«Ansaund Dislokeyşn: Bakı» Goethe-Institutun dəstəyi ilə 2016-2018-ci illərdə Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda keçirilən unikal layihənin bir hissəsidir. «Ansaund Dislokeyşn»-nin əsas məqsədi dünyanın fərqli yerlərində “mərkəz” və “periferiya” arasındakı əlaqələri əhatə edən mədəniyyət tədbirlərinin keçirilməsi və bununla bağlı fəaliyyətə dəstək olmaqdır. Bu layihənin növbəti mərhələsi Bakıda 1-2 iyun tarixlərində keçiriləcək festival olacaq.

«Ansaund» 2003-cü ildə Krakov şəhərində yaradılmış beynəlxalq elektron və eksperimental musiqi festivalıdır. Bu layihə audio, video, teatr, müasir media kimi fərqli incəsənət növlərini əhatə edir. «Ansaund» dünyanın bir necə şəhərlərində keçirilib: London, Nyu York, Adelaida, Toronto və s..

«Ansaund Dislokeyşn:Bakı» festivalı çərçivəsində konsertlər, klub musiqisi və musiqiçilər ilə görüşlər keçiriləcək. Livan əsilli alman musiqiçi Rabi Beaini (Rabih Beaini) alman kilsəsində texno, caz, eksperimental Yaxın Şərq və İndoneziya musiqisi dolu DJ set ilə çıxış edəcək. Avstraliyalı maestro Robin Foks (Robin Fox) əsrarəngiz Sinql Oricin (Single Origin) adlı lazer və musiqi proqramı ilə çıxış edəcək.

Klub musiqisi proqramı Sintetik klubunda keçirilən iki gecədən ibarət olacaq. Proqramda Almaniyadan Rabi Beaini, Erorsmit (Errorsmith) və Kanqdinq Rey (Kangding Ray), Qazaxıstandan Nazira və Polşadan «Ansaund» rezidenti DJ Oliviya çıxış edəcək. Proqrama daxil olan musiqiçilər Alma Atadan Berlinədək qədər unikal müasir musiqi tendensiyalarının tam mənzərəsini əks etdirəcəklər. Bakı elektron musiqi səhnəsini isə Hazi Karim, Toğrul (Toghrul), Naşkatse (Naschkatze) və Leo Xazri (Leo Hazree) təmsil edəcəklər.
Festival zamanı musiqiçilərlə görüşlər və digər maraqlı tədbirlər keçiriləcək.
«Ansaund Dislokeyşn: Bakı» festival çərcivəsində keçiriləcək olan bütün tədbirlərə giriş pulsuzdur.

 

CÜMƏ
Alman Kilsəsi – 28 May küç.

19:00 – Rabih Beaini (LB/DE) canlı
20:30 – Robin Fox (AU) canlı lazer şousu

Sintetik – S. Vurğun küç. 26(44)

00:00 – Hazi Karim (AZ) dj set
02:00 – Kangding Ray (FR/DE) canlı
03:00 – Olivia (PL) dj set
05:00 – Toghrul (AZ) dj set

ŞƏNBƏ
ZION hostel – Əlövsət Quliyev 101
17:00 – Elektron və eksperimental musiqi səhnəsinin inkişafı – Mat Schulz (AU/PL) and Nazita (PL)
18:00 – Musiqidə yaradıcı proses və yenilikçilik – Robin Fox (AU), Rabih Beaini (LB/DE) and Kangding Ray (FR/DE)

Sintetik – S. Vurğun küç. 26(44)

23:00 – Dihaj (AZ) canlı
00:00 – Naschkatze (AZ) canlı
01:00 – Errorsmith (DE) canlı
02:00 – Rabih Beaini (LB/DE) dj set
03:30 – Nazira (KZ) dj set
05:30 – Leo Hazree (AZ) dj set

«Ansaund Dislokeyşn: Bakı» festivalının Facebook linki: http://www.facebook.com/events/575594496174280/

Festivalın internet ünvanı: http://www.unsound.pl

Tags: