“Rəqəmsal Noyabr” başlayır!

 “Rəqəmsal Noyabr” başlayır!

2021-ci ildə Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu tərəfindən Ta(r)dino 6 İncəsənət Platforması ilə tərəfdaşlıqda hər il təşkil edilən Rəqəmsal Noyabr (Fransızca “Novembre Numérique”) Festivalının 5-ci buraxılışı Bakıda qeyd olunacaq. 70-ə yaxın ölkədə və 100 şəhərdə keçiriləcək bu ilki festivalın məqsədi texnologiyaya qlobal çıxışı təşviq etmək və rəqəmsal yaradıcılığın müxtəlifliyini artırmaqdır.

Rəqəmsal Noyabr 2021-in əsas layihəsi “La Musée: Xoşbəxtlik haqqında Söhbət” adlı qrup sərgisi olacaq və 19-28 noyabr tarixlərində hər gün saat 15:00-dən 20:00-dək İçərişəhərdə, Kiçik Qala 58 ünvanında Ta(r)dino 6 Art Space-də keçiriləcəkdir.

La Musée: Xoşbəxtlik haqqında Söhbət La Musée adlı çoxşaxəli layihənin təkrarlamalardan biridir. O, Qərbdə modern və müasir incəsənətin qadın rəssamların ictimai kolleksiyalarda və muzeylərdə təmsil olunması sualını qaldırır.

Sərginin Bakı buraxılışı üçün, Azərbaycan və Fransa rəssamları fransız filosofu, alimi və yazıçısı Emilie du Châtelet-in “Xoşbəxtlik haqqında söhbət” mətni haqqında (1779) düşünməyə dəvət olunurlar. Bu proto-feminist mətn 18-ci əsr Fransa cəmiyyətində haqsızlıqlara məruz qalan qadının nöqteyi-nəzərindən xoşbəxtlik mövzusunda fəlsəfi fikirdir.

2021-ci ildə xoşbəxtlik haqqında danışmaq növbəsi vizual rəssamlar Fidan Əbilova, Luiza Babari, Katya Ev, Esmeralda Kosmatopoulos, Şəlalə Salamzadə və şair Leyli Salayevadadır. Sərgi həm Ta(r)dino 6 İncəsənət Məkanında, həm də ictimai incəsənət layihəsi – rəssam Şəlalə Salamzadə və şair Leyli Salayevanın “İkiqat” adlı AR instalyasiyaları şəklində baş tutacaq.

Rəqəmsal Noyabr ayı ərzində, Ta(r)dino 6 İncəsənət Məkanı həmçinin mühazirələrə və təlimlərə ev sahibliyi edəcək. Proqramı və xəbərlərı @tardino6 Instagram səhifəsində və Fransız İnstitutu sosial media kanallarında izləmək mümkündür.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir