YARAT Rəngkarlıq muzeyində rəqs dərsləri keçiləcək. VarYox-a verilən məlumatda belə deyilir:

 

Hər birinizi 1 və 4 noyabr tarixlərində saat 18:45 – 21:15 kimi YARAT Rəngkarlıq muzeyində keçiriləcək DanceAbility®️ inklüziv rəqs dərslərimizdə gözləyirik.

Dərslər ödənişsizdir, iştirak etmək üçün qeydiyyat formunu doldurmağınız xahiş olunur.

Dərslər hər bir kəsə uyğundur; peşəkar və həvəskar rəqqaslar, sağlamlıq məhdudiyyəti olan və olmayan, fiziki və əqli fərqliliklərdə olan insanlar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər bir şəxs bu dərslərə qatıla bilər.

DanceAbility®️İnklüziv rəqs metodu sizə aşağıdakı imkanları yaradır:  – özünü fərd olaraq ifadə etmə – insanlar arasında əlaqənin hiss olunması – ünsiyyət üçün müxtəlif vasitələrlə tanışlıq – empati qurma qabilliyəti – yaradıcılığın inkişafı – yeni tanışıqlar əldə etmə   Və nəhayət əyləncə!

Suallarınız üçün bizə müraciət edə bilərsiniz +994 51 415 16 85.

Tags: