- Mühazirə iştirakçıları
Moderator: Səadət Abdullazadə
Konseptual rəssamlar: Sitara İbrahimova, Vüsal Rəhim, Elturan Məmmədov, Faiq Əhməd
- Mühazirə müddəti – 95 dəqiqə
- Təşkilatçı: VarYox Mədəniyyət və İncəsənət platforması
Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin, insan resursları keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır.
Gender probleminin həll edilməsi məqsədilə Azərbaycan Respublikasında bir sıra tədbirlər həyata keçirilməkdədir. Lakin son illər istər yerli mətbuatda, istərsə də rəsmi statistikalarda gördüyümüz rəqəmlər sadəcə təəssüfləndiricidir. Bir çox rayon və kənd yerlərində qızların təhsildən yayınmasının bəzən kütləvi hal aldığı görünməkdədir. Rəsmi rəqəmlərə görə 15-17 yaşlı gənc analar tərəfindən doğulan uşaqların sayı 2016-cı il üçün 2809-dur. XXI əsrdə bu rəqəmlər, gələcək nəsil və Azərbaycan cəmiyyəti üçün heç də yaxşı bir gözlənti vəd etmir. Bir cəmiyyətin sağlam və möhkəm olması ancaq qadın və ailə dəyərlərinin yüksəldilməsi ilə mümkündür. Bu dəyərlər dövlətimizin sosial siyasətinin istiqamətində də öz əksini tapıb. Gender problemi həllinə dövlətlə yanaşı hər bir kəs öz töfəsini verməlidir.
Yuxarıda qeyd edilən hər dört rəssam da Azərbaycan müasir incəsənətinin tanınmış nümayəndələridir. Onların yaradıcılığını biləşdirən əsas amil məhz gender problemlərini öz yaradıcılığında geniş ışıqlandırmalarıdır. Və düşünürük ki, incəsənət nümayəndləri də gender problemini öz yaradıcılığı ilə işıqlandırmalı və həlli yoları üçün çalışmalıdır.
- Mühazirə iştiraçıları
Sitara İbrahimova 2018-ci ildə yaratmağa başladığı “Qadının yolu layihəsi”, Azərbaycanda son 20 ildə baş verən sosial-ictimai-iqtisadi problemlərin arsında var olan, özünə güzgüdə baxan Azərbaycan qadınıdır. Hansı ki, bu il Türk və İslam dünyasında ilk seçmə-seçilmə hüququ verən, Azərbaycan Cümhuriyyətinin 100 ilində yaşayan Azərbaycan qadını. Azərbaycanın müxtəlif bölgələrində yaşayan çoxsaylı gender, sosial-iqtisadi, təhsil, erkən nikah, ailə daxili şiddət, depressiya, əməyin bərabər qiymətləndirilməsi kimi problemler arasında həbs olarkən, rəssam özü 4 divar arasında yaşamaq savaşı verən qadınla bütövləşir, eyniləşir. İki kadrda, eyni məkan, eyni interyer və eyni təsvir var, lakin eyni geyimdə fərqli bədənlər, fərqli həyat alternativi görünür. Sitaranın “Qadının yolu” layihəsi davam etməkdədir və daha fərqli kadrları ve həyatları özündə əks etdirəcək.
Sitara İbrahimova 1984-cü ildə Bakı şəhərində doğulub. 2004-cü ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər ve psixologiya” fakultəsində bakalavr, 2011-ci ildə Praqa İncəsənət Akademiyasının fotoqrafiya ixtisası üzrə bakalavr, 2018-ci ildə Bakı Dövlət Universitetinin kliniki psixologiya ixtisası üzrə magistr təhsili almışdır. 2015-ci ildə Mədəni Niyyət xeyriyyə platformasını təsis etmişdir. 2018-ci ildə isə VarYox media platformasını təsis etmişdir.
2002-ci ildən yerli və xarici müasir incəsənət sərgilərində iştirak edir. 2013-cü ildə Azərbaycanı, 2015-ci ildə isə İranı Venesiya Bienalında təmsil etmişdir.
Vüsal Rəhimin Nurcan adlı konseptual əsəri özündə incəsənətin bir çox sferalarını birləşdirir (performans, videoart, fotoart, instaliyasiya). Nurcan Azərbaycanda var olan və artıq tez tez rastlaşdığımız erkən nikah probleminə ışıq tutur. 2016-ci ildə baş vermiş faciəvi hadisədən bəhrələn rəssam Nurcan əsərilə erkən nikahlara və təhsildən yayınmağa öz səsini yüksətmişdi.
2018-ci ildə sərgilənən əsər, 3 mərhələdən ibarət idi. 1-ci mərhələ sərgiyə hazırlıq, 2 ci mərhələ sərginin baş tutması, hansı ki, sərgi salonu qaraya bürünmüşdü, divarlar, dekorlar, rekvizitlər hər şey qara idi. Qara divarların üzərində mövzuya uyğun 20 şeir yazılmışdı. Sərgi otaqlarının birində qara gəlinliklə 14 yaşlı gəlin evlənəcəyi, yaşca özündən boyük bəyi gözləyirdi. İnsanlar sərgi otaqlarını gəzir, nə baş verdiyini anlamağa çalışırdılar. Qısa müddət sonra çoxlu sayda bəy evi və musiqiçiləri ənənəvi adətlərə uyğun zala daxil olurlar. Hər şey adətə uyğun olaraq qızın evdən götürülməsilə eynilik təşkil edirdi. Bu qaralara bürünmüş toy idi. Azyaşlı gəlinin gözündən erkən nikaha, cəmiyyətimizin yuvarlandığı cəhalətə bir baxış idi. Layihənin 3-cü mərhələsi, sərginin səhəri günü bütün mediada “Bakıda qara toy oldu” deyə yayılan başlıqlı məqalə oldu. İnsanlar toyun ilk növbədə real olduğunu zənn etdilər, sonradan isə bunun bir rəssamın erkən nikahlara yanaşması olduğunu anladılar. Nurcan layihəsi səs gətirən, diqqət cəlb edən layihə idi. Rəssam bu mövzudakı layihələri fərqli formatda davam etdirir.
Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2011-ci ildə Azərbayacan Dövlət Rəssamlıq Akademiyasının “Teatr dekor sənətləri” ixtisası üzrə təhsil almışdır. O, 2011 –ci ildən Azərbaycanın köklü teatrlarında quruluşcu rəssam kimi çalışmış, həmçinin Azərbaycan müasir incəsənət sahəsində karyerasını uğurla davam etdirmişdir. Vüsal ölkədə və ölkədən kənar çox saylı sərgilərin daimi iştiraçısıdır.
Elturan Məmmədov – Son 10 ildə Azərbaycan müasir incəsənət platformasında öz adı ilə tez-tez xatırlanan Elturan, Londonda olacaq sərgi üçün ən yeni iki layihəsilə qatılmaq niyyətindədir. İlk layihəsi olan “Uşaqlığımın evi” erkən nikah mövzusuna diqqət çəkəcək İnstalyasiyadır. Layihə qız uşaqlarının oynamalı olduğu oyunla (xana-xana) məcburi evləndirilən uşaqların tragediyasını əks etdirir. Elturanın ikinci layihəsi İnteraktiv instalyasiya sənətinə aiddir. Hər iki layihə Azerbaycanda var olan və çox təəssüf ki, genişlənməyə başlayan erkən nikahlara ve gender probleminə yönəlir.
Elturan Məmmədov 1990-cı ildə Oğuz şəhərində anadan olub. Öz təhsilini “Institute for Studies in Global Prosperity” universitetində “Sosial Diskurs” ixtisası üzrə, həmçinin “Mohsen Makhmalbaf Film School”-da rejissorluq fakultəsini bitirib. 2012-ci ildən yerli və xarici müasir incəsənət sərgilərində iştirak edir.
Faiq Əhməd – Faiqin Bakirə (2016) əsəri əllə toxunmuş xalçadan ibarətdir. Təkcə əsərlərin adları, sərginin elə ilk otağında bilavasitə intim yaxınlığı dərk etmək üçün kifayət qədər eyham vurur. Bakirə – tədricən sıx, qalın qırmızı kütləyə çevrilən ənənəvi çalara malik xalçaçılıq nümunəsidir. Bu əsər, Faiq Əhmədin tekstildən hazırladığı orijinal əsərlər silsiləsini davam etdirir və ənənəvi əl işləri, kustar təcrübələrdə “gizlədilmiş” kişi-qadın, gender münasibətləri ilə bağlı gizli saxlanılan ənənəvi “hekayələri” aşkara çıxarır. Xüsusi olaraq, sözügedən əsər, qızın ər evinə, ailəyə gətirdiyi sərvətin bir hissəsi kimi, mükəmməl parçanı/xalçanı hazırlayan, ərə getməmiş qızların əvvəlki təcrübəsini əks etdirir. Digər sözlə, bu əsər, bakirə qızın qadına çevrilməsini ehtiva edir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (2004) heykəltəraşlıq ixtisası üzrə təhsil almışdır.O, 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Bienalesində təmsil etmək üçün seçilmişdir. Sənətçi öz əsərləri vasitəsilə müasir formaları ənənəvi materiallarla (məsələn, Azərbaycan xalçaçılıq sənəti) əlaqələndirir. Faiq Ahmed ölkədə və ölkədən kənar çox saylı sərgilərin daimi iştiraçısıdır.
Maderator- Səadət Abdullazadə – 2012-ci ildən başlayaraq AMM, UNİCEF, UNFPA kimi yerli və bəynalxalq təşkilatlarda çalışmışdır. Müxtəlif illərdə ölkənin Bakı, Mingəçevir, Şamaxı, Tərtər, Ağdam, Ağdaş, Ağcabədi, Beyləqan və s bölgələrində araşdırmalar etmiş və təlimlər təşkil etmişdir. Bunların arasında “Kənd yerlərində Gender Məsələlərinin həlli üçün Teatr”, “Layihə yazılması və idarə edilməsi”, “Gənclərin səsi” kampaniyası və başqalarını göstərmək olar. 2016-cı ildə Y-PEER Azərbaycan şəbəkəsinin ölkə üzrə təmsilçisi vəzifəsinə seçilmiş, 2018-ci ilə kimi bu vəzifədə çalışmışdır. Hal-hazırda həm üzv olduğu gənclər şəbəkəsində çalışır, həm də müstəqil təlimçi və araşdırmaçı kimi fəaliyyət göstərir.
- Müahazirə müddəti – 95 dəqiqəlik proqramı
- Maderator – 15 dəqiqə
- Salamlaşma.
- Mövzu haqqında qısa məlumat.
- Gender probleminə müasir incəsənət rəssamlarının münasibəti.
- Probleminin qoyuluşu.
- Rəssamlarının təqdimi.
- Sitara İbrahimova – 15 dəqiqə
- Özü haqqında qısa məlumat.
- Layihəsi haqqında çıxış
- Layihəsinin təqdimatı
- Layihəsinin təsiri
- Layihəsilə nələri dəyişmək istərdi.
- Vüsal Rəhim -15 dəqiqə
- Özü haqqında qısa məlumat
- Layihəsi haqqında çıxış
- Layihəsinin təqdimatı
- Layihəsinin təsiri
- Layihəsilə nələri dəyişmək istərdi
5 dəqiqə fasilə.
- Elturan Məmmədov – 15 dəqiqə
- Özü haqda qısa məlumat
- Layihəsi haqda çıxış
- Layihəsinin təqdimatı
- Layihəsinin təsiri
- Layihəsilə nələri dəyişmək istərdi
- Faiq Əhməd – 15 dəqiqə
- Özü haqqında qısa məlumat
- Layihəsi haqda çıxış
- Layihəsinin təqdimatı
- Layihəsinin təsiri
- Layihəsilə nələri dəyişmək istərdi
- Maderator – 15 dəqiqə
- Mövzuya ümumi baxış
- Auditoriya ilə fikir mübadiləsi: Sual-Cavab
- Sağollaşma və Təşəkkür
- Təşkilatçı: VarYox Mədəniyyət və İncəsənət platforması
VarYox 2018-ci ildə yaranmış onlayn incəsənət və mədəniyyət portalıdır. Yerli və xarici incəsənət xəbərlərini, yenilikləri paylaşırıq. Rəngli video kontentlərimiz, analiz və resenziyalarımız, podkastlarımız yenilikçi və yaradıcı komandamız tərəfindən dayanmadan bişirilib isti-isti sizə təqdim edilir.
Adımız bir az provokativ səslənsə də, ayrı şeyə fokuslanmışıq. Hədəfimiz mədəniyyət və incəsənət aləmində nə varsa işıqlandırmaqdır. Biz oxucularımızı müxtəlif xalqların mədəniyyəti, incəsənət nümunələri ilə tanış etmək, dünya mədəniyət və incəsənəti sahəsində baş verənlər haqda məlumatlandırmaqla ürəyində az da olsa, sənət qığılcımı olan gəncləri həvəsləndirmək, bu yolda onlara bələdçi olmaq istəyirik.