Naschkatze – Dilber EP

Naschkatze elektron musiqi duosunun Dilbər EP adlı debüt buraxılışının təqdimatı 2018-ci ilin mayın 28 “GESCHENK”səsyazma şirkətində keçiriləcək. “GESCHENK” Qafqaz irsini, məhsulunu əks etdirən tanınmamış, çətin tapılan və nadir musiqilərin işıqlandırılmasına yönəlmiş müstəqil səsyazma şirkətidir.

EP-in ilk treki olan “Dilbər” müəlliflər üçün mühümdür, çünki o, 2015-ci ildə başlamış Naschkatze layihəsinin başlanğıcıdır. “Dilbər” iki mahnıdan – bariton üçün “Lak mahnılarından” (Laklar Dağıstanda yaşayan yerli etnosdan biridir) və kameral orkestr üçün Şirvani Çalayevdən bəhrələnir. Həmçinin müəllifin solo ifasının yer aldığı trekə SSRİ Ümumittifaq radio və mərkəzi televiziyasının Böyük uşaq xorunun ifasında Tomas Korqanovun “Gözəl yarpaqlar düşür”əsəri töhfə verib. Həmin trekə bir sıra remiks etmək və albomu dəstəkləməyə müasir elektron musiqi dünyasının bir neçə məşhur təmsilçisi – Ulrix Şnauss (Böyük Britaniya), Yoxan Troç (Belçika), Niko Niquo (Avstraliya), Katya Yonder və Dmitriy Yevqrafov (Rusiya) dəvət edilib.

Naschkatze haqqında

Fərhad Fərzəli və Əli Həsənov – hər ikisi karyeralarını təsviri incəsənətdə davam edir, həmçinin musiqi, dizayn, kino, video və səs sahələrində eksperimentlər həyata keçirirlər. Onlar birlikdə ortaq musiqi yaratmaq fikrinə gələndən öncə, bir sıra musiqi-səs layihəsi üzrə (“Promoted Garlic” rok qrupu, “Frida” layihəsi, elektron multimedianın müşayəti ilə “Arsenium” adlı canlı musiqi, Azeriff adı altında çoxlu sayda trek və remiks, “Go to the light“ musiqili multimedia performansının səs dizaynı, Bakı, Moskva və Kiyev kimi şəhərlərdə DJ tədbirləri ) ayrılıqda çalışıblar. Naschkatze ciddi janr, tərz anlayışları və hər-hansı çərçivələrə sığmır; prodüser-bəstəkar duosu Qafqazdan gələn ilham mənbəsi başda olmaqla dünyanın müxtəlif mədəniyyətlərinin musiqi irsini araşdıraraq, daim öz səs resurslarını genişləndirmək və inkişaf etdirmək istiqamətində çalışır. EP-dən sonra, 2018-ci ilin sonunda „GESCHENK“ leyblından tam LP albomun buraxılması planlaşdırılıb.

Buyurun, tələsmədən „Dilbər“ trekinin tizerindən həzz alın:

IFrame

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər