Əvvəlcə Yarat Müasir İncəsənət Mərkəzində baş kurator kimi işə başlayan və hal-hazırda mərkəzin bədii rəhbəri kimi fəaliyyət göstərən Suad Qarayeva-Malekinin Azərbaycanın müasir incəsənət səhnəsini genişləndirməklə bağlı missiyası Bakının incəsənət və kuratorial mənzərəsininin inkişaf etməsinə böyük töhfə verib. Əslən Bakıdan olan Suad, ali təhsil almaq üçün London İqtisadiyyat Məktəbinə (Birləşmiş Krallıq) üz tutur və buranı bitirdikdən sonar maliyyə sahəsinə yönəlir. Bununla belə, Suad Qarayeva-Malekinin incəsənətlə bağlı artan marağı ona Londonun Christie’s təhsil ocağında müasir incəsənət üzrə biliklərə yiyələnməyə təkan verir. Təhsili bitirdikdən sonra o, nüfuzlu Sotheby’s auksion evində, ev və kolleksionerlər üçün yeni maraq dairəsinə çevrilən, Qafqaz və Mərkəzi Asiya incəsənəti üzrə mütəxəssis kimi işləməyə başlayır. Orada işləyən zaman Suad Azərbaycan rəssamları ilə onların bölgədəki müasirləri arasında dialoqu olduqca genişləndirən iki sərgiyə kuratorluq edir. “Kəsişmələrdə: Qafqaz və Mərkəzi Asiyadan Müasir İncəsənət”(2013) və “Kəsişmələrdə 2: İstanbuldan Kabilədək Müasir İncəsənət” (2014) sərgiləri bölgənin müasir incəsənətinin dərinliyi və genişliyinə görə yüksək qiymətləndirilir, həmçinin auksion evi üçün bu cür sərgilər baxımından bir ilk olur. Sotheby’s auksion evində işləməklə birgə o Avropada, o cümlədən Monako və İtaliyada keçirilən sərgiləri kurasiya edib. 53-cü və 54-cü Venesiya bienallarında Azərbaycan Milli Pavilyonunun kurasiyasında iştirak etməklə birgə, 2015-ci ildə Suad 56-cı Venesiya bienalında parallel olaraq nümayiş etdirilən “Od və Suyun Birliyi” adlı əhəmiyyətli sərgiyə kuratoruluq edir. Qeyd etmək lazımdır ki, bu sərgi azərbaycanlı rəssam Rəşad Ələkbərovun qazax rəssam Almagül Menlibayeva ilə estetik dialoqunu əks etdirmişdi. Gözəlliyi və intensivliyi sayəsində tanınan Suadın kuratorial baxışı, sənət əsərlərinin Barbaro sarayının fərqli yerlərində ziyarətçiləri heykəllərdə və müxtəlif instalyasiyalarda sezilərək, bütün sərgi boyu konseptual hekayə yaradan, düşündürücü dizaynlı abu-hava ilə fərqlənir.
Suadın cəlbedici vizual təəsürat yaratmaq bacarığı Bakıdakı Yarat-da təqdim olunun müxtəlif incəsənət əsərlərində aydın görünür. Yeri gəlmişkən, Suad Bakıya öz yaradıcılıqlarını sərgiləyən bir çox əhəmiyyətli əcnəbi müasir rəssam dəvət etmişdir. 2015-ci ildə Yarat Müasir İncəsənət Mərkəzinin açılışı üçün məşhur iranlı fotoqraf Şinin Neşatın əl işlərininin sərgisini keçirir. Açılış sərgisindən sonra o “Rhisome”-u (Rizom) təmsil edən Maykl Konnerlə birlikdə Nyu-Yorkun (ABŞ) Yeni Muzeyində, Bakı incəsənət səhnəsi üçün yeni olan post-rəqəmsal dünyada identifikanın və vizual təqdimatının inkişafını araşdıran, “Ürək tənha ovçudur” adlı innovativ sərgiyə kuratorluq edir. O vaxtdan indiyədək ölkəmizin mədəniyyət və landşaftının incəsənət kollaborasiyası rolunu oynayan Azərbaycandan ilhamlanaraq sənət əsərləri yaratmaq üçün Bakıya əcnəbi rəssamları dəvət etməklə, kuratorumuz rəngbərəng, mürəkkəb və cəlbedici sərgi siyahılarını yaradır. 2016-2017-ci illərdə baş tutmuş kolumbiyalı rəssam Oskar Murilyonun, İpək yolunda Şəkinin, habelə müasir ipək istehsalının, yaratdığı şəbəkə ornamentindən, həmçinin bütün əsərini əhatə edən xüsusi parça instalyasiyalarından ibarət nəhəng instalyasiyasında ilham rolunu araşdıran, “Dis Place” adlı solo sərgisi Suadın Azərbaycan tarixi və mədəni ifadəsini müasir baxış vasitəsi ilə üzə çıxarılması ilə bağlı marağını simvolizə edir.
2018-ci ildə Suad Yaratın sabiq rəhbəri Byorn Geldhofla birgə ilkə imza atan italiyan müasir artist Mikelancelo Pistolettonun köhnə və yeni işlərinin, Azərbaycanlı rəssam Aidə Mahmudovanın yeni heykəllərinin və hindistanlı rəssam Şilpa Quptanın azərbaycanlı və əcnəbi şairlərdən ilhamlanan nəzm və instalyasiyadan ibarət sərgilərini keçirir. Qeyd etmək lazımdır ki, bütün bu sərgilər bölgə üçün əhəmiyyət kəsb etmişdir. Kuratorluqdan əlavə, Suad yerli azərbaycanlı rəssamların əl işlərinin sərgilərə qatılmasını təşkil edir və Yaratın müxtəlif studiyaları və təhsil proqramları vasitəsi ilə bütün ölkə üzrə istedadların inkişaf etməsinə nəzarət edir. Bundan başqa, Yarat vasitəsi ilə Azərbaycanın nəhəng yaradıcılıq istedadı ilə dünya arasında dialoqun genişləndirilməsini davam etdirməklə Suad Qarayeva-Maleki həm yerli, həm də qlobal auditoriyanı ruhlandırır.
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.