“Goethe” institundan VarYoxa verilən məlumata görə Kapellhausda dünya çempionatının yekunlaşması münasibətilə konsertlər veriləcək.
14 iyul saat 18:00-da 3-cü yer üçün İngiltərə və Belçika komandaları üz-üzə gələcək. Futboldan dərhal sonra, saat 20:00-da isə Dihajın canlı musiqi konserti günü yekunlaşdıracaq. Bütün tədbirlərə giriş sərbəstdir.
15 iyul saat 17:00-da isə “Bəys Boys” qrupunun canlı konsertinin şahidi olacaqsınız. Sonra, saat 19:00-da final matçı başlayır. Saat 21:00-da isə son olaraq Bakı Solistləri öz canlı ifası ilə günü sonlandıracaq. Bütün tədbirlərə giriş sərbəstdir!