Azərbaycan Turizm Bürosu hər ay fotomüsabiqə keçirəcək

 Azərbaycan Turizm Bürosu hər ay fotomüsabiqə keçirəcək

Azərbaycan Turizm Bürosu cari ilin sentyabr ayından etibarən fotomüsabiqələrə start verir.

 

 

2020-ci ilin avqustunadək hər ay keçiriləcək müsabiqələr müxtəlif mövzuları əhatə edəcək.

 

 

“VarYox” mədəniyyət və incəsənət təşkilatının dəstəyi ilə həyata keçirilən müsabiqəyə yalnız Azərbaycanda çəkilən və məzmun cəhətdən ölkəmizin turizm imkanlarını özündə əks etdirən fotolar qəbul olunacaq.

 

 

Belə ki, yaşı 18-dən yuxarı olan şəxslər https://photocontest.tourismboard.az/ saytından ödənişsiz qeydiyyatdan keçərək ölkəmizin insanını, təbiətini, mədəniyyətini, tarix və ənənələrini əks etdirən maksimum 3 foto ilə müsabiqəyə qoşula biləcəklər.

 

 

İştirakçılar fotolarına səs verilməsi üçün müvafiq keçidi sosial şəbəkə hesablarında paylaşa bilərlər.

 

 

Sonda münsiflər heyəti tərəfindən ən çox səs toplamış 10 foto arasından 5-i seçiləcək və yer sahibləri müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Seçilmiş fotolar Azərbaycanın İnstaqram sosial şəbəkəsindəki rəsmi turizm səhifəsi – “Experience Azerbaijan”-da paylaşılacaq.

 

 

Fotomüsabiqə barədə daha ətraflı məlumatı https://photocontest.tourismboard.az/ saytından əldə etmək mümkündür.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir