Autsayder incəsənəti
Autsayder və ya art-brut adlanan, özü-özünü yetişdirən rəssamların sənəti kuratorların diqqətini uzun müddətdir cəlb edir. 2013-cü il aprelin 26-sı “Qaraj” da keçirilən “Hər şeyin sərgisi” adlı sərgidə rus autsayder rəssamların 50 ədəd rəsm əsəri və qarşıdan gələn Venesiya Bienalında qeyri-peşəkarların əsərləri məhşur rəssamların əsərləri ilə bir arada nümayiş olunub. “Autsayder incəsənəti” incəsənət dərnəkləri ilə əməkdaşlıq etməyən, həvəskar rəssamların əsərlərini öyrənən geniş məfhumdur.
20-ci əsrin ikinci yarısında peşəkar olmayan insanların sənəti, xüsusilə də, xəstəliklər, həbslər və ya başqa səbəblərdən dolayı tanınmayan rəssamlar məşhurlaşmağa başladı. 1960-cı ilin əvvəllərində Nyu-Yorkda Amerikan Xalq İncəsənət Muzeyi fəaliyyət görtərməyə başladı , Avropada çox sayda art-brut kollekyasiyası peyda oldu. “Look at me” ən maraqlı autsayder təmsilçilərin siyahısını tərtib etdi və onlara tanınmaqda mane olan səbəbləri müəyyənləşdirdi .
Əyalət poçtalyonu
Josef Ferdinan Şeval (1836–1924)
Art-brutun ilk tanınmış təmsilçilərindən olan poçtalyon Ferdinan Şevalın inşa etdiyi öz xəyallarının sarayı “Le Palais” bu sənətin ən gözəl nümunələrindən biri sayılır. Şeval Lionun yaxınlığında yerləşən Oteriv ərazisində poçtalyon kimi çalışırdı. Məktubları çatdırmaq üçün hər gün 20 kilometrdən çox məsafə gedirdi. Fransanın bu ərazisi dağlıq landşaftda yerləşdiyi üçün Şeval yolüstü rast gəldiyi daşları yığıb onlardan “İdeal Sarayı” tikməyə qərar verdi. O, bütün həyatını yaradıcı fikirlərini həyata keçirməyə həsr etdi (“İdeal sarayı” 33 il ərzində bitirdi (1879-1912)). Əsas sənət əsərini bitirən 76 yaşlı Şeval özünə məxsus olan bu sarayda dəfn olunmaq üçün hakimiyyət orqanlarından icazə almağa çalışdı. Rədd cavabı aldıqdan sonra 8 il ərzində həmin daşlardan özünə məzar tikdi. Ferdinan Şevalın yaradıcılığı yalnız onun ölümündən sonra, 1930-cu ildə müasirlərinin xalq yaradıcılığı ilə maraqlanması nəticəsində tanınmağa başladı. Onun inşa etdiyi saray Andre Breton və Pablo Pikasso tərəfindən yüksək qiymətləndirildi, hətta Maks Ernest əsərlərindən birini ona həsr etdi. 1969-cu ildə Fransa səfirliyi “Le Palais” sarayını mədəni irs nümunəsi elan etdi.
Medium
Ogüsten Lesaj (1876–1954)
Autsayder rəssamların ən əsrarəngiz nümayəndələrindən biri fransız medium Ogusten Lesajdır. 1912-ci ildə Ogusten ona rəssam olacağını deyən ruhların səslərini eşidir. Bir neçə ay sonra bu hadisə yenidən təkrarlanır. Beləliklə, Lesaj böyük bir əsər üzərində işləməyə başlayır və bir ilə onu bitirir. Lesaj inanırdı ki, həmin ruhlar Leonardo da Vinçi və ölmüş bacısının ruhudur. 1923-cü ildə misirşünas Aleksandr Moreylə tanış olur və Misir mədəniyyəti ilə maraqlanmağa, əsərlərində qədim misir simvollarından istifadə etməyə başlayır. Lesaj sağlığında olduqca uğurlu biri idi və rəsmləri yaxşı satılırdı, lakin vaxt keçdikcə onun əsərləri bir-birini təqlid etməyə başladı. Onun əsərləri 55-ci Venesiya Benialında nümayış etdirilmişdir.
Tək – tənha
Henri Darger (1892–1973)
Henri Darger bəlkə də, müasir incə əsərlər arasında ən heyrətamizini yaratmışdı. O, həyatı boyu 13 cilddən və 15 145 səhifədən ibarət olan kitabın üzərində işləyib. Bu əsər “The Story of the Vivian Girls”, “ What Is Known as the Realms of the Unreal”, “of the Glandeco-Angelinnian War Storm”, “Caused by the Child Slave Rebellion” adlanır və yeddi qızın (müəllif qızları Vivian Girls adlandırıb) qul kimi saxlanılan uşaqlara, onlara işgəncə edən zalımlardan xilas olmağa necə kömək etdiyindən bəhs edir. Öz əsərini nümayiş etdirmək üçün Darger möhtəşəm kitabından daha məhşur olan ,təxminən 300 akvarel və kollajlar yaratdı: rəsmlərdə düşmənlərlə mərdliklə vuruşan gözəl cinsiyyətsiz uşaqların macəraları təsvir edilmişdi.
Rəssam-autsayderlərin əksəriyyəti kimi Dargerin əsərləri yalnız onun ölümündən sonra tanınıb, belə ki, ekssentrik rəssam və yazıçı kimi bütün həyatı boyu çalışdığı katolik xəstəxanasında belə, hər kəs onun istedadından xəbərsiz idi.
Şizofren
Adolf Völfli (1864–1930)
Sürrealistlərin sevimlisi, tanınmış art-brut ulduzlarından biri, bütün əsərlərini psixoloji klinikada yaradan – Adolf Völfli. Bədbəxt bir ailədə dünyaya gələn Völfli on yaşından bir neçə dəfə sığınacaq dəyişməyə məcbur olub.
Daha sonra gələcəyin rəssamı fermada muzdur kimi çalışır, lakin 1895-ci ildə ona “şizofreniya” diaqnozu qoyulur və həyatının qalanını İsveçrədə Valdau klinikasında keçirir. O, burada yaradıcılıqla məşğul olmağa başlayır. Onun xəstəliyini mürəkkəb kompazisiyalar və inanılmaz detallı illüstrasiyalarla təsvir etməyə çalışdığı qarabasmalar müşayiət edirdi. Bundan başqa o, musiqi və ədəbi əsərlər də yaratmışdır. Völfinin mirası müxtəlif janrlarda on minlərlə əsərdən ibarətdir.
Qul (daha sonra fermer)
Bil Treylor (1854–1949)
Bil Treylor Alabamada yerləşən plantasiyada qul ailəsində anadan olub. Ömrünün böyük hissəsini orada keçirən Treylor, Vətəndaş müharibəsindən sonra orada işləməyə davam etdi. 1935-ci ildə 82 yaşında artıq plantasiyada işləyə bilmədiyi üçün Montoqmeriya köçdü və ayaqqabı fabrikasında işləməyə başladı. Revmatizm üzündən bu işi bacara bilmədiyi üçün özünü rəssamlığa həsr etməyə qərar verdi. O, hər gün küçədə oturaraq buradan keçən insanların rəsmini çəkir, tarlada keçirdiyi günləri təsvir edirdi. 4 il ərzində Treylor 1500 minə yaxın rəsm yaradır. 1939-cu ildə o, rəssam Çarlz Şenonun diqqətini cəlb etdi. Şenon 1940-1942-cı illərdə Treylorun rəsmlərindən ibarət sərgi təşkil etdi. İkinci sərgidə Treylorun əsərləri direktor Mom Alfreda Barranın marağını çəkdi, lakin heç biri satılmadı. Şenon Treylorun yaradıcılığını 30 il boyunca araşdırdı və onun rəsmlərinin yüksək bədii dəyəri olduğundan heç vaxt şübhə etmədi. 1970-ci ildə hələ də Bil Treylorun əsərləri kuratorlar və kritiklər tərəfindən tanınır və dəfələrlə sərgilərdə nümayiş olunurdu.
Eşitmə əngəlli autist
Ceyms Çarlz Kasl (1899–1977)
Amerikalı rəssam Ceyms Çarlz Kasl eşitmə əngəlli idi, oxumağı və yazmağı bacarmırdı, başqaları ilə ünsiyyət qurmaqdan imtina edirdi. Heç bir təhsili olmamasına rəğmən, onun albomları və rəsmləri öz mürəkkəbliyi ilə inanılmaz hesab olunur. Kasl kənd yerlərinin peyzajını və ailəsinin evlərinin interyerini təsvir edirdi. Rəssamın qohumları poçt şöbəsi və kiçik dükanı idarə edirdilər. Bundan başqa, o,qablaşdırma məhsullarının karton parçalarından, sarğı kağızlarından və zərflərdən ailə üzvlərinin “arzu evi” adlandırdığı heyrətamiz konstruksiyalar düzəldirdi. Kasl, həmçinin, köməkçi materiallardan, öz rəsmlərindən, şəkillərdən və “imzalardan”, yapışdırılmış mətn parçalarından ibarət olan kitab düzəldirdi. Ceymz Çarlz Kaslın əsərləri 55-ci Venesiya Benialında nümayiş etdirilib.
Kuklaların fanatı
Morton Bartlett (1909–1992)
Morton Bartlettin həyatı digər autsayder incəsənəti nümayəndələri kimi dramatik olmayıb. Harvardda təhsil alan Bartlett orduda xidmət edir və Böyük dünya müharibəsindən sonra qrafik dizayner və fotoqraf kimi Boston şəhərində işləməyə başlayır . Belə ki, o, uşaq oyuncaqları distributoru M.Sharif &Company üçün kataloqlar dizayn edir. Digər autsayder sənətçilər kimi gizli ehtirasa sahib olan Bartlett 1936-1963-cü ilə qədər uşaqları təmsil edən kuklaların şəkillərini çəkirdi.O, xırda detallara xüsusi diqqət yetirirdi və bir oyuncağın hazırlanmasına 1 rf edirdi. Bu günə qədər bizə onun 15 fiquru gəlib çatıb. Kuklaların əksəriyyəti çılpaq şəkildədir. Bartlettin dostları onun pedofil olmadığını və bu yolla onun heç vaxt sahib olmadığı “ailə”ni yaratmaq istədiyini deyirdilər. Bartlettin fotoları və zərif heykəlləri möhtəşəm sənət əsərləridir. Sənətçinin ölümündən sonra onun əsərləri art-diller Merion Xaris tərəfindən alınmış və daha sonra Amerika və Avropada bir çox muzeylərdə nümayiş etdirilmişdir.
Yoxsul immiqrant
Marino Auriti (1891–1980)
İtalyan əsilli amerikalı rəssamı Marino Auritini autsayder incəsəntinin məhşur nümayəndəsi adlandırmaq olmaz, lakin onun məhz “Collegiate Palace” adlı əsəri Massimiliano Joni tərəfindən hazırlanan 55-ci Venesiya Biennalesində sərginin əsas əsəri olaraq təqdim olundu. Auriti maşın mexaniki idi, lakin onun məşğuliyyəti memarlıq idi. 1950-ci ildə sarayın maketini düzəltmək qərarına gəldi və o, bəşəriyyətin bütün biliklərini həmin sarayda toplamaq fikrində idi. Sarayın böyük maketi ağacdan, metaldan, plastikdən və cürbəcür materiallardan hazırlanmışdı. Auriti iddia edirdi ki, tamamilə yeni konsepsiya yaradıb və bu muzeydə təkərdən peykə qədər hər şey saxlanacaqdır. Əslində, rəssam uzun illər ərzində James Brettin yaratmağa çalışdığı “Hər şeyin muzeyi”nu yaratdı. “Collegiate Palace” Amerikan Xalq İncəsənət muzeyinə məxsusdur və 55-ci Venesiya Benialında nümayiş olunub.
Elmi fantastika dəlisi
Pol Lafoley (1940)
Amerikalı memar və rəssam Pol Lafoley elm və fəlsəfə ilə maraqlanır, onun simvolik rəsmləri həmin sahələrlə bağlı anlayışları əks etdirir. Bundan başqa o, yalançı kimya, ufologiya, striptiz və elmi-fantastik kino ilə maraqlanır və onun rəsmlərində hansısa mistik hadisələri izah edən sxemlər, diaqramlar təsvir edilir. İlham verici əsərləri və əsərlərinin canlı gorünüşü ilə Lafoley kifayət qədər məhşurdur. Onun əsərləri Amerika və Avropanın bir çox muzeylərində nümayiş etdirilib. Hamburger Bahnhofda olan kuratorların bir neçə il əvvəl təşkil etdikləri rəssam-autsayderlərin əsərlərinin silsilə sərgilərində Lafoleyin işləri də sərgilənib.
Qəribə nəzəriyyələrin fanatı
Corc Vaydener (1962)
Ən məhşur art-brut sənətçilərindən biri olan Corc Vaydener öz mürəkkəb hesablamaları ilə əhatə etdiyi mühüm tarixi hadisələri əks etdirən, aydın şəkildə qurulmuş qrafik işləri ilə tanınır. Rəssam və xəyalpərəst alim Vaydener uşaqlıqdan riyaziyyat, statistika, numeralogiya və informatika ilə maraqlanırdı. O, futuroloq Rey Kursvelanın proqnozlarına istinadən, inanır ki, 2045-ci ildən sonra qeyri-adilik texnologiyası zamanla gələcək və gələcəyin superkomputerləri bəşəriyyətin xeyrinə istifadə olunacaq.
Daun sindromlu rəssam
Judit Skot (1943–2005)
Daun sindromlu rəssam Judit Skot ,eyni zamanda, eşitmə məhdudiyyətli idi. Yaxınlarının və xüsusən, əkiz bacısı Joysun Skota olan qayğısı ona öz xüsusi qabiliyyətlərini aşkar etməkdə kömək etmişdir. Judit 7 yaşından etibarən zehni əngəllilər üçün olan xəstəxanada yaşamağa başladı, lakin 1987-ci ildə bacısı onu oradan çıxardı və birlikdə Kaliforniyaya köçdülər. Orada Judit Yaradıcı İnkişaf Sənət mərkəzinə qəbul oldu. Fayber-art dərslərinə başlayan Judit, orada digər tələbələrin səliqəli “trikotaj” əsərlərindən müxtəlif işlər yaratmağa başladı. O, ipliklərdən bəziləri insana bənzəyən həcmli parça heykəllər düzəldirdi. Həmçinin sənətçi 2 nüsxə halında çox sayda əsər yaratmışdı, çox güman ki, bu, onun bütün həyatı boyu əkiz bacısına olan bağlılığı ilə əlaqədar idi.Rəssamın əl işləri sağlığında bir çox muzeydə nümayiş olunduğuna görə “kariyera”sını kifayət qədər uğurlu saymaq olar. İndiki zamanda Judit Skotun əsərləri dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan Amerikan Art adlı muzeydə saxlanılır.
Eşitmə və danışma əngəlli ruhi xəstə
Aleksanr Lobanov (1924-2003)
Rusiyanın ən məşhur autsayder rəssamı Aleksandr Lobano uşaq vaxtı miningit xəstəliyi keçirdiyi üçün eşitmə və danışma əngəlli olur. Həyatının böyük hissəsini “Afonina” psixiatrik xəstəxanasında keçirir, elə orada da rəsm çəkməyə başlayır. Lobanov özündən sonra minlərlə əsər qoydu, lakin onların hamısı olduqca monotondur. Rəssam ,əsasən, Stalin və Leninin rəsmlərini çəkirdi, eləcə də Mosin tüfənginin (Rusiya imperiyasının silahı) müxtəlif versiyalarını təsvir edirdi. Məhşur “rus stili” sayəsində Lobanovun əl işləri bir neçə dəfə xaricdə də nümayiş etdirilib. Onun əsərləri Avropa şəhərlərində keçirilən “Hər şeyin muzeyi” və “Təcridə qarşı” adlı 3-cü Moskva benalında , eyni zamanda “Qaraj” da sərgilənmişdir.