Tora Ağabəyova

 Tora Ağabəyova

Berlində yaşayan müasir azərbaycanlı rəssam Tora Ağabəyova karyerasını beynəlxalq müstəviyə daşımazdan öncə Bakıda təhsil alıb. Rəssamlıq üzrə təhsil alan Tora təsviri incəsənət sahəsi üzrə magistr dərəcəsi əldə etməzdən və video-art sahəsində təcrübələr aparmağa başlamazdan əvvəl, 90-cı illərdə Bakıda konseptual tədbirlərdə iştirak edib ki, bu da o dönəm üçün qabaqcıl təcrübə sayılırdı. Karyerasına başladığı dövrdə rəssam 2000-ci ildə baş tutan “Zamanın qanadları” adlı gənc yaradıcı rəssamların sərgisində iştirak edir. Yeri gəlmişkən, bu sərgidə, hal-hazırda artıq məşhurlaşmış bir sıra rəssamlar da iştirak edib. Gənc yaşlarında Çinin Şanxay şəhərində məskunlaşan Tora rəssamlığı davam etdirməklə yanaşı, sürətlə dəyişən şərq istehlakçı mədəniyyətindən estetik ilham almağa başlayır. 2007-ci ildə isə onun əl işi 52-ci Venesiya bienalı çərçivəsində sərgilənir.

 

Tora öz yaradıcılığına 2009-cu ildə Bakıya qayıtdıqdan sonra da davam edir və müxtəlif gözəçarpan qrup sərgilərində, o cümlədən, 2011-ci ildə Yarat Müasir İncəsənət Məkanının açılış sərgisi olan “Ön Söz”də və 2012-ci ildə Paris və London kimi müxtəlif şəhərlərdə keçirilən “Fly to Baku” adlı müasir Azərbaycan incəsənəti mövzusunda keçirilən beynəlxalq turistik sərgidə iştirak edir. Həmçinin 2011-ci ildə rəssam iki fərdi sərgi keçirir. “İkili məna” sərgisi Bakının “Kiçik QalaArt” qalereyasında, “Neft və arzular” sərgisi isə Londonun “Royal Opera House Arcade” qalereyasında baş tutur. Bundan əlavə, Toranın əsərləri Rusiya, Norveç, İsveçrə və Gürcüstan kimi ölkələrdə sərgilənib. 2011-ci ildə yaradıcılığını inkişaf etdirmək məqsədi ilə Berlinə köçən həmyerlimiz indiyədək orada yaşayır və işləyir.

 

Toranın yaradıcılığı müxtəlif və mürəkkəbdir. Onun estetikası klassik kompozisiya və realistik təsvirlərdən tutmuş daha müasir fiqurativ yanaşmayadək fərqlənir. O, konseptual olaraq Azərbaycan mədəniyyəti ilə birgə gender anlayışının qavranılmasından ilham alır. Onun erkən fiqurativ əsərlərinə Sovet realizmi təsir edib. Lakin buna baxmayaraq, Tora sənaye və iş mühitində təsvir etdiyi obrazlarda müasir yumoristik hissiyat sezilir. Onun sonrakı işlərində isə hibrid-orientalist rəsm üslubunu görmək olar. Yeri gəlmişkən, Qafqaz mədəniyyətindən ilhamlanan bu üslub izləyiciyə intibah və romantika üslublarına bənzər insan fiqurları təqdim edir. Beləliklə, Tora müasir həyatı təhlil etmək üçün klassik incəsənəti seçir. Yağlı boya əsərlərində onun subyektlərinin bədənləri yumşaq və kömbə alınır, onların üz ifadələri isə mifoloji hekayələrə və alternativ reallığa istinad edən vəziyyətləri ilə bağlı təəccüb hissini əks etdirir. Tora portretlərində qadınları dincələn yerdə və ya ev şəraitində təsvir edir. Təsvir etdiyi qadınların hissiyatlı və gözəl bədənləri onların qadınlılığını və məğrurluğunu ifadə edir. Tora Ağabəyovanın çəkdiyi qadınlara qarşı hörmət və təqdir hissi onları təsvir etdiyi situasiyalarla bağlı həssaslığında görmək olar – qadınlar əsərin mərkəzində olduqlarına baxmayaraq vurğulanmırlar. Bu rəssamlıq üslubu ilə Tora ənənəvi orientalist estetikanı dəyişərək onu müasir həyat kontekstinə uyğunlaşdırır. Onun əsərləri zaman, təcrübə və məkan daxilində yayılan genderin incəsənət və cəmiyyətdəki çökmüş dekonstruksiyasını təsvir edir.

Tora Ağabəyova

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir