Ayaz – Həmin söhbət

 Ayaz – Həmin söhbət

Uzun bir ara verdiyimiz XodVerMix rubrikamıza bu dəfə tam fərqli bir sima ilə davam edirik. 22 yaşı olsa da, artıq Rotterdamda lokal musiqiçilərdən birinə çevrilə bilib. Musiqi ilə uşaqlıqdan məşğul olsa da 2014-cü ildə Rotterdama köçməsi ilə onun həyatında yeni bir səhnə başlayıb. Niderlandda elektron musiqi səhnəsinin məşhurluğu Ayazda həm rəqəmsal, həm də disk-vinil formatında müxtəlif növdə musiqilər yığmağa maraq oyadıb. 2015-ci ildə DJ-liyə girişən Ayaz növbəti il səs mühəndisliyi və yaradıcılığa da girişməyə qərar verir. Ardıcıl olaraq növbəti illərdə Rotterdamda ilk dəfə klubda çıxış edir, yerli “Operator” internet radiosunda öz şousu olur. Ötən il isə Amsterdamın dünyaca məşhur “Red Light” radiosunda çıxış etməyə başlayır. O, bundan əlavə Tbilisi, Moskva və Bakı klublarında da çıxış edib. Ən son işi isə ərsəyə gətirdiyi “Yalançı” adlı vinil yazı leyblıdır.

 

Ayazın statik tərzi yoxdur, bir çox janr və stilləri qataraq özünəməxsus tərz yaradır. “Michail Chekalin” və “Tolouse Low Traxxx” kimi elektron musiqiçilərdən savayı “Altın Gün” adlı türkiyəli psixodelik folk-rok qrupundan da bəhrələnib. Uşaqlıqdan dinlədiyi hip-hop və elektronik rok tərzlərinin də ifasına müəyyən təsiri var. Ayaz bu miksini VarYox üçün xüsusi hazırlayıb. Öz dediyi sözlərlə ifadə etsək – məqsəd zamansız mahnıları toplamaq idi.

TREKLİST

  1. O Yama O – Hebi
  2. Unknown Artist – A1
  3. Michel Banabila & Yaşar Saka – Hem Okudum Hemi De Yazdim
  4. Marl Ernestus’ Ndagga Rhythm Force – Simb
  5. Brandi Ifgray – No Chance
  6. Denis Mpunga & Paul K – Veronika II (Tolouse Low Traxx Remix)
  7. Anna Homler & Steve Moshier – Gu She’ Na’ Di
  8. David Bowie – Segue / Algeria Touchshriek
  9. Makaya McCraven – Holy Lands (feat. Brandee Younger)
  10. Ryuichi Sakamoto – Tell ‘m To Me
  11. Pablo’s Eye – L.A Desert
  12. Viola Klein – Can you listen to the feeling of my words unspoken (feat. Georgia Anne Muldrow)
  13. Bernard Palaglia – Simple
  14. Mkwaju Ensemble – Lemore

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir