EL, SHNGL, Terminal Sync – 8 iyun

 EL, SHNGL, Terminal Sync – 8 iyun
SHNGL

SHNGL

EL

EL

TERMINAL SYNC

TERMINAL SYNC

■ EL – Rusiyalı DJ, Present Perfect Festivalının yaradıcısı və rezidenti. O, həmçinin Roots United-in də həmtəsisçidir. Peterburqda onu, şəhərin əsas klubları olan Stackenschneider, «КПД», «Танцплощадка» və «Клуб»-da görmək olar. EL, rezidenti olduğu Berlindəki Roots United, Phú Quốc adasında yerləşən Calle 9+1 (Medellin, Kolumbiya), Moskvanın System 108 tədbirlərində, Tbilisinin KHIDI klubunda və təsisçisi olduğu Present Perfect Festivalındakı çıxışları ilə seçilmişdir.

Bundan əlavə onun setləri, Boiler Room, Red Light Radio, Rinse FM (Fransa) və həmçinin Kiyevin «Схема»-ı üçün podkastda da səslənmişdir.

■ SHNGL – Gürcü DJ və musiqi prodüseri. Yerli elektronik musiqi səhnəsindən ilhamlanan SHNGL-in musiqisi əsasən melanxolik melodiyalar və ağır groove-lar üzərində formalaşır. 2016-cı ildən etibarən o, aktiv olaraq DJ-lik və musiqi prodüserliyi fəaliyyəti ilə məşğul olur. O, Tbilisinin KHIDI, Cafe-Gallery, SPACEHALL kimi klublarındakı çıxışları ilə yadda qalmışdır.

SHNGL-in trekləri DRVMS LTD., Advanced (Black), CDT, Roddom Records, Fabrik Music, Palm Structure, ART21 Club and Carcères Records kimi leybllarda işıq üzünə çıxır.

■ Terminal Sync – İtaliyalı DJ və musiqi prodüseri. Həm DJ-lik həm də musiqi prodüserliyi ilə məşğul olan Terminal Sync, DJ olaraq öz fəaliyyətini, 2006-ci ildə, elektronik musiqi pionerləri və 90-ların Venesiya və Berlin musiqisindən ilhamlanaraq başlayıb.

O, öz setlərində yeni və qədim deep, acid, groove, qaranlıq techno səslənməsindən istifadə edərək və bəzən melodik vinil əsərlər də əlavə edərək dəqiq və səmimi, eyni zamanda rəqs meydançasını sarsıdan səslənmə ortalığa qoyur.

■ EL
https://soundcloud.com/untitledel

■ SHNGL
https://soundcloud.com/shngl
https://www.residentadvisor.net/dj/shngl-ge

■ TERMINAL SYNC
https://soundcloud.com/terminalsync
https://www.residentadvisor.net/dj/terminalsync

■ ELJAN
https://soundcloud.com/eljan_a
https://www.residentadvisor.net/dj/eljan

Biletlər: 15 AZN (Yalnız qapıda)

Səs sistemləri: TECHNOLOGY GROUP

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir