Beynəlxalq kinosənayedə təmsil olunan top 5 azərbaycanlı qadın kinematoqrafçı

Rejissor Rüfət Həsənov beynəlxalq kinosənayedə təmsil olunan yerli top 5 qadın kinematoqrafçı və filmlərini təqdim edir.

Leyli Qafarova – Rejissor
“Bir zamanlar Şanxayda”
(IDFA – Əsas Proqram)

Şanxaya xoş gəlmisiniz. Yox, bura neon və nouveaux zənginliyi ilə dolu Çin meqalopolisi deyil. Tamamilə əksinə, Azərbaycanın paytaxtı Bakıda bir eponim gecəqondudur. Uzaqda, şəhər boyu neft pulları ilə tikilmiş göydələnlər ucalarkən, burada dəmir yolu xətti boyunca yarısökülmüş evlər uzanır. Yaşayış məntəqəsinin sökülməsi planlaşdırılır və indi daha bir uşaq ağır-ağır hərəkət edən yük qatarının altında qalaraq ölür. Alman rejissor Veit Helmer bədii film çəkmək üçün Şanxaya gələndə əhalidə təlaş yaranır. Yerli əhali rejissorun onları gülünc göstərəcəyindən qorxur. Gənc azərbaycanlı rejissor Leyli Qafarova sakinlərin etimadını qazanmağı bacarır və bədii film istehsalı çərçivəsində Şanxayın təlatümlü, oynaq mənzərəsini canlandırmağa nail olur. Bu əsnada o, gecəqondu həyatından intim fraqmentlər də göstərir.

Lalə Əliyeva – Rejissor
“Onlar pıçıldayır bəzən də qışqırırlar”
(Visions du Réel – Əsas Proqram) 

 

Azərbaycanın şimalında göl sahilində yerləşən sığınacaq. 3 ağac qonşu kənddə yaşayan, təbiətə sığınaraq iztirablarından uzaqlaşmağa çalışan qadınlar tərəfindən toxunmuş parçalarla bəzədilib. Lalə Əliyevanın kamerası öz incə estetikası ilə keçmişdə qadınların ən azı ruhən azad olduğu bu güzgü kimi yerləri yenidən canlandırır.

Tahmina Rafaella
Rejissor, Ssenarist, Produsser, Aktrisa
“Qadın”
(Palm Springs Official Selection & Sundance İgnite Fellowship)

Cavan, müasir ana özü kimi təzadların yol ayrıcında yerləşən, müsəlman olduğu qədər dünyəvi, mütərəqqi olduğu qədər ənənəvi Bakıda, Azərbaycanda – öz yerini tapmağa çalışır. Həm ənənəvi, həm də müasir qadın rollarının xüsusiyyətlərini özündə təcəssüm etməyə çalışan, bu zaman azad seçim ya məsuliyyət hissi arasında qalan filmin qəhrəmanı bir gün ərzində ana, övlad, həyat yoldaşı rollarını yerinə yetirərkən özü ola bilmək uğrunda mübarizə aparır.

Sitarə İbrahimbəyli
Quruluşçu rəssam
“Mövsümün sonu”
(Rotterdam Fılm Festivalı FIPRESCI mükafatının qalibi)

 

Azərbaycanda kiçik bir ailə öz həyatına davam edir. Oğul Mahmud təlaşla öz evini axtarır; Ana – Fidan ailəsinə illərlə özünü fəda etdikdən sonra həyatını geri istəyir; Ata – Samir isə sadəcə tək qalmaq istəyir. Bir-birinin əhatəsində olan 3 azad ruh narahatlıqlara mümkün qədər məhəl qoymamağa çalışır. Lakin, çimərliyə gedən zaman baş verən dramatik bir hadisə, mövcud qırğınlıqları ağrılı şəkildə önə çıxarır.

Rəhimə Hacıyeva – Xətti Prodüser
“Axşama doğru”
(Kann kino festivalı – Tənqidçilər həftəsi) 

Fiziki yaxınlığın heç də mənəvi yaxınlıq anlamına gəlmədiyini düşünən cütlük şəhərdən kənarda bir ailə tədbirinə yollanır; Dünyəvi bir məsələ üzərində fikir ayrılığı onları ayrılmağa sövq edir, gözlənilməz, lakin təxminedilən bir kəşflə qarşılaşdırır.

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir