lakin faundeyşn zamanı müasir incəsənət kursunda bir topa torpaq gətirərək ona paslanmış və təzə mismarlar çaxdıqda daxilimdə sehrli bir hiss yarandı. Mən həmişə çox qapalı olmuşam, lakin həmin an söz istifadə etmədən nə isə ifadə etməyin, danışmadan, yaradaraq, torpaq və mimsarların vasitəsi ilə tam bir fikir, ağrı, emosiya ötürməyin mümkün olduğunu anladım.
Belə çıxır ki, səni irəli aparan güc – gündəlik həyat ilə təmas nəticəsində yaranan duyğuların, emosiyaların və təəsüratlarındır? Başqa sözlə, məsələn, deyirsən ki, bir gölməçəyə baxdın, mismar çaxdın, lakin sən gölməçədən və ya mismarlardan yox, onların səndə yaratdığı emosiyalardan ilhamlandın. Doğrudurmu?
Bəli. Lakin bu çox köhnə, adi bir şeydir. İntibah dövründən sonra başlayan realizmdir. O zaman rəssamlar şərti kralları yox, məsələn, kəndliləri təsvir etməyə başladılar. Həmən vaxtlarda bu Qustav Kurbe tərəfindən atılan radikal bir addım idi. Mənə onları xoşladığım üçün hərdən məni günah hissi keçirtməyə vadar edən şeylər xoş gəlir. Çünki biz sərt şəkildə qurulan bir dünyada yaşayırıq. Hətta bizim ailədə belə mənim nəyi xoşlayacağımı, nə geyməli olduğumu, hara gedə biləcəyimi diktə edirlər. Açıq şəkildə göstəriş verirlər. Çox təəssüf ki, bir çox insan bu göstərişlər əsasında yaşayır. Yeniyetmə yaşlarımdan içimdə bir münaqişə cücərirdi, çünki mən tamamilə başqa şeylərə meyl edirəm, qızılgüllər açan bağa yox, artıq çürümüş torpağa diqqət yetirməyi sevirəm. Payız gəldikdə insanlar artıq bu bağda şəkil çəkdirmir, plenerlərdə etüd yaratmır və ya meyvəli vaza. Bu çox gözəl mənzərədir. Sonra isə insanlar meyvələri yeməyə başlayır və yerdə onların dənələri, çürük, yeyilməyən hissələri qalır. Mənim məhz bu xoşuma gəlir. Bu an mən şəkil çəkməyə başlayıram. Anam isə deyir: “Rimuş, sən xəstəsən, burda gözəl nə var?”. Lakin bu, həqiqi gözəllik mənə qat-qat yaxındır. Ola bilsin ki, məhz o anda mən çürümə (decomposition) ideyasına tutuldum.
Belə çıxır ki, əsər yaradarkən sən böyük miqdarda “daxili” material emal edirsən, sonda isə, istənilən işini götürsək – üzərində selik axan divardan asılı qril üçün barmaqlıq alınır (Habitation, 2017). Bunun səbəbi nədir?
Əslində, işləyən zaman mənim üçün ən çətin olan – istədiyimi nə cür ifadə edəcəyim barədə dayanmadan axan fikir, obraz və ideyalar axınını süzgəcdən keçirməkdir. Mənim üçün onların hamısı bir-biri ilə bağlıdır, lakin onları hissələrə ayıran zaman, nəyinsə üstündə dayanmalı, istiqaməti darlaşdırmalı və bu yol ilə getməli olduğumu başa düşürəm. Çünki mən reallığın hansısa bir fraqmentini tutaraq onu şişirdilmiş etmək istəyirəm – bu sürrealistik bir şeyin hissəsinə çevrilə bilər. Məsələn, tualetdə duru sabunun dispenserdən axmasını müşahidə etməyi çox sevirəm. Lakin insanların əksəriyyəti buna məhəl qoymur.
Əlbəttə, insanlar ilk növbədə sənə gülürlər. Götürək məşhur “Amerikan sayağı gözəllik” filmini – hamı davamlı olaraq uçan paketi çəkən oğlana gülürdü.
Bəli, bəs nəyə görə. Mən bunu anlamıram. Bu ictimai təzyiqdir – mən də həyatım boyu mübarizə aparıram. Lakin bunu qəbul etmişəm, mənə elə gəlir ki, artıq özüm digərlərinə təzyiq göstərmək istəyirəm, güc hiss edirəm. Əvvələr nə isə xoşladığım, fotoqrafiya ilə məşğul olmaq üçün günah hissi keçiriridim. Başqalarının nə düşünəcəyindən qorxurdum. İndi isə əksinə bunu istəyirəm: qoy hiss etsinlər – niyə o bunu edir, mən isə yox?
Onda belə bir sual – İşində nəyinsə artıq olduğunu, dayanmaq vaxtının gəldiyini necə və nə zaman anlayırsan? Rəssam istedadı dedikləri budur, yoxsa başqa bir şey?
Mən bunu sadəcə instinkt adlandırıram. Hətta mənim zibilliklər bağlı instalyasiyam – evimdə tapdığım, instalyasiyanın bir hissəsi kimi ağlıma gələn çoxlu sayda əşyalar gətirdim (Zen as Fuck, 2019). Lakin, əlbəttə ki, mən əsərin vizual tərkibinə də əsaslanıram, çünki vizual məlumatın içində boğulan bir dünyada yaşayırıq. Sərgilərə getməyi vacib sayıram. Bir əsərin vizual olaraq xoşuma gəlməsi üçün o mənə naz etməlidir. Yalnız bundan sonra mən ona yaxınlaşaraq nə ifadə etdiyini anlamaq istəyirəm. Əlbəttə ki, mən vizual dilimin üzərində işləyirəm, onu daha təmiz etməyə çalışıran. Hərdən gölməçələri və mayeləri dəyişirən – aradan qaldırıram, prosesi yenidən başlayıram. İstəyirəm ki hər şey parlaqgörünsün. Hamar. Və proses zamanı obyektləri başqa cür görməyə başlayıram. “Fix Price” kimi ucuz mağazalarda gəzməyi və məni əhatə edən əşyalarla məşğul olmağı çox sevirəm. Məsələn, bu içində barmağımın silikon qəlibini taxdığım ərəb çaydanıdır (Zen as Fuck, 2019).
Daha bir sual – mən onun cavabını bilirəm, lakin düşünürəm ki, başqaları da bunu öyrənmək istəyir. Zəmzəm sənin əsl soyadındır? Sənə bu sualı tez-tez verirlər?
Bəli, həmişə. Lakin adətən insanlar bunun mənim ləqəbim, nikneymim olduğunu düşünürlər. “Zəmzəm” Məkkədə yerləşən müqəddəs bulaqdır. Hər bir müsəlman Məkkəyə getmək istəyir. Atamın dediklərindən xatırladığım qədər bu bulaq insanlar səhrada su üçün dua edərkən yaranıb. Yarananda o damcı-damcı düşürdü və bu damçılar “zəm-zəm-zəm-zəm” səsini çıxardırdı. Bu hekayənin həqiqətə nə qədər uyğun olduğunu bilmirən (gülür).
Elə adında da bir dənə “m” hərfi var, lakin adətən bu ad Rimma kimi səslənir. Bundan “əziyyət” çəkməmisən?
Əziyyət çəkməmişəm, lakin həqiqətən də hər şeydə həmişə hansısa anlaşmazlıqlar olur.
Və son sual – qız, qadın olmağın sənin praktikan üçün vacibdir? Yuxarıda qeyd etdin ki, feminist kimi anlaşılmaqdan qorxursan. Öz incəsənətini qadın incəsənəti adlandırardın?
Xeyr, adlandrmazdım. İnsani incəsənət deyərdim və ya heyvani, ya da ilahi. Çünki məğz etibarı ilə bunların hamısı eynidir.
Разговор с художницей Римой Замзам: «Мне нравится обращать внимание не на сад в розах, а на этот сад, когда он уже сгнил»
Мы познакомились с Римой на годовой программе Foundation Art & Design в Британской высшей школе дизайна в Москве в 2015 году, после чего Рима продолжила обучение там же на курсе BA Fine Art (2016 — 2019) и начала посещать вместе со мной курсы Института проблем современного искусства (ИПСИ) в 2016 (2016 — 2018).
С тех пор наша дружба росла, а вместе с ней развивалось видение каждой из нас о своей художественной карьере, — во многом схожее, во многом кардинально отличающееся. Год назад я сделала то, что хотела сделать давно, — поговорила с Римой о ее практике и процессе создания работ.
Некоторые термины из нашего разговора:
Фаундейшн — Foundation Art & Design в Британской высшей школе дизайна (2015-2016).
Британка — Британская высшая школа дизайна (British HIgher School of Art and Design).
ИПСИ — Институт проблем современного искусства (сейчас ИСИ — Институт современного искусства).
Я большой фанат твоих работ. Но не могу понять, почему. У тебя есть ответ на этот вопрос?
Как-то сложно сказать с моей позиции, кажется это будет звучать слишком самоуверенно. Наверное потому что у нас с тобой есть личная связь, и ты понимаешь и чувствуешь, что я за человек. Все работы художников, честных художников, это просто продолжение того, что у них внутри. Наверное, тебе хочется увидеть визуальную составляющую того, что тебе интересно во мне как в человеке, — “боль” и ее причины.
Можно ли сказать, что твоя эмоциональность — самое главное в твоей практике?
Смотря о какой эмоциональности говорить, конечно. Естественно, все, что я делаю, проходит через призму моих ощущений и опыта. Когда-то я что-то увидела, услышала, ощутила и это стало началом процесса. Любой звук, даже который мы сейчас слышим (за окном без остановки воют сирены) моментально мной воспринимается и становится частью опыта, опираясь на который, я создаю художественное высказывание. При этом я не могу сказать, что всегда пытаюсь придумать какую-то особую эмоцию своим работам — думаю, она появляется сама в процессе.
Но наверное, нельзя сказать, что ты вдохновляешься сама собой?
Скорее всего, я вдохновляюсь тем, что проживаю. Вместе с тем, когда я создаю работу, я не думаю о том, что конкретно из моего опыта я могла бы взять за основу для определенной работы. Скорее я, как животное, начинаю инстинктивно что-то делать, и уже в процессе понимаю, почему меня начинают увлекать определенные вещи. И хоть я стараюсь максимально отстраниться от себя в процессе, больше направлять внимание на свои ощущения и опыт, в итоге работы получаются очень личными. В итоге это все про меня, и в какой-то мере это очень похоже на психотерапию. Ещё, я очень долго долго боялась, что в моих работах, в первую очередь, будет считываться феминистский контекст, учитывая моё арабское происхождение, несогласие с отцом, плюс я «фейк блонд» и у меня такой, очень “феминин боди”. Делая перформансы, я очень боялась прочитываться как феминистка, которая исследует себя и всю свою сексуальность и женственность.
Давай поговорим про твою арабскую часть (Рима — наполовину палестинка).
Это очень важно, мне кажется.
А почему это важно? И действительно ли это важно, или это просто как-то отделяет тебя от других?
Мне кажется, на самом деле, это сформировало меня и то, чем я занимаюсь. Отцовские ожидания, которые всегда грузом на меня складывались, — что я должна и что не должна делать. У меня наполовину мусульманская семья, и, соответственно, фигура папы — большая, доминирующая, и как у мусульманина у него есть определенные ожидания от своей дочери. Еще интересно то, что мама у меня и другой национальности, и другой религии, и мы росли (у Римы две сестры) всю жизнь в Москве, и я ходила в обычную школу, художественную, причём. И, конечно, это сформировало меня как определенную личность, но совсем не такую, какую хотел папа. И я всю жизнь жила в этом противоборстве и конфликте, когда с одной стороны у тебя что-то одно, с другой — другое, в итоге ты не ощущаешь себя принадлежащим ни к тому, ни к другому. Но я наоборот рада, что так получилось, потому что у меня как будто всегда был “выбор”, на самом деле, естественно, его нет, и из этого идут все проблемы.
Наверное, они должны были случится, чтобы я вообще стала тем, кем я стала. Мне вообще кажется, что все, что я делаю, это какая-то бесконечная внутренняя борьба, между тем, что мне хочется делать, и тем, что мне надо делать. Естественно, папа ожидал, что у него будет “нормальная” дочь, потому что он совершенно не творческий, очень приземлённый человек. И в какой-то момент мне просто хотелось противоречить всему этому.
Я же вообще шла не на современное искусство (Рима планировала изучать дизайн интерьера). Но когда на фаундейшне во время курса по современному искусству я просто притащила гору земли и воткнул в нее гвозди — и ржавые, и новые, я внутри почувствовала что-то такое волшебное. Я всегда была очень замкнутая, а тут я ощутила, что можно сказать что-то просто без слов, с помощью земли и гвоздей, просто передать целую мысль, боль, эмоцию, но при этом не разговаривая, а просто создав что-то.
Получается, что твой драйв, движущая сила, — это твои, ощущения, эмоции, впечатления от соприкосновения с повседневностью. То есть, ты говоришь, например, что ты посмотрела на лужу, воткнула гвозди, но ты не лужей вдохновилась или гвоздями, а тем, какие эмоции они в тебе вызвали. Верно?
Да. Но это уже давнишняя, банальная вещь, которая еще началась после Ренессанса, — реализм, когда художники стали показывать не королей условных, а, например, крестьян. На тот момент это был радикальный шаг, который сделал Густав Курбе. Мне нравятся такие вещи, которые иногда даже заставляют меня почувствовать вину за то, что они мне нравятся, за то, что я вообще обращаю на них внимание, потому что мы живем в таком очень жёстко сконструированном мире. Даже в моей семье мне стараются чётко диктовать, что мне должно нравится, что я должна носить, куда я должна ходить. Прямо инструкцию дать. К сожалению, очень много людей так и живут, по инструкции.
И у меня с юности сидел внутри этот конфликт, потому что меня тянет совершенно на другие вещи, и мне нравится обращать внимание не на какой-то сад в розах, а на этот сад, когда он сгнил уже. Когда наступила осень и все перестают фотографироваться в этом саду, или писать этюды на пленерах.
Или, например, ваза с фруктами. Это всегда красиво, люди начинают есть фрукты. А после остаются какие-то косточки, гнилые несъедобные остатки. Мне нравится именно это, и я начинаю фотографировать. А мама мне говорит: “Римуш, ты что, больная, что ли, где тут красота?”. Но мне в сто раз ближе именно эта красота, настоящая. Наверное, именно тут началась моя одержимость идеей разложения (decomposition).
Получается, что создавая работу, ты перерабатываешь большое количество своего “внутреннего” материала, а при этом на выходе у тебя получается, допустим, взять любую твою работу, — решетка для гриля на стене и стекающая по ней слизь (Habitation, 2017). Почему так?
На самом деле, самое сложное с чем мне приходится работать, — это фильтровать постоянный поток мыслей, образов, и идей о том, как передать эти образы. Для меня они все связаны между собой, но когда я начинаю это разбирать по частям, то понимаю, что нужно на чём-то остановится, сузить, и идти по этому пути. Потому что мне всё-таки хочется поймать какой-то фрагмент реальности, сделать её exaggerated (“преувеличенной”) — это может врасти и во что-то сюрреалистичное. Например, я обожаю наблюдать, как в туалете просто течёт мыло в диспенсере. Но люди как-то не обращают внимание на это.
Ну да, по большому счету люди смеются над тобой — даже взять очень известный фильм “Красота по-американски” — все смеялись над этим парнем, который постоянно снимал летающий пакет.
Да, а вот почему? Я не могу понять, почему. Это социальное давление — я тоже всю жизнь борюсь. Хотя сейчас я приняла это, и мне кажется, я уже даже сама хочу давить на других, я чувствую в себе силу. Раньше я чувствовала какую-то вину, что мне что-то нравится, что я хочу что-то сфотографировать, и боюсь это сделать из–за того, что могут подумать другие. А сейчас наоборот, хочется: чтобы они почувствовали — а почему она это делает, а я нет?
Тогда такой вопрос — как и когда ты понимаешь, что лишнее в твоей работе, когда пора остановиться? Это и есть то, что называют талантом художника? Или это что-то другое?
Я это называю просто “инстинкт”. Даже моя последняя инсталляция с мусоркой — я принесла кучу объектов, которые нашла дома в том числе, которые мне просто приходили на ум как часть инсталляции (Zen as Fuck, 2019). Но, конечно, я отталкиваюсь и от визуальной составляющей работы, потому что мы живём в мире, перенасыщенном визуальной информацией. Мне очень важно, когда я сама хожу на выставки, чтобы мне работа понравилась визуально в первую очередь, чтобы она как-то закокетничала со мной, и я сама подошла к ней, и уже потом мне хочется понять, о чём она. Естественно, я пытаюсь работать над качеством своего визуального языка, делать его чище. Иногда я переделываю лужи от жидкостей — убираю их, начинаю весь процесс заново. Чтобы все это смотрелось максимально ‘sleek’. Гладко.
И в процессе я начинаю видеть объекты уже по-другому. Я обожаю ходить по всяким дешевым магазинам типа Fix Price, и вместе с этим я люблю копаться в тех объектах, которые всегда меня окружали. Например, это арабский чайник, в которой я вставила силиконовый слепок своего пальца (Zen as Fuck, 2019).
А теперь такой вопрос — я знаю на него ответ, но, думаю, другим тоже хочется знать, — Замзам это твоя настоящая фамилия? Тебе наверное очень часто задают этот вопрос?
Да, постоянно, Но в то же время многие люди заведомо думают, что это мой псевдоним, никнейм какой-то. “Замзам” значит святой источник в Мекке со святой водой. Каждый мусульманин стремиться попасть в Мекку, и, насколько я помню из того, что мне рассказывал папа, по легенде этот источник нашли в пустыне, когда люди молились о воде, и на месте их молитвы возник ручей, который начался с капель, а они воспроизводили этот самый звук “зам-зам, зам-зам”. Я не знаю, насколько правдива эта история (смеется).
У тебя еще имя Рима, которая пишется с одной “м”, хотя для всех обычнее видеть его в написании “Римма”. От этого ты не “пострадала”?
Не пострадала, нет, но правда, что во всем всегда какие-то несостыковки.
И последний вопрос — для твоей практики вообще важно, что ты девушка, что ты женщина? Вот ты сказала, я боялась, что меня будут воспринимать как феминистку. Ты бы назвала свое искусство женским?
Нет, не назвала бы. Назвала бы человеческим. Или животным. Или божественным. Потому что по сути это все одно и то же.
Полный текст интервью на русском: https://syg.ma/@yana-malysheva-jones/razghovor-s-khudozhnitsiei-rimoi-zamzam-mnie-nravitsia-obrashchat-vnimaniie-nie-na-sad-v-rozakh-a-na-etot-sad-koghda-on-uzhie-sghnil
Рима в Инстаграм: @rimasuperstar и @coolfreshsexy
Большое спасибо Гале Леоновой, теоретику и преподавателю истории искусства, нашей сокурснице из ИПСИ, которая выступила редактором разговора и помогла оформить текст.
Галя в Инстаграм: @_galya_leonova
Яна в Инстаграм: @yanakot