Leo Pol – 4 May

 Leo Pol – 4 May

Leo Pol – Fransalı musiqi prodüseri və LIVE artist, IILE Records-un təsisçisi. Fransız house vunderkindi Leo Pol, 2015-ci ildə Uniile adı altında, öz leyblı IILE-də ildə işıq üzünə çıxardığı “You Got The Funk” sinqlı ilə dünya səviyyəsində məşhurluq qazanmışdır. 2017-ci ildə o, Concrete Music rekord leyblında “All I Got In Me” albomunu vinil formatda reliz etmişdir.

2018-ci ildə isə Bass Culture-da “Dark Outside” adlı albomu işıq üzünə çıxıb.Hiper-dinamikliyi ilə seçilən Leo Pol-un LIVE setində Paris underground səhnəsinin özünəməxsus səslənməsini eşidəcəksiniz.

Biletlər: 15 AZN (yalnız qapıda)

● LEO POL [live]
https://soundcloud.com/leo-pol
https://www.residentadvisor.net/dj/leopol

● CESTLEK
https://soundcloud.com/cestlek
https://www.residentadvisor.net/dj/cestlek

● MOZZY
https://soundcloud.com/deejay_mozzy
https://www.residentadvisor.net/dj/djmozzy

Leo Pol

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir