DJ AKG – Sevgi VAR, Qorxu YOX #002

 DJ AKG – Sevgi VAR, Qorxu YOX #002

Kamran Garalov azərbaycanlı DJ, prodüser və Hereket Records leyblının təsisçisidir. Elektron musiqi dünyasına DJ AKG təxəllüsü ilə girən Kamran, Jean Michel Jarre və ATB kimi dahi musiqiçilərdən təsirlənib. Təsirləndiyi musiqiçiləri və istiqamətləri araşdırandan sonra Kamran musiqidə özü üçü əsas istiqaməti seçir: Techno və xüsusilə klassik Detroit Techno.

 

2016-cı ildə DJ AKG, Azərbaycanda ilk dijital-techno leyblı olan Hereket Records-un əsasını qoyur. Uzun bir aradan sonra elə həmin ilin mayında “Yumru Gutab” adlı ikin EP yayımlayır. Reliz italyan Klaphouse Records-dan çıxır.

 

Hal-hazırda DJ AKG öz miksləri və tərzi üzərində işləyir. Dilara, Miri Yusif kimi musiqiçilərlə əməkdaşlıq edən DJ AKG, Gürcüstan, İtaliya, Hollandiya və Fransada səhnə almışdır.

TREKLİST

 

1. Ocula – From the Lake
2. Artche – Fears
3. Jon Hopkins – Luminous Beings
4. Just Emma – Baltic Sea (Monolink Remix)
5. Jonas Saalbach – Faraday
6. Lee Burridge – Mibale
7. Moderat – Rusty Nails
8. Cubicolor – No Dancers (Adam Port Remix Edit)
9. Magdalena – I Think About You All The Time (Extended Club Version)
10. Monolink – Father Ocean (Ben Böhmer Remix Edit)
11. Ane Brun – Balloon Ranger (Clavis Remix)
12. Eric Prydz – Opus (Four Tet Remix)

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir