Fotoqraf bizim qəribə və tənhalıqla dolu yeni dünyamızı nümayiş etdirmək üçün smartfonlarımızı fotolardan çıxarır.
Bu mətni hər hansı əl cihazında oxuyursunuz? Çox güman ki, bəli. İndi isə təsəvvür edin ki, bu cihaz birdən-birə yoxa çıxır. Tənhalıq? Bir az dəlilik? Bəlkə iqnor etdiyiniz bir adam var yanınızda? Ekranlarımıza, hətta dostlar və ailəmiz yanımızda olanda belə, hər zaman olduğundan daha artıq aludə olduğumuz bir zamanda telefon üzərinə əyilmiş bədən pozası getdikcə normal hal alır.
ABŞ fotoqrafı Eric Pickersgill bizə bu pozanın əslində nə qədər qəribə olduğunu xatırladan “Silinmişlər” adlı foto seriya yaradıb. Hər bir portretdə elektron cihazlar fotodan “kəsilib” (əslində cihazlar foto çəkilməzdən öncə fotoda olan insanların əlindən alınıb), beləliklə də insanlar çox zaman ətrafdakı gözəlliyi və yaxud insanlar arasında əlaqə qurmaq üçün imkanları iqnor edərək sadəcə öz əllərinə və ya əlləri arasındakı boşluğa baxır. Nəticələr bir qədər kədərli və qorxuducudur – və ola bilsin ki, telefonlarımızı bir kənara qoymağımız üçün xatırlatmadır.
Yaradıcı işlərin müəllifi: Eric Pickersgill.
Orijinal mətn: Photographer removes our smartphones to show our strange and lonely new world