Şanxay və Duz-istiot

Bu gün sizə Teymur Hacıyevdən iki qısa film təqdim edirik.

ŞanxayIFrame

Şanxay, Bakını kənar məhəllələrindən biridir və məhz burada Teymur Hacıyev öz improvizə edilmiş ritmi, lakin sağlam ssenarisi olan, qısa filmini ərsəyə gətirib. Filmin baş qəhrəmanı hadisələrin mərkəzindədir. Gənc oğlan özünü kameraya çəkir və ətrafındakı reaksiyalara şahid oluruq. Məsələn, atası ona deyir: “Rejissor, köpəyoğlu! Yenə almısan o dübbəyivi?” Filmin hissələri təsadüfi olaraq çəkildiyinə baxmayaraq, süjet formalaşdırır və bir sıra kəsilmiş kadrdan izləyicini sevgi intriqası və təhdiddən bəhs edən hekayəni başa düşməyə təşviq edir. Açıq-aşkar görünən dağınıqlıq, retrospektivdə, hər-hansısa rus ədəbiyyatı nümunəsini oxumuş kəsə tanış olan vodka və təhqirlər arasındakı təsadüfi həyat tərzindən başqa bir şey deyil.

Zövqə görə duz-istiot

Növbəti “Salt, Pepper To Taste” adlı qısa metrajlı film isə artıq 2018-2019-cu il üçün beynəlxalq film festivallarında start götürdü. Filmin rejissoru Teymur Hacıyevdir. Prodüseri Balaş Qasımov və Teymur Hacıyevdir. Rollarda Leyla Mədətxanova, Zülfiyyə Məmmədova, Turan Abbasov, Mehriban Rzayeva, Elşən Rüstəmov və Şamil Süleymanlı çəkilmişdir. Operatorlar Yevgeni Rodin, Alisa Tareliçevadır. Montaj: Rüfət Həsənov, Yevgeni Rodin, Alisa Tareliçeva. Film ailə daxili münasibətlərdən bəhs edir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər