Məşhur Azərbaycanlı rəssam Vüqar Muradov Bakıda doğulub və möhtəşəm kommersiya və rəssamlıq karyerasına başlamazdan əvvəl Ə.Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət Məktəbində təhsil alıb. Gənc rəssam olarkən Vüqar Qobustan Dövlət tarixi-bədii qoruğunda işə düzəlir və bundan sonra əl işlərini sərgiləməyə başlayır. 1990-cı illərdə o, “Vətən səsi” və “Millət” qəzetlərində, jurnallarda rəssam işləyib, həmçinin “Azərxalça” elmi-istehsalat birliyinin baş rəssamı qismində xalça dizaynı ilə məşğul olub. Azərbaycanın tarixi, ictimai və mədəni arenasında tutduğu bu erkən mövqelər onun yaradıcılığını istiqamətləndirir; Azərbaycan rəssamlar birliyinə daxil olduqdan dərhal sonra rəssamın karyerası beynəlxalq təsdiq və məşhurluq qazanmışdır.
1998-ci ildə Vüqar ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Dünya Bankının mənzil qərargahında keçirilimiş Azərbaycanın müasir rəssamlarının inkişaf qüsuru olan insanların portretlərini nümayiş etdirməyə seçilir. Yeri gəlmişkən bu rəssamın ilk mühüm beynəlxalq layihəsi olur. Bundan sonra Vüqar Muradov dünyanın bir çox yerində əsərlərini sərgiləyib, həmçinin müxtəlif incəsənət yarmarkalarında və beynəlxalq layihələrdə iştirak edib. Vüqarın əl işləri Azərbaycan, Moldova, Almaniya, Danimarka, İsveçrə, ABŞ, Lüksemburq, Rusiya, Fransa, Türkiyə, Bolqarıstan və Ukrayna kimi ölkələrdə sərgilənib. Bundan əlavə onun əsərləri Quqenhaym Muzeyi, Nyü-York Müasir İncəsənət Muzeyi (MOMA), Argentinanın Qevara Films şirkəti, Vaşinqtondakı Mərkəzi və Şərqi Avropa İncəsənət Fondu, Yaponiyadakı Sasakava Sülh Fondu, Türkiyənin Müdafiə Nazirliyi, Niderlanddakı Lambri Beynəlxalq şirkət kimi bir çox nüfuzlu beynəxalq institutlarda sərgilənib. 2017-ci ildə o, Şimali Amerikanın ən iri beynəlxalq müasir incəsənət sərgisi olan Art Basel Miami (ABŞ) tədbirinə əl işlərini təqdim edən yeganə azərbaycanlı rəssam olur. Həmçinin 2017-ci ildə Vüqar Muradov UNESCO-nun Beynəlxalq rəssamlar federasiyasına üzv seçilir.
Vüqarın yaradıcı prosesini Azərbaycan mədəniyyəti ilə bağlı olan konkret estetikanı və ya mövzunu araşdıran incəsənət əsərləri seriyasının yaradılması ilə xarakterizə etmək olar. Perspektiv, dərinlik, rəng, kölgə və işıqla manipulyasiya edərək rəssam müasir rəssamlıq təcrübəsinin və vizual təqdimatın dərinliklərinə qərq olur. Fərqli məkanlarda, o cümlədən Sankt-Peterburqdakı Erarta muzeyində və 2017-ci ildə Bakının Müasir İncəsənət Muzeyində sərgilənən “Bənzəmə” seriyasında Azərbaycanın müxtəlif bölgələrinin xalçalarının üzərindəki naxışlarından ilhamlanaraq, görüntü və kompozisiya ilə manipulyasiya etməklə şablon və sərt formalardan əl işləri yaradır. Rəng, forma və rəsm arasındakı əlaqəni vurğulayan yastı perspektivə boyanmış ənənəvi xalça rəsmlərinin özləri elə skulptur obyektləridir. Bu seriyadakı rəsmlərdə insanlar, həmçinin bədənində xalçanın bütün kainatını ehtiva edən at, balıq, qoyun kimi canlılar təsvir olunub. Bu əsərlər parlaq rəngləri və ənənəvi obrazların istifadə olunması ilə valeh edir. Öz gözəlliyi və cəlbediciliyi baxımından universaldırlar. 2019-cu ildə Ukraynanın paytaxtı Kiyevdə keçirilən Vüqarın “Rəng kölgəyə qarşı” fərdi sərgisində rəssam həmişə olduğu kimi estetika və təsvirlə manipulyasiya edir. Bu seriyada sərgilənən işlər hünərli və parlaqdır, kətanları bürüyən işıq və kölgə təəsüratı yaratmaq üçün mücərrəd üslubda çəkilmiş mənzərə, natürmort və portretlərdən ibarətdir.
Onun rəsmlərindəki rənglər yalnız obyektlərinin daxili emosional keyfiyyətlərinin təsvir olunmasına yox, həmçinin Vüqarın rəsmin mövzusuna münasibətinin əks etdirilməsinə xidmət edir. Rənglər onun öz incəsənət əsərləri ilə bağlı niyyətini aşkara çıxarır. Rəsmlərinin üzərindəki ifadəli fırça yaxıqlara baxdıqda, rəssamın bu kətanın üzərində necə işləməsini sezmək olur. Onun əsərləri nikbin və oynaqdır, amma bununla belə daha görkəmli və medidativ anları əks etdirir. Hal-hazırda, ən məşhur azərbaycanlı rəssamlardan biri kimi Vüqarın təcrübəsi onun insani emosiyalarının gözəlliyini işıqlandırmaq üçün, rənglərdən istifadə edərək aramsız şəkildə vizual dilləri araşdırması sayəsində inkişaf edir.
Vüqar Muradov
© Photo: Caspia Contemporary Gallery
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.