Kirxa – Eksperimental Musiqi

VarYox olaraq biz Bakıda incəsənət və mədəniyyət üçün üç tarixi ictimai məkanı sənədləşdirmişik. Bu tarixi yerlərdən biri də Kirxadır.

Nigar Köçərli

Müasir Azərbaycanın ilk kitab mağazaları şəbəkəsi - Ali Ninonun təsisçisi və direktoru, iş adamlarından biri Nigar Köçərli ilə söhbət elədik. Onun Azərbaycan qadını, kitab yazarları və oxucuları, təhsil və dil kimi gələcəyimizi maraqlandıran bir sıra mövzular haqqında düşüncələrini izləməyə dəvət edirik.

Tora Ağabəyova

Tora Ağabəyova Berlində yaşayan Azərbaycan Müasir İncəsənətinin nümayəndəsidir. Avqust ayında Bakıya səfəri zamanı onunla atası, Xalq Rəssamı Mayis Ağabəyovun emalatxanasında səmimi söhbət etdik.

Sənan Ələskərov

Sənan Ələskərov son onilliklərdə dəyişən Bakı atmosferini, tarixini, yerli müasir incəsənət nümayəndələrinin yaradıcılığını özünəməxsus estetikası ilə arxivləşdirən önəmli fotoqraflardan biridir. Analoq üslubda təqdim etdiyi yaradıcılığı isə onu müasir fotoqrafiya sferasında yeganə edir. Sənanla söhbət bizim üçün həm şans, həm də zövq oldu. Siz də dəyərləndirin!

Sorğu #15 – Atalar övladlarını nə qədər tanıyır?

Atalar övladlarını nə qədər tanıyır? Bu suala fokuslanaraq keçirdiyimiz sorğu və psixoloqların yanaşması sizin üçün də faydalı ola bilər, izləyin. Tam versiya Youtube-da! Layihə "Gender Talks" sosial platformasının təşəbbüsü ilə reallaşdırılır. Növbəti paylaşmalarda psixoloqların ata-övlad münasibətləri ilə bağlı ətraflı müzakirəsini izləyəcəksiniz.

100 illik bayrağımız müharibə dövründə xaricə satıldı. Qoruya bilmədik…

Azərbaycan mədəniyyət və tarixinə aid əşyaları öz hesabına toplayan iki gənc kolleksiyaçı ölkənin incəsənət mühitində nədən şikayətlənir? Müraciətləri kimədir? Kolleksiyasının davamlı olması üçün onlara dəstək olmağa ehtiyac var. Yalnız incəsənət nümayəndələri yox, hamımız. "Söhbət elə"də FR Collection!

Söhbət Elə – Mehriban Ələkbərzadə

Hazırda Kukla Teatrının binasında yerləşən Yuğ Dövlət Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatr mədəniyyəti, mədəni geriləmə, Azərbaycanda teatrların vəziyyəti və necə inkişaf etdirmək barədə danışır. Maraqlı və iddialı fikirlər var, izləyin! Qeyd: Bu video İkinci Qarabağ Müharibəsindən öncə çəkilib.

Murad Məmmədov

Murad Məmmədov düşünür ki, insan potensialı o qədər böyükdür ki, təkcə bir işlə məşğul olmaq onun təbiətinə ədalətsizlikdir. O, əlillik və fərdi inkişaf sahəsi üzrə mütəxəssis, aktyor, aktivist, həm də "Uğura gedən yol" kitabının müəllifidir.

Fuad Qara

Faiq Ağayevin məşhur "Aldatdı məni" klipindəki oğlan yadınızdadır? Həmin oğlanın indi 41 yaşı var. Söhbət Fuad Qaradan gedir. O, gəncliyini indi yaşadığını deyir, özü də sahibi olduğu məkanda saç ustası kimi çalışır. Həmin "oğlan"la siz də tanış olun!

Rüzgar

İmkan tapan kimi sosial medianın gündəminə bu və ya digər şəkildə yerləşməyi bacaran reper Rüzgarı "Şəhər Uşağı" rubrikasında qonaq etmişik. Rüzgarın baş qəhrəmanı olduğu bir sosial çarxımızı da koronavirus keçən kimi paylaşacağıq!

