Bu layihənin əsas hədəfləri Azərbaycanın incəsənət və mədəniyyət fəaliyyətinin mərkəzsizləşdirilməsi, müxtəlif etnik kimlikləri olan sənətçilərin və mədəniyyət aktivistlərinin imkanlarının artırılması və imtiyazsız qruplar üçün incəsənət və mədəniyyətdə təhlükəsiz məkanın yaradılması idi.
Paytaxt Bakı ilə müqayisədə rayon və kəndlərdə mədəni fəaliyyətlərə çıxış məhdud olduğundan etnik azlıqların incəsənət və mədəniyyətlə məşğul olmaası yaşayış yerləri ilə məhduddur. Buna görə də yerli sənətçilərin bu fəaliyyətlərə çıxışını təmin etmək üçün VarYox layihəni Azərbaycanın etnik azlıqların məskunlaşdığı 5 müxtəlif regionda həyata keçirdi. Bu layihə Danimarka Mədəniyyət İnstitutu tərəfindən dəstəklənib.