Veranın Mövsümü

Minskdə çalışan fotoqraf Tatyana Tkaçova 2017-ci ildə Belarusun Volojin şəhərində əlvan  paltarda zərif bir qadına rast gəlir. Beləliklə, indi 92 yaşında olan Vera ilə aralarında dostluq başlayır.

 

Tkaçova Veranın və onun yaşadığı ərazinin hekayəsini nəql etdiyi “Veranın  Mövsümləri” üçün  onun 27 portretini çəkmişdir. Son portret Veranın öz dəfn mərasimində geyəcəyi paltardır.

 

 

Sovet İttifaqı 1991-ci ilin dekabrında dağılandan sonra Veranın pullarını qorumaq üçün investisiya olaraq aldığı xəz palto.

 

 

Bu Veranın  gələcək gəlininin  Veranın oğlu ilə görüşə gedərkən geyindiyi paltardır.

 

 

Bu paltar Veraya gəlinindən hədiyyə idi. Vera oğlunu və yeni həyat yoldaşını evində qəbul etmiş və ilk övladlarını böyütməyə yardımçı olmuşdur.

 

 

Vera, bənövşəyi rəngin ən sevimli rəngi olduğunu bilən bir rəfiqəsinin ona hədiyyə etdiyi paltarı geyinib.

 

 

Gələcək əri Sergey ilə ilk dəfə tanış olduğu zaman bağladığı çiçək naxışlı yaylıq. Bir rəfiqəsi ilə şəhərdə gəzərkən bu yaylığı hər zaman bağlayarmış və sonradan Sergey ona bu yaylığı hər zaman fərq etdiyini söyləmişdi.

 

 

Bu paltarı gəlininin anası öldükdən sonra Vera ona hədiyyə etmişdi.

 

 

SSRİ dağılandan sonra pul itirilməsin deyə, bu paltarı Vera qızına almışdı. Qızı ailə quranda Vera paltarı özündə saxlamağa qərar verdi.

 

 

Vera gözəl uzun ətəklər və bluzlar geyinməyi sevir.

 

 

Vera qızının yağış paltosundadır.

 

 

Veranın öz cənazə mərasimində geyinmək üçün ayırdığı mavi paltar, ağ şarf və incə ayaqqabılar, “sonrakı dünyada rahat və gözəl ola bilməsi” üçündür.

 

Foto: Bütün şəkillərin müəllif hüquqları: Tatyana Tkaçovaya məxsusdur.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir