Əslən Nyukasldan olan, indilərdə isə Londonda yaşayan JOBE hauz və texno janrlarında prodüser kimi çalışır və DJlik edir. Onun trekləri “Chapter 24”, “Connaisseur”, “Selador”, “Steyoyoke” və “Sincopat” kimi leybllarda işıq üzünə çıxır. Onun tərzi proqressiv hauz və melodik texno arasındakı boşluğu doldurmaqsa da özünü janrlarla sərhədləmir. Daim yeni və futuristik səslər yaratmağa çalışır.
FU türkiyəli DJ və musiqi prodüseridir. Onun musiqisi melodik hauz, texno və proqressiv musiqi istiqamətindədir. Hauz musiqisini dekonstruksiya edir və ona daha modern nöqteyi-nəzərdən yanaşır. “Teenage Mutants”, “Anna” və “Tone Depth” kimi musiqiçilərlə eyni səhnəni bölüşmüşdür.
Martın 2-si Sektor 8-də JOBE, FU və Bunbeck çıxış edəcəklər. Giriş 15 manatdır.