Ulver – Perdition City (2000)
Ulver Kristofer Riqq tərəfindən yaradılan norveçli eksperimental musiqi kollektividir. 1993-cü ildə “Vargnatt” albomu ilə debüt edən qrup özünü əsl Norveç qara metal kollektivi kimi təsdiqlədi. Bundan sonra Kristofer öz musiqi duyumu ilə bağlı vəhşi tədqiqatlara başlamasaydı, hər şey qaydasında gedirdi. İllər keçir, Ulver sərt amma melodik qrim qara metal ifasına davam edirdi.
Bir müddət sonra qrup daha melodik musiqilər yaratmağa başladı. Onlar artıq daha aydın səsli musiqi alətləri istifadə edir, treklərin səslənməsinə daha çox diqqət yetirirdilər. Beləliklə, Kristoferin səs dizayneri və bəstəkar Tore İlvizakerə əməkdaşlıq təklif etməsi ilə də qrupun möhtəşəm kəşflər və yeniliklər astanasında olduğu bəlli oldu.
Biz isə qrupun “Perdition City” (İztirablar şəhəri) adlı albomu haqqında danışacağıq.
Albomu yeni bir art-layihənin yaranmasına gətirib çıxaran partlayıcı qüvvə adlandırmaq olar. Albom haqda danışarkən zərif elektronika ilə zənginləşdirilmiş trip-hop, caz elementlərini, həcmli embiyenti vurğulamaq istəyi yaranır. Ağır elektro-piano və saksafon harmoniyası, müxtəlif qlitç parçaları, nitqi introlar və vokalla zənginləşdirilmiş, aşağı templi vurğuların üzərində qurulmuş kinematoqrafik tutqun atmosfer elektronikası… Kristoferin ifa etdiyi vokal hissədən bəhs etmədən keçmək olmaz
Lakin ötən illər ərzində Ulver skandinav gücünü, soyuqluğu və təmkinliyini özündə əks etdirən stilini qoruyub saxlayır.
“Yuxudan öncə və sonra” üçün nəzərdə tutulmuş bu musiqini fərqli bir şeylə tanış olmaq istəyənlərə qaranlıqda və qulaqcıqlarla dinləmək tövsiyyə edilir.
Həzz alın! – Albomu buradan endirin.
Sosial media: fb / soundcloud / twitter