Sorğu #13 – Koronavirus və həkim rəyi

Dünya nadir hallarda ortaq düşmənə qarşı birləşir - Koronavirus. Bəs həm virusun özündən, həm də hazırda onun haqda geniş yayılmış informasiya çirkliliyindən özümüzü necə qoruya bilərik? Yeni videomuzda bir çox suallarınıza cavab tapacaqsız.

Taleh Yüzbəyov

Son zamanlar, xüsusilə “Zəhər tuluğu” və “Ortastatistik Rasim” vebserialları ilə populyarlıq qazanmış aktyor, videobloqqer Taleh Yüzbəyovla söhbət etdik. O, filmlərində tamaşaçılar tərəfindən iradla qarşılanan məqamlara da fikir bildirdi. Qeyd edək ki, çəkiliş məkanında yeni il dekorasiyaları olsa da, videomüsahibə daha erkən müddətdə çəkilib.

Elçin Səfərli

Bu dəfəki “Söhbət elə” rubrikasında qonaq post-Sovet məkanında ən çox oxunan, “Forbes” siyahısında adı olan yeganə azərbaycanlı gənc yazıçı Elçin Səfərlidir. O, bizimlə səmimi söhbətin sonunda gənc yazarlara tövsiyələrini də verdi.

İsmayıl Səfərəli

İllərdir xaricdə yaşamağına və rus dilində özünü daha yaxşı ifadə edə bilməsinə baxmayaraq, filmlərinin əksəriyyətini Azərbaycanda və azərbaycanca çəkən rejissor İsmayıl Səfərəli ilə söhbət etdik. O, düşünür ki, Azərbaycanla bağlı hekayələri daha dəqiqliqlə çatdıra bilir. Gəlin, Azərbaycanda kino sahəsinin zəif inkişaf etməsi səbəblərinə İsmayıl Səfərəlidən aldığımız müsahibədə nəzər salaq.

Psixiatrik xəstəxanadan işıqlı sərgi salonlarına

Artıq 4 ildən çoxdur ki, Mədəni Niyyət olaraq dəstək olduğumuz İmran Məcidov haqqında daha ətraflı tanış olmaq üçün videoya baxın!

Qalib Həsənov

3 il əvvəl yaradılmış geyim brendi "Act n°1"in əsas aspektlərindən biri müştərilərinə öz işləri ilə hekayə danışmaqdır. Onların mövcudluğu və obrazı yaradıcılarının çoxmədəniyyətli mənşəyi ilə bağlıdır və o uşaqlıqları, evləri, antik Çin incəsənəti və Azərbaycan sənətkarlığında cəmlənib.

Elza Seyidcahan

Elza Seyidcahanla sosial şəbəkələrin trendlərindən, Elzanın öz "ümumbəşəri" trendlərindən, fərqli konsepsiyada olan konsertlərindən, selektiv abortdan və dünya ulduzlarından və elektron musiqidən danışdıq. Söhbət Elə rubrikasının bu dəfəki qonağı: çoxdan gözlənilən Elza Seyidcahan! İzləyin 😉

Sorğu #12 – Televiziyaya Baxırsınız?

Hasan Ağa deyir ki, nəyə baxdığını söylə, sənə kim olduğunu deyim. Baxın görün, sevimli xalqımız nəyə baxır.

Şəhər Uşağı – Ayaz & Reef

Təsadüfi tanışlıqdan qaraj konsertinə. Elə özlərinin dediyi kimi, onları musiqi birləşdirir və onlar üçün musiqi hər hansısa bir yerdə bitmir. Şəhərin bu dəfəki uşaqları: Ayaz Aliyev və Reef Ibraheem

Samir Sadıqov

Həmin o məşhur Samir var ha, Lamborghinidə işləyən, bax onu tapdıq və tutduq söhbətə. Üstəlik çəkiliş zamanı başımıza maraqlı şeylər də gəldi. Söhbət elənin bu dəfəki qonağı dünyaca məşhur brendlərlə işləyən avtomobil dizayneri Samir Sadıqovdur!