“Mövsümün sonu”na resenziya

 Fevralın 1-icümə günündə dünyanın ən iri və nüfuzlu kino festivallarından biri olan 48-ci Rotterdam Festivalının mükafatlandırma mərasimi baş tutub. Öz demokratikliyi və pafossuzluğu ilə məşhur olan tədbir, kinematoqrafiya sahəsində müəlliflər, prodüser və yayımçılarla yanaşı cəmiyyət tərəfindən də sevilir, çünki bu dünyanın, demək olar ki, ən çox ziyarət edilən festivalıdır. Bu il festivalda müxtəlif janrları və müəllif intonasiyalarını təmsil edən 538 filmi izləmək mümkün idi. “Mövsümün sonu” adlı tammetrajlı bədii film, dünyanın fərqli nöqtələrindən rejissorların beynəlxalq premyeralarının toplandığı “Parlaq gələcək” konkursunda iştirak etmişdi. Və Azərbaycan dilində azərbaycanlılar haqqında bəhs edən məhz bu film kino tənqidçiləri və kinoşünasların sevgisini qazanaraq FIPRESCI – Ümumdünya Kinomətbuat Federasiyasının mükafatına layiq görülmüşdür.

 

Filmin rejissoru Elmar İmanov Azərbaycan kinosunda olduqca məşhurdur. Onun “Tabutçunun yelləncəyi” adlı yarımsaatlıq diplom işi dünya miqyasında 40 mükafata, o cümlədən tələbə Oskarına və alman kinotənqidçilərinin ilin ən yaxşı qısametrajlı film mükafatına layiq görülmüşdür. Rejissorun növbəti işi olan “Ayrılıqda” (“Torn”) adlı filmi Kannda keçirilən məşhur “Director’s Fortnight” konkursunda iştirak edərək Avropa kinotənqidçilərinin diqqətini qazanır. Bir neçə il öncə Elmar İmanov prodüser Eva Blondio ilə birgə beynəlxalq layihələr üzərində uğurla işləyən “COLOR OF MAY” adlı kinoşirkətinin əsasını qoyur. Bu layihələr arasında Boris Xlebnikovun “Aritmiya” və Abuzər Aminin “Kabil – küləklər içində şəhər” adlı filmləri qeyd etmək olar.

 

“Mövsümün sonu” Kölndən olan gənc rejissorun ilk tammetrajlı filmidir. Demək olar ki, büdcəsiz çəkilən film kameral və ciddi, lakin, eyni zamanda “incəlikdən tutmuş sarkazmadək, nostlajidən tutmuş təxribatadək zəngin emosional qammaya” (Andrey Plaxov) malik alınmışdır. Film Bakının həndəvərində yaşayan kiçik azərbaycanlı ailəsinin həyatındakı bir günü haqda bəhs edir. Hündür binalar rayonu, arxasında öz dərdləri, arzuları və problemləri ilə birgə minlərlə insanların yaşadığı sayı bitməyən pəncərələr sırası. Filmi hazırlayanlar məhz bu pəncərələrdən birinin içinə baxmağa cəhd edirlər. Bağlı pəncərələr arxasında, müasir olmağa çalışan lakin eyni zamanda özlərində ənənəvi münasibətlər, dəyərlər və öhdəliklər daşıyan, qəhrəmanlara nələr olur? Cütlük – Samir və Fidan (Rasim Cəfərov və Zülfiyə Qurbanova) ailə böhranı yaşayır, onların böyüyən oğlu (Mövsüm Mirzə-zadə) isə öz müstəqil həyatını qurmağın yollarını axtarır. Azadlıq axtarışları və əldən qaçan ailə səadətini qorumaq istəyi arasında baş verən münaqişə ailəni çimərliyə gətirir. Artıq çimərlik mövsümünün sonudur və Xəzər çimərliyi kimsəsiz görünür. Ailə üzvləri itən sevgi və vəhdət hissini qaytara biləcəklərmi, yaxud batan günəş fonunda birdəfəlik ayrılacaqlarmı? Sahilin metaforası filmin mərkəzində yerləşərək onun əsas obrazına çevrilir. Burada, sahildə intriqa yaranır, gündüzdən sonra gələn axşam və gecə isə insanların həyəcanlarını imtahan edir. Eynitipli mənzillərin saysız işıqlarını fonunda ailə dramı insanı mistik məkana sürükləyir. Burada reallıq və təxəyyül bir-birinə qarışıb mübarizə aparmaqla qəhrəmanları hər bir halda həyatlarını dəyişəcək addımlar atmağa və atmamağa məcbur edir. Rusiyalı kinotənqidçi Andrey Plaxovun fikrincə final “qəhrəmanları tam olaraq reallıqdan çıxardaraq onları xəyallar və xəstə fantaziyalar dünyasına qərq edir”. Üç personajın istəklərinin toqquşmasında tamaşaçı “pəncərələrində böyük şəhərin işıqlarının yandığı, lakin hər pəncərəsinin arxasında başqa həyat üçün həsrət və ağrının gizləndiyi” dünyanı hiss edir.

 

FIPRESCI-nin münsiflər heyətinə rəhbərlik etmiş norveçli tənqidçi Kristin Aalen “Parlaq gələcək” konkursunda təqdim olunan dünyanın müxtəlif nöqtələrini təmsil edən istedadlı işlər barədə qeyd edərək jürinin seçimini belə izah etdi: “Ailənin dağılmasının dərin şəkildə sirrli təsvirinə, hekayənin durmadan təəccübləndirən itiliyinə, əzilmiş istəklərin sirrli məkanına çevrildiyi hər bir evin təravətləndirici şəkildə təcəssümünə görə”.

Bu filmin ərsəyə gəlməsinə öz tövhəsini vermiş, oxuduğunuz məqalənin müəllifi, bütün çəkiliş qrupunu təbrik edir və hər bir kino həvəskarını bu filmi izləməyə çağırır.

В пятницу, первого февраля состоялась церемония вручения наград 48-го Роттердамского кинофестиваля, одного из самых крупных и влиятельных фестивалей кино во всем мире. Известный своей демократичностью и отсутствием пафоса, он любим как авторами, производителями и распространителями кинематографа, так и публикой – ведь это чуть ли не самый посещаемый фестиваль в мире. В этом году здесь можно было посмотреть 538 фильмов самых разных жанров и авторских интонаций. Полнометражная художественная лента «Конец сезона» участвовала в основном конкурсе «Bright Future», где были собраны мировые премьеры режиссеров со всего мира. И именно «Конец сезона», фильм на азербайджанском языке и повествующий об азербайджанцах стал фаворитом кинокритиков и киноведов, и получил приз ФИПРЕССИ – всемирной федерации кинопрессы.

 

Режиссер фильма – Эльмар Иманов – человек в азербайджанском кино далеко небезызвестный. Его получасовая дипломная работа «Качели гробовщика» собрала более сорока призов по всему миру, в числе которых студенческий Оскар и приз немецких кинокритиков за лучшую короткометражную картину года. Следующая работа режиссера «Врозь» («Torn») участвовала в знаменитом «Двухнедельнике режиссеров» в Каннах, где также снискала внимание европейских кинокритиков. Несколько лет назад Эльмар Иманов вместе со своим продюсером Евой Блондио образовал кинокомпанию «COLOR OF MAY», которая успешно работает над международными проектами. Среди них – «Аритмия» Бориса Хлебникова и «Кабул – город в ветрах» Абузара Амини.

 

«Конец сезона» – первый полнометражный фильм молодого режиссера из Кёльна. Снятый практически без бюджета, он получился камерным и строгим, но одновременно наделенным «богатой эмоциональной гаммой — от нежности до сарказма, от ностальгии до провокации» (Андрей Плахов). Фильм рассказывает об одном дне из жизни небольшой азербайджанской семьи, живущей где-то на окраине Баку. Район многоэтажек, бесконечная череда окон, в которых живут тысячи людей – своими заботами, мечтами и проблемами. За одно из этих окон и пытались заглянуть создатели фильма. Что происходит за закрытыми окнами, с героями, старающимися быть современными, но в то же самое время несущими в себе мир традиционных отношений, ценностей и обязательств? Супружеская пара, Самир и Фидан (Расим Джафаров и Зульфия Гурбанова) переживает семейный кризис, а их взрослеющий сын (Мёвсум Миза-заде) ищет пути, чтобы устроить самостоятельную жизнь. Конфликт между поисками свободы и желанием сохранить ускользающее семейное счастье приводит героев фильма на пляж. Уже конец купального сезона и каспийский пляж выглядит несколько пустынным. Смогут ли члены семьи вернуть теряющееся ощущение любви и единения, или узы сердечных отношений окончательно разойдутся на фоне заходящего солнца? Метафора берега располагается в центре фильма и становится его главным образом. Здесь, на берегу завязывается интрига, а следующие за днем вечер и ночь раскрывают карты и вытягивают жилы из зрителя. Семейная драма на фоне нескончаемых огоньков однотипных квартир заводит в почти мистическое пространство, туда, где реальность и воображаемое сплетаются и борятся друг с другом, заставляя героев совершать или не совершать поступки, которые так или иначе изменят их жизнь. По мнению российского кинокритика Андрея Плахова, финал «окончательно отчуждает героев от реальности, погружает в пространство фикций и болезненных фантазий». В конфликте желаний трех персонажей зритель чувствует мир, «тот, где в окнах светятся огни большого города, а за каждым окном прячутся боль и тоска по другой жизни».

Возглавившая жюри ФИПРЕССИ норвежский критик Кристин Аален отметила большое количество талантливых работ со всего мира, которые были представлены в конкурсе «Блестящее будущее», и сформулировала выбор жюри следующим образом: «за глубоко таинственное изображение распада семьи, за то и дело удивляющую остроту нарратива, за освежающее воплощение мира, в котором каждый дом становится тайным обиталищем подавленных желаний»

Müəllif: Anar İmanov

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir