Dünya Ekologiya Borc Günü

2019-cu ildə bəşəriyyət təbii ehtiyatların illik tədarükünü həmişəkindən daha sürətlə tükədir.

 

29 İyul Ekoloji Borc Günü elan olunub. Bu isə o deməkdir ki, planetin bir il ərzində bərpa olunan resursları tükənib və indi bəşəriyyət təbiətdən “borc” alacaq. Bu barədə beynəlxalq təhlil mərkəzi olan Global Footprint Network-un veb səhifəsində bildirilir.

 

Bu il Ümumdünya Ekoloji Borc Günü vaxtından əvvəl gəlib. Müqayisə üçün: keçən il bəşəriyyət illik ehtiyat tədarükünü 1 avqust, 2013-cü ildə – 20 avqust və 2000-ci ildə – oktyabrın əvvəlində tükətmişdi.

 

29 iyul – hesablamalar tarixinin ən erkən tarixidir. Bu o deməkdir ki, bəşəriyyət hazırda təbiətdən planetin ekosistemlərinin bərpasından 1.75 dəfə daha sürətli istifadə edir. Bu isə özünü meşələrin yoxa çıxması, torpağın eroziyası, bioloji müxtəlifliyin itirilməsi şəklində göstərir. Bütün bunlar iqlim dəyişikliyinə və ekstremal hava şəraitinə səbəb olur.

 

Mütəxəssislər vəziyyətin atmosferə daha az karbon qazı ataraq dəyişdirilə biləcəyini qeyd edirlər. Onların hesablamalarına görə, yanacağın yanmasından yaranan karbon qazı tullantılarının 50% azalması Ekoloji borc gününü 93 gün təxirə salmağa imkan verəcəkdir.

 

Tədqiqatçılar 1970-ci illərin əvvəllərindən “ekoloji borc” un tarixini hesablayırlar: əvvəl bu dekabr ayının sonunda idi və 1990-cı ilə qədər oktyabr ayının ortasına keçdi.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir