Kyiv Lights Festival 2018

 Kyiv Lights Festival 2018

Azərbaycanlı müğənni və bəstəkar Dihaj-ın musiqisi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Kyiv Lights Fest 2018 adlı Beynəlxalq işıq festivalında səslənəcək. Müğənni, 15 iştirakçı içindən finala yüksələn və qalibiyyət üçün mübarizə aparacaq Kiyev komandasının xahişi üzərinə xüsusi olaraq 3D mappinq performansı üçün yeni trek yazıb.

Kyiv Lights Fest artıq ikinci dəfədir keçirilir. Bu 3 günlük işıq, instalyasiya, proyeksiya və 3D mappinq şousu festivalıdır. Şəhər, dünyanın ən yaxşı media-rəssamlarının əsərlərindən ibarət olacaq böyük incəsənət qalereyasına dönəcək. Bu il Kyiv Lights Fest 2018 mayın 18-dən 20-dək çəkəcək.

Dihaj-ın musiqisinin də daxil olduğu işıq tamaşasını iki dəfə – 18 və 19 may tarixlərində Kiyev çay limanının binasının üzərində izləmək olacaq. Bu performansın əsas ideyası – Kiyev çay limanını parallel dünyaya aparan qapı kimi təsvir etməkdir. Binanın üzərində göstəriləcək ediləcək təsvirlər, qeyri-adi orqanik meşə reallığının abu-havasına həkk olunan, həndəsi memarlıq formaları ilə zənginləşdirilib. Diananın musiqisi təsvirə inanılmaz ritm və əhval, işıq mənbələri isə – parlaq rəng birləşməsi qatacaq.

Ukrayna-Azərbaycan birgə təşkilatçılığının nəticəsində 3 dəqiqəlik fantastik hekayə yazıldı. Çay limanının binası, milyonlarla işıq hissəciyinə dağılacaq, vəhşi sarmaşıqlar tərəfindən udulacaq. Tamaşaçılar ağacları göz önündə böyüyən yaşıl meşə, həmçinin, onları tamamilə başqa məkana aparacaq portal görəcəklər.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir