Samir Sadıxov

 Samir Sadıxov

Gəncədə doğulmuş və hal-hazırda Almaniyada yaşayan Samir Sadıxov konseptual avtomobil sənayesi sahəsində ən tanınan dizaynerlərdən biridir. İtaliyanın Turin şəhərində yerləşən Avropa Dizayn İnstitutunda (Instituto Europeo di Design) təhsil almış Samir, 2011-ci ildə, dizaynı küləkdən ilhamlanan “Xəzri” adlı konsepti ilə “Ferrari World Design” yarışmasında 2-ci yeri tutur. Bu yarışdan sonra o, “Lamborghini” markası ilə əməkdaşlıq edib, “Aston Martin” üçün innovativ konseptlər, o cümlədən “DBC” avtomobil konseptini hazırlayıb. Bu yaxınlarda isə həmyerlimiz “Ferrari F40” konsept avtomobili üçün dizaynını təqdim edib. Bundan əlavə, Samir ABŞ-da yerləşən “Rezvani Motors” üçün dizaynla bağlı konsultasiya verib. Yeri gəlmişkən, “Rezvani Motors”un sifarişlə hazırladığı off-road və lüks avtomobillərindən ikisi, Kris Braunun və Enrike İqlesiasın kliplərində görüntülənib. Hal-hazırda “Genesis Motors”da (Cənubi Koreyanın dünya şöhrətli “Hyundai” markasının lüks avtomobillər istehsal edən qolu) çalışan S.Sadıxov, 2018-ci ildə “Automobile Magazine” jurnalının təsis etdiyi avtomobil dizaynı sənayesində ən nüfuzlu mükafatlardan biri sayılan “İlin ən yaxşı konsept avtomobili” mükafatına layiq görülən komandada yer almışdır. Mükafata layiq görülmüş “Genesis Essentia” avtomobili, estetikanın və ekoloji texnologiyanın şah əsəri olmaqla yanaşı, avtomobil sənayesinin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi barədə ilhamlandıran nümunələrdən biri sayılır.

 

Bir çoxu avtomobil dizaynını 3D proqramları ilə hazırlandığı halda, Samir öz konseptlərini eskiz formasında çəkir. Bu onun yaradıcılıq prosesinin ayrılmaz hissəsidir. Samirin eskizləri onun dizayn dilindən xəbər verməklə yanaşı, sənətkarın simmetriyanı, axıcılığı və vizual balansı araşdırmaqla əldə etdiyi özünəməxsus konseptual təkamül yolunu vurğulayır. Nəticədə yaranan dizaynlar hamarlıq, həmçinin hərəkət və dinamizmlə doludur. Konsept dizaynlarının adətən avtomobil bazarında reallaşmamasına baxmayaraq, Samirin işləri avtomobil sənayəsi üçün bir ilham mənbəyidir və ona materiallıq, texnologiya və formalar ilə təcrübə aparmaq baxımından inkişaf etməyə kömək edir.

Samir Sadıxov (foto: samirsadikhov.com)

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir