Təhminə Rafaella – Qadın

Cavan, müasir ana özü kimi təzadların yol ayrıcında yerləşən, müsəlman olduğu qədər dünyəvi, mütərəqqi olduğu qədər ənənəvi Bakıda, Azərbaycanda – öz yerini tapmağa çalışır. Həm ənənəvi, həm də müasir qadın rollarının xüsusiyyətlərini özündə təcəssüm etməyə çalışan, bu zaman azad seçim ya məsuliyyət hissi arasında qalan filmin qəhrəmanı bir gün ərzində ana, övlad, həyat yoldaşı rollarını yerinə yetirərkən özü ola bilmək uğrunda mübarizə aparır.

Film 2020-ci il “Palm Springs” qısametrajlı film festivalında “Ən yaxşı xarici film“ kateqoriyasında mükafata namizəd göstərilmişdir.

“Palm Springs” qısametrajlı film festivalı ABŞ-ın Kaliforniya ştatının Palm Springs şəhərində keçirilən, Oskar ve BAFTA mükafatlarının seçim mərhələsini müəyyən edən əsas qısametrajlı film festivalından biridir. Bu il dünyanın dörd bir tərəfindən festivala təqdim olunan 6.000 film arasından festivalda iştirak üçün 332 qısametrajlı film seçilmişdir. Sözügedən filmləri 16-21 iyun tarixlərində festivalın internet səhifəsində izləyə bilərsiniz.
Ad: Qadın
Rejissor/Yazar/Prodüsser: Təhminə Rafaella
Kinematoqraf: Daniel Quliyev
Rollarda: Təhminə Rafaella, Zaur Şəfiyev, Səid Məmmədov, Vidadi Həsənov
Dil: Rus və Azərbaycan (İngiliscə subtitrlərlə)

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir