“Kolonial yetərsizlik” seriyası
- Analizator
- 03/10/2023
- 0
- 2 minutes read
Artıq bir neçə aydır ki, müstəmləkəçi zehniyyətin tənqidi ilə bağlı məqalələr yazır və videolar çəkirik. Həmin paylaşımların hamısını bir paylaşımda toplamaq qərarına gəldik. Bizi izlədiyiniz üçün təşəkkürlər!
Məqalələr
Təkrarolunmaz Aura
2026-cı ilin may ayında Mark Rothkonun “Qırmızı fonda qəhvəyi və qaralar” (Brown and Blacks in Reds) adlı əsəri adı açıqlanmayan bir alıcıya 85,78 milyon dollara satıldı (Sotheby’s, 2026). Xəbəri oxuyarkən qarşımdakı ekranda əsərin şəklinə baxırdım. Əsərin təsvirini görmək asan idi, ona sahib olmaq isə yox. Məni isə bu sual düşündürdü: sənət əsərinin təsvirinin geniş yayılması [...]
Rolları Dəyişmək, Baxışı Dəyişməkdirmi?
Dünya kinosunda “gender flip” və ya “gender swap” adı ilə tanınan texnika bədii əsərlərdə qadın və kişi rollarının dəyişdirilərək yenidən təqdim edilməsinə əsaslanan narrativ strategiyadır. Bu texnikanın ilk nümunəsi kino tarixinin ilk qadın rejissorlarından Alis Ginin 1906-cı ildə çəkdiyi “Feminizmin nəticələri” (Les Résultats du féminisme) hesab olunur. Dövrü üçün kifayət qədər cəsarətli yanaşması ilə seçilən film kafe səhnəsi ilə başlayır.
Bilmədən bildiklərimiz
Bir neçə həftə əvvəl başlığı günlərlə yaddaşımdan çıxmayan bir mütaliədə iştirak etdim: The Library of Not-Knowing (“Bilməmək Kitabxanası”). Kitabxana adətən biliklərimizi qoruyub saxlayan və sistemləşdirən bir məkan kimi qəbul edilir. Lakin bu kitabxana bilməməyin müxtəlif formaları, yəni şüurlu şəkildə məlumatlı olmasaq da artıq sahib olduğumuz biliklər ətrafında qurulmuşdu. Bu fikir belə bir qənaətə gəlməyə əsas verir [...]
Fıstıq və Artemisa ilə tanış olun
VarYox “Fıstıq” və “Artemisa” adlı uşaq kitabı və animasiya layihələrini ərsəyə gətirərək, bu günün vacib sosial mövzularını işıqlandıran yeni hekayələr üzərində işləməyə davam edir.




