Kurator Lesli Qrey və VarYox təşkilatçılığı ilə “CANLI”
14 Oktyabr, 2019, İçəri Şəhər, Kiçik Qalart
Sitara İbrahimbəyli və Vüsal Rəhim tərəfindən təqdim edir. 2 hissəli performans.
Sənət dünyasında həddindən artıq istehlaka,sənətkarların konseptual qayğılarına və işlərinə laqeyd münasibətə diqqət çəkən CANLI performansda, rəssam Sitara İbrahimbəyli və Vüsal Rəhim sərgi açılışlarını boş ictimai hadisələr kimi tənqid etməyə çalışır. Rəssamlar çılğınlıq səviyyəsinə qədər yeyib-içməklə müasir sənət dünyasının tamaşasını mədəniyyət, eqo və zənginliyin imitasiyası kimi təqdim edirlər.
Auditoriya olaraq belə tədbirləri ziyarət etməkdə bizim həqiqi motivasiyamız nədir?
Biz bura sənət üçün gəlmişik, yoxsa yemək və içkilər üçün?
Menyu
Başlanğıc (Qalereyanın 1-ci mərtəbəsi)
Yerli tərzdə Azərbaycan kanapeləri və mövsüm tərəvəzləri
*Azərbaycan şərabı, şirə və su
Əsas Performans (Qalereyanın aşağı mərtəbəsi)
İlk yemək
Nə üçün yeyirik?
İkinci yemək
Nə qədər yeyə bilərik?
Əsas yemək
Nə qədər vaxt yeyə bilərik?
Performansdan sonra desert (Qalereyanın 1-ci mərtəbəsi)
Ənənəvi şirniyyatlar
*Alkoqollu içkilər, şirə və şərab
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.