1-17 iyul tarixlərində “Gender Hub Azerbaijan” sosial platforması, BMT-nin Əhali Fondu ilə birlikdə gender-əsaslı cins seçimi və reproduktiv sağlamlıq mövzusunda #QızımOlsun həşteqi fərqindəlik kampaniyası reallaşdırdıq. Kampaniya çərçivəsində auditoriya ilə cinsə görə hamiləliyin sonlandırılması, qızlar və qadınların reproduktiv sağlamlıq və hüquqları mövzusunda canlı yayım, məlumatlandırıcı media paylaşımları və məşhur şəxslərin iştirakı ilə hazırlanmış videoçarxlar paylaşdıq. Məqsədimiz Azərbaycanda artan gender-əsaslı cins seçimi əsasında hamiləliyin şüurlu şəkildə sonlandırılması hallarına qarşı əhali arasında fərqindəlik yaradaraq qız uşaqlarının dəyərini təbliğ etməkdir.
Kampaniya çərçivəsində həyata keçirdiyimiz fəaliyyətlərlə linklər vasitəsilə tanış ola bilərsiniz.
BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev, “Gender Hub Azerbaijan” sosial platformasının həmtəsisçisi Məryəm Məcidova və deputat Nigar Arpadarainin canlı efirdə “Gender-əsaslı cins seçimi və Reproduktiv Sağlamlıq” mövzusunda müzakirəsi:
Videoçarxlar
Selektiv abortlara yanaşmanız necədir və belə hallarla qarşılaşdıqda necə müdaxilə edirsiniz?