Ai Weiwei - AP/REX/Shutterstock
Ai Weiwei - AP/REX/Shutterstock

Çinli artist, kinematoqraf və aktivist Ay Veyveyin “Berlin, I Love You” filmindəki hissəsi prodüserlər tərəfindən Çində yayımlanmağına qoyulacağından qorxaraq kəsilib.

 

Film Emmanuel Benbihinin “Cities of Love” (Sevgi şəhərləri) seriyasının bir hissəsidir. Berlinə aid olan filmdə 11 rejissor və Kira Naytli və Helen Mirren kimi ulduzlar var. Ay Veyvey də öz növbəsində filmin rejissorlarından biri olub və özünün 2015-ci ildə Facetime-da oğlu ilə Çində həbsdə olarkən danışdığı vaxtlara fokuslanıb. Marketinq tizerində bu video olsa da, filmin son versiyasında öz əksini tapmayıb.

 

Deutsche Welle kanalına açıqlama verən Ay deyib ki, işlərinin silinməsindən əsəbiləşib. Həmin epizodun silinməsinə səbəb kimi isə onun siyasi statusuna görə prodakşn komandasının əlavə yatırım ala bilməməsini göstərib.

 

Ayın sözlərinə görə bir başqa səbəb də Berlin Film festivalının təşkilatçılarının filmin prodüserlərinə Veyveyin filmə qatdığı hissələr filmin festivalda göstərilməsinə imkan verilməyəcəyini deməsidir (festival 17 fevralda bitib). Berlin Film festivalının media şöbəsi isə Ay Veyveyin bu sözləri haqda rəy verməyib. Film ümumiyyətlə festival üçün seçilməyib.

 

Çin senzurasından şübhə bu ilki Berlin Film festivalının üstünə onsuz da kölgə salmışdı – belə ki, qocaman rejissor Çanq Yimunun Çinin Mədəni İnqilab dövrünə aid çəkdiyi “One Second” (Bir Saniyə) filmi “texniki səbəblərə görə” premyerasından günlər öncə yarışmadan çıxarılmışdı. Festivalın sponsorlarından biri də Audidir – bu şirkət Çində yüz minlərlə maşın istehsal edir.

 

“Berlin, I Love You” filminin prodüserlərindən biri olan Münhendəki “Wow Films”in əməkdaşlarından Klaus Klausenin sözlərinə görə Ayın hissəsi filmdən distryubütörların təzyiqinə görə çıxarılıb. Klausenin sözlərinə görə Ayın hissəsindəki ata və oğulun ayrılması məsələsi çox xüsusi və siyasi bir önəm daşıyırdı: “Biz Çin və digər bölgələrdə filmi yayımlaya bilməzdik. Çox təzyiq aldıq. Düzü mən hələ də əmin deyiləm ki, Çinin belə bir siyasi təzyiqi vardı yoxsa sadəcə bir qorxu idi. Biz çalışdıq ki, digər rejissorlar da öz işlərini göstərə bilsinlər. Bizim aktyorlara qarşı da məsuliyyətimiz vardı. Çox vaxt yata bilmirdim. Hərdən ağlamağım gəlir. Son anacan çalışdıq amma alınmadı.”

 

 Ayın fikrincə “Sevgi şəhərləri” seriyasından növbəti film Şanxay mövzusunda olacağı faktının da prodüserlərin onun çəkdiyi hissələri kəsməkdə bir rolu olub. Bu seriyadan başqa bir filmdə işləməyəcək olan Klausen isə bu haqda isə rəy verməyib.

 

Variety jurnalına müsahibə verən Emmanuel Benbihi isə filmin mövzusunun Berlin olmalı olduğunun, Veyveyin hissəsinin isə Berlinlə əlaqəli olmadığına görə kəsildiyini dedi. Veyveyin Şanxay haqqındakı iddiaları haqqında isə Benbihi “gülüncdür, bizim hələ o film haqda maliyyə planlarımız yoxdur” deyib. Benbihi Ay Veyveyi məsələni siyasiləşdirməkdə günahlandırıb.

Tags: