Exos – 25 May

 Exos – 25 May

Exos – İslandiyalı DJ və musiqi prodüseri.

 

O, İslandiyanın ən təcrübəli və hörmətli techno artistlərindən biridir.

 

1997-ci ildən bəri musiqi ilə məşğuldur. Bugünki günə qədər 20-dən çox vinil və 3 albom işıq üzünə çıxarmışdır. Delsin Records-da çıxmış “My Home is Sonic”, 2001-ci ildə İslandiyanın ən məşhur qəzetlərindən biri “mbl.is” tərəfindən ilin albomu seçilmişdir.

 

Exos, 2014-cü ildə Resident Advisor tərəfindən ilin leyblı seçilən, Nina Kravizin “трип” leyblına qoşulmaq qərarını alır.

 

2016-cı ildə o, Thule Records-da “Downgarden” sinqlını işıq üzünə çıxarmış və eyniadlı tur ilə Cənubi/Şimali Amerika, Avropa, Orta Şərq və Afrikaya səyahət etmişdir.

 

2017-ci ildə Exos öz leyblı “X/OZ”-i təsis etdi. Bu leyblda o, dostları, sevimli artisləri və öz treklərini işıq üzünə çıxarır.

 

O, Nina Kraviz, DJ Rush, Ben Sims, Mark Broom və Traumer kimi artistlərlə birgə treklər və remixlər üzərində işləyib.

 

Exos, Fabric, Output, Berghain kimi klublarda, Awakenings, Sonar festivallarında və Ostgut Ton tədbirlərində öz çıxışları ilə yadda qalmışdır.

 

■ EXOS

https://soundcloud.com/exos

https://www.residentadvisor.net/dj/exos

 

■ GEORGE EFFE

https://soundcloud.com/george-effe

https://www.residentadvisor.net/dj/georgeeffe

 

Biletlər – 15 AZN (Yalnız qapıda)

 

Səs Sistemləri: TECHNOLOGY GROUP

 

Dəstək: JAGERMEISTER

Exos

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir