Yaroslav Lenzyak – 16 Fevral

 Yaroslav Lenzyak – 16 Fevral

Yaroslav Lenzyak Ukraynanın cənub bölgəsində yerləşən, sahilyanı kurort şəhəri kimi tanınan Yeni Kaxovkada doğulub. Günəş enerjisi ilə dolu bu yerlərin ab-havası Yaroslavda yaradıcılıq istedadının inkişaf etməsinə təsir etməyə bilməzdi.

 

Məktəb illəri Yaroslav üçün musiqini qavramasında start düyməsi olur. Yeniyetmə çağlarında aldığı musiqi təhsili onun prodüser kimi püxtələşməsində mühüm rol oynayır. Həmçinin, Yaroslav həyatında inanılmaz təcrübə yaşayıb – mobil telefonlarda polifonik musiqi yığmaq funksiyası mövcud olduğu dönəmdə Yaroslav sayəsində bütün dostları orijinal zəng səslərinə sahib idilər.

 

2006-cı ildə Nikolayev şəhərinə köçdükdən sonra o, elektronik musiqi ilə məşğul olmağa başlayır. Professional DJ karyerası da məhz burada formalaşır. Elə bu vaxtlarda Yaroslav Kazantip festivalına qatılır və Avropa minimal musiqisinə aşiq olur.

 

2008-ci ildə ilk texno simfoniya olan “Weeping of Enigmatic Whale” (Sirrli balinanın ağısı) yayımlandı.  Və məhz bu dövrlərdə o, yaradıcı DJ-liklə intensiv şəkildə məşğul olmağa qərar verir. Onun səslərlə təcrübələr keçirmə marağı və bacarığı sayəsində biz, treklərində müxtəlif elektronik musiqi istiqamətlərinin gözəl simbiozunu eşidə bilərik. O, öz layihələrində müxtəlif sintezatorlar və hər növ kontroller işlədərək öz treklərinə xüsusi saundlar qatır.

 

Trekləri və remiksləri dünyaca məşhur DJ-lər tərəfindən dəstəklənir və yığma relizlərdə yayımlanır. Lenzyakın trekləri “Kina Music”, “Neostrictly”, “Archipel”, “Mulen”, “Hashplant”, “Sleep Is Commercial”, “miNIMMAl movement”, “Saint & Don’t Music”, “Diferit”, “Tzinah”, “Baile Music”, “Castanea” və “Soblazn Music” kimi musiqi leybllarında işıq üzü görür.

 

Yaroslavın beynəlxalq fəallığı çox sürətlə böyüyür. Dinləyiciləri üçün daim yeni musiqi perspektivləri yaradan Yaroslav haqda əminliklə demək olar ki, tezliklə bütün dünyada tanınacaq və fanat ordusu yaranacaq.

 

Yaroslav Leznyak Bakıda isə ilk dəfə olaraq iN səhnəsində 16 Fevralda çıxış edəcək!

Yaroslav Lenzyak

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir