Martın 31-i Salaam Cinemadakı növbəti film nümayişində yeni və perspektivli rejissorları kəşf edin.
“OTURACAQLAR”
Orxan Ağazadə
20 dəq Azərbaycan
Kərim və Rəna bir-birini sevirdilər, ancaq başqa insanlarla evlənməyə məcbur edilirlər. Bundan sonra onların sevgisi yaşadıqları cəmiyyətdə qadağan olunmuş və təhlükəli olur. Bütün kəndlilərin mobil telefon işlətmək üçün gəlməli olduqları təpədə onlar bir-birlərini hər gün görürlər, amma hisslərini heç cür göstərə bilmirlər. Sevgilərini ifadə etməyin yeganə yolu gecənin qaranlığında parlayan işıqlardır.
Treyler: https://vimeo.com/289494170
Nümayişdən sonra rejissorla sual-cavab sessiyası olacaq
“Avropanın Xarabalıqları”
Rejissor A. Goryainova
50 dəq Belçika
sub AZ, İN
Bir-birinə qarşı tərəflərin parçaladığı Avropa Birliyində eyni zamanda qaçqın böhranı və radikal sağ düşüncənin yüksəlişi ilə üzləşən, hər gün kisələrlə düşüncələr, fast-food xəbərlər və aramsız görüntü axını tərəfindən bombalanan insanların bir qrupu məğlubiyyəti qəbul edir, və hər şeyə kənardan tamaşa edir. Avropanın Xarabalıqları, Heiner Müllerin apokaliptik “Die HamletMaschine” (1977) tamaşasında təsvir edilən real, müasir Ofelia/Elektra obrazını izləyir, hansı ki bu həyəcan verici, qaranlıq, düşündürücü və meditativ səyahətin keçdiyi izi formalaşdırır. Müasir günümüzün Ofeliyası dağıdıcıdır, amma güc və istifadə haqda sinik həm də poetik formada danışır… Ciddi ruhi krizis keçirən Avropanın ən qaranlıq künclərindən gələn səs.
Treyler: https://vimeo.com/209097285/b3f810f797
Giriş 3 AZN
Nəzərdə saxlayın ki, tədbir zamanı Salaam Cinema-nın “Şəhərimin havaları” adlı davamlı kollektiv sərgisi qonaqlara açıq olacaq.
Rezervasiya etmək mümkün deyil. Biletlər filmin başlamasından yarım saat öncə kassadan alına bilər.