Ajax Loading Image

2018-ci il Dünya İllüstrasiya Mükafatları sərgisi 6 İyun – 20 İyun tarixləri arasında Londonda keçiriləcək. 75 ölkədən 3000-dən çox işin yarışdığı bu müsabiqədə artıq “shortlist” – yəni mükafatlar üçün ən real namizədlər açıqlanıb. Mükafatlar 8 kateqoriya üçün veriləcək. Mükafatların içində pul mükafatı, həmçinin iPad Pro, Apple Pencil və Procreate kimi cihazlar və proqramlar var. Sərgi əvvəl Böyük Britaniyaya, daha sonra digər ölkələrə gələcək. VarYox sizə müsabiqənin önə çıxan işlərini təqdim edir. Bütün siyahıya bu linkdən baxa bilərsiniz.

Tags: