Azərbaycan Pavilyonu – Lokal bir hadisənin qlobal müstəviyə çıxması

“Lokal bir hadisənin qlobal müstəviyə çıxması”

 

Cari ilin mayın ortasında Gürcüstanın paytaxtında, həm peşəkar görüşlərin, həm də şəhərin müxtəlif meydançalarında geniş publika üçün nəzərdə tutulmuş zəngin paralel tədbirlər proqramından ibarət, 2-ci Tbilisi Art Fair (TAF) adlı Beynəlxalq Müasir İncəsənət Yarmarkası keçirilmişdir. Yarmarkanın özü isə, 1960-cı illərin Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisinə uyğun modernist memarlığı qoruyub saxlaya bilmiş komfortlu Expo Georgia adlı sərgi mərkəzinin ərazisində baş tutmuşdur.

 

Ölçü baxımından kiçik olan Tbilisi Art Fair dörd pavilyonda yer alıb: 30 gürcü və əcnəbi qalereyalı stendlərdən ibarət əsas pavilion, konkurs seçimindən keçən rəssamlara birbaşa olaraq öz əsərlərinə təqdim etməyə imkan yaradan The Hive məkanı, həmçinin kurator layihələri olan digər iki pavilyon.

 

TAF – Gürcüstanın incəsənət bazarının inkişaf etdirilməsi istiqamətində bir cəhd, ümumi olaraq isə Cənubi Qafqaz bölgəsini dünya incəsənət səhnəsində təqdim etmək istəyidir. Ambisiyalar məhsuldar zəminə təsadüf edib – bir çoc gürcü müasir rəssam məhz döğma Vətənlərində fəaliyyət göstərir, burada müxtəlif qalereyalar, sərgi meydanmaları və art-məkanlar mövcuddur, zəgin rəssamlıq irsi və tarixi olaraq oturuşan xüsusi abu-hava yaradıcı fəaliyyətləru qidalandırır, mütəmadi layihələri kommersiya sturkturları tərəfindən dəstəklənir, hər il isə ölkəni, demək olar ki, 9 milyon turist ziyarət edir.

 

Əlbəttə ki, bunlar yerli bir şeyi dünya müstəvisinə çıxarmaq, layihəni isə uğurlu etmək üçün yetərli deyil. Lakin yetərli olmasa da, bu bir səbəbdir. Həmçinin ən yaxın art-kommersiya mərkəzləri – İstanbul və Dubay öz xüsusiyyətlərinə uyğun işləyirlər. TAF isə ütünlüyü, yerli və əcnəbi qalereyeların təqdim etdiyi, az tanınan gürcü incənətinə verir, iştirak üçün aAvropa və Baltika dilerlərini cəlb edir, ətrafdakı qafqazlı qonşulara əməkdaşlıq təklif edir.

 

Maraqlıdır ki, bu il TAF-da Azərbaycan ayrıca Bakı qalereyası ilə birgə geniş şəkildə milli pavilyon vasitəsi ilə təqdim olunmuşdur. Burada “To Be a Woman” videoartının sərgisi nümayiş etdirilir. Bu, 10 azərbaycanlı müəllifinin genderlə bağlı əsərlərini bir yerə toplayan rəssam Səbinə Şıxlinskayanın kurator layihəsidir.

 

“To Be a Woman” kəskin ictimai gündəliyi sayəsində izləyiciləri yarmarkadakı incəsənət obyektlərinə səfalı şəkildə tamaşa etməkdən qopararaq onları müasirliyin bir çox həll olunmayan məsələlərindən ibarət görkəmsiz reallığına qərq edir. Polifonik şəkildə düzülən sərgi bir çox problemə – gender stereotiplərinə, emosional, fiziki və reproduktiv zorakılığa, qadınların ictimai-siyasi hıyatdan xaric olunmasına, özünüreallaşdırma maneələrinə, Digərinin qəbul edilməməsinə toxunur.

 

Xatırladaq ki, bu Səbinə Şıxlinskayanın gender problematikası ilə bağlı ilk işi deyil. 2009-cu ildə rəssam Bakıda miqyaslı “Maiden Tower” adlı forum təşkil edir. Bu tədbir Azərbaycanda gender məsələlərinə və onların bədii alqılanmasına həsr olunmuş ilk hadisə olur. 2010-cu ildə İstanbulda “İstanbul – Avropanın mədəni paytaxtı” tədbirləri çərçivəsində baş tutan Openly layihəsi forumun məntiqi davamı olur. Hər iki təşəbbüs incəsənət sərgiləri ilə birgə, müzakirələrdən, vətəndaş hərəkatının fəal təmsilçilərinin, alimlərin, şəhər inzibatçılığının, beynəlxalq fondların və diplomatik missiyaların iştirakı ilə keçən dəyirmi masalardan ibarət olub. Məhz o dönəm, tədbirlər zamanı gələcəkdə şüara çevriləcək  “To Be a Woman” ifadəsi doğulur.

 

Lakin, 10 ildən sonra gender tematikası aktuallığın və alqılamanın yeni mərhələsinə qədəm qoyur. Səbinə Şıxlinskaya, incəsənətin müxtəlif sahələrində çalışan və açıq şəkildə gender problemlərini müzakirə edən, bir sıra gənc rəssamlarla birgə ictimai quruluş və fərdi reprezentaiya məsələlərinə qayıdır. Miras olaraq “To Be a Woman” adı almış yeni layihə videoəsərlərdən və şairanəlikdən ibarət olmaqla yanaşı, eyni zamanda vizuallığa da üstünlük verir.

 

Beləliklə, sərgi Leyli Qafarovanın və Leyli Salayevanın poetik “Within me” əsəri ilə açılır. Bu, bir qrup qadının ənənəvi rəqsə uyğunlaşdıraraq XII-ci əsr qadın-çairimiz Məhəsti Gəncəvinin seçilmiş rübailərini səsləndirməsindən ibarət performansın videosənədləşdirilməsidir. Azərbaycan intibahının azad sevgi lirikası, həmçinin hissləri və istəkləri ifadə etməyə imkan verən rəqs, o dönəmdə qəbul edilmiş davranış qaydaları ilə kontrast yaradır – şərqdə qız pz fikirlərini ifadə etmək haqqına malik deyildi və öz maraqlarını digərlərinin, xüsusən də ərinin maraqları üçün qurban etməli idi. Leyli Qafarova və Leyli Salayeva şeirləri qısa ifadə formasına, rəqsi isə yalnız elementlərədək reduksiya etməklə hadisəni bizim dövrə keçirdərək, sanki ənənəvi cəmiyyətdə müasir qızın əldə edə biləcəyi o, dar azadlıq araboşluğunu vurğulamağa çalışır.

 

Şair Leyli Salayeva həmçinin “Men only (Women be not ashamed)” adlı digər videoəsərdə də iştirak edir. Videoprodüser Çinarə Məcidova ilə birgə o, kameraya küçədə oğlanlar tərəfindən şifahi təhqirə məruz qalmış qızları çəkir. Müəlliflər arxadan atılan sözlərin, hər gün özünəinamı şübhəyə almağa və özünü çirkli küçə  təhqirləri obyekti kimi hiss etməyə məcbur edərək, necə təkrar-təkrar düşüncələrdə firlandığını araşdırmağa çalışır. Poetik forma alan qızların səslındirdiyi aşağılayııcı sözlər patriarxatın, onun bərkildilmiş və dayanıqlı ayrı-seçkilik sxemlərinin “qara” paneqirikinə çevrilir.

 

Ayrı məkanda Sitara İbrahimovanın iki əl işi – “A Women’s Journey” və ekofeminstik “Reflector” əsərləri təqdim olunub. Birincisi, “Men only” kimi, yalnız sənədli sübutlar – təhsil almaq və sevdiyi işlə məşğul olmağı arzulayan azərbaycanlı qızların monoloqları üzərində qurulub. Səslər adi qadının məişət həyatını əks etdirən real kadrlar və “digər həyatı” göstərən səhnələşdirilmiş fotoqrafiyalar sırasının üzərinə həkk edilərək, gah həmahənglik yaradır, gah da öz  ahəngsizliyi ilə təəcübləndirir.

 

Bu videoda Sitara İbrahimova çəkdiyi qəhrəmanlarının paltarlarını geyinərək və hərəkətlərinin plastikasını təkrar edərək onların gündəlik həyatlarını öz üzərində yoxlayır

 

İki monitor vasitəsi ilə yayımlanan “Reflector” əsəri, gif-formatına çatdırılmış iki qısa, halqalanmış videomaterialdan ibarətdir. Onların birində, adi pardaqlı jurnal çəkilişində olduğu kimi, piknik səhnəsi canlandırılır. Lakin ot üzərində uzanan gözəl qızın ətrafında o qədər zibil topaları yığılıb ki, qıza sadəcə metr yarım açıq məkan qalır. Qızın üzərində uzandığı otun isə süni plastik qazon olduğu bəlli olur. İkinci ekranda isə qadın səliqə ilə üzərindəki neft qatını silir. Lakin bu müalicəvi Naftalan nefti yox, adı dənizdəki neft qüllələrinin ətrafına axan mayedir.

 

Kadrda baş verənlər reallığı əks etdirməsə idi, hər iki videonu qrotesk dərəcəsinə dək şişirdilmiş parodiya adlandırmaq olardı, çünki müasir insanın istənilən təbiətlə toxunuşu nəticədə məişət zibilinə və sənayə tullantılarına toxunuşa çevrilir. Ekologiya elminə cins və gender anlayışını gətirən ekofeminizm, təbiətə istehlakçı münasibətin qadın üzərində dominantlıqla əlaqəsini vurğulayır. Tarixi 1970-ci illərin ortalarında başlayan, ekologiyanın bu dərin şaxəsi, təbiəti və qadın bədənlərini patriarxal cəmiyyətin istədiyi kimi rəftar etdiyi obyektlər qismində əks etdirir.

 

Eyni məkanda canlandırılan “A Women’s Journey” və “Reflector” əsərləri ekspluatasiya mövzusunu hər iki tərəfdən açır: burada həyatını başqasının istəyi nəticəsində yaşamış qadın, orada isə təbiətə qarşı eyni dərəcədə məncil maskulin münasibət.

 

Lakin o da aydındır ki, ekofeminizmdən danışarkən, ekspluatasiya edilənlər qismində biz qadınlarla birgə, ictimai, siyasi, iqtisadi təzyiqə uğramış kişiləri də nəzərdə tuturuq. Həmçinin bu təzyiqin subyektləri qismində patriarxal nizamı dəstəkləyən qadınları gördüyümüz kimi.

 

Ekofeminizm mövzusuna ahəng olan, yanında yerləşən Vüsal Rəhimin “Nurcan” performansının 20-dəqiqəlik videosənədləşdirilməsidir. Ekranda sanki ənənəvi toydan bir səhnə göstərilir: gənc qəlinin evində bəyin qarşılanması, südpulu, qohumların ərqsi, pay-püşklər. Lakin baş verənləri qara interyerlərə bürüyərək, qəhərəmanları isə qara paltarlara geyindirərək, Vüsal Rəhim evliliyin bədbin nağılını yaradır. Rəssam, assosiatov olaraq hansısa 14 yaşlı qızın özündən iki dəfə böyük olan kişi ilə evlənməsini təcəssüm edərək, kənd yerlərində yayqın olan şərtli erkən nigahlarla dəfn mərasimi arasında aydın paralel çəkir. Erkən nigahlar adətən erkən doğuşlarla, selektiv abortlarla (bütün Cənubi Qafqazda yayqın olan), tez-tez isə məişət zorakılığ və digər qadın hüquqsuzluqları ilə müşaiyət edilir.

 

Qara gəlin buketi, səlis, dəbli, lakin eyni zamanda olduqca dəhşətli gəlinliyin təsvir edildiyi bu nikbin video ilə müəllif amerikalı fəlsəfəçi və feminist Cudit Batlerin “arxasınca ağlanmayan” adlandırdığı – öldükdən sonra arxasınca heç kimin ağlamayacağı səfillərin həyatından bir epizodu əks etdirməyə çalışır. Sanki Vüsal Rəhim Batlerin biosiyasi idarəetmə barəsində istifadə etdiyi “Kimin həyatı əhəmiyyət kəsb edir?” sualını parlaq obraza çevirir.

 

Bu mövzunu növbəti zalda Səbinə Şıxlinskayanın “Ahead of Dreams” adlı sənədli əsəri davam edir.  Bu videonun ərsəyə gəlməsində maraqlı, demək olar ki, kinematoqrafik bir hadisə durur. Bir neçə il bundan öncə azsyalı yerli idarəetmə orqanlarının nümayəndələri və Azərbaycanın bir sıra QHT rəhbərləri olan qadınlar peşəkar master-klasslar və təcrübə mübadiləsi üçün Almaniyaya dəvət edilir. Səbinə Şıxlinskayanın çəkiliş qrupu da bu qadınların fəaliyyətlərini filmə alırdı. Abşeronun ucqar bölgəsində onlar qadınlardan biri ilə görüşür. Uzun-uzadə qəsəbədəki ictimai məkanların nümayişindən və mümkün yaşılaşdırılma haqda söhbətlərdən sonra küçədə “lider-qadını” ifşa gözləyirdi – küçədən keçənlərdən biri onun yerli idarəetmə orqanlarının nümayəndəsi yox, yalançı olduğunu bildirir. Bir müddətdən sonra bu qadının, heç vaxt adminsitrasiyanın başında olmayan və hətta orada işləməyən, adi yerli sakin olduğu ortaya çıxır. Bir yaxşı aktrisa kimi o yaranan vəziyyətdən istifadə edərək, heç vaxt ola bilməyəcəyi məmurun rolunu oynayır.

 

İlk baxımdan gülməli olan bu hadisədən Səbinə Şıxlinskaya ikikanallı video yaradır. Orada halqalanmış rejimdə fəal, xarizmatik qadın onun üstünə düşən kişi ilə, o kişi isə – bu qadınla qarşılaşdırılır. Videoda istifadə edilən yavaşladılmış rejim isə uzanmış sonu olmayan bir vəziyyət, hətta bədən səviyyəsində həyatın olmaması təəsuratını yaradır. Bu saqqız kimi uzanan videodakı optikanın yalan faktından ictimai böyümənin mümkünsüzlüyü faktına dəyişməsi siyasi ismarıcı kəskinləşdirir – öz kəndində potensial dəyişikliklər haqda düşünən qadın, yarımsaatlıq olsa belə, kamera önündə həmişəlik ictimai sahədən xaric edilənlərin adından danışmaq imkanı əldə edir.

 

Əgər yuxarıda qeyd edilə əsərlər ənənəvi cəmiyyətdə kəsalətli düşüncələr haqqında bəhs edirsə, Nəzrin Məmmədovanın “Lucid Dream” videosu isə, əksinə, diqqəti sürətli müasirləşmə fonunda şüurlardakı yerdəyişmələrdə cəmləşdirir. Videonun ilk hissəsində işıq şüası tam qaranlıqda niqab və əbaya bürünmüş ibadət edən qadına zillənir. İkinci hissədə isə, Nəzrin birinci videonun qəhrəmanını, qara libasa bürünmüş qaçan və brilyant formasında 2D bonus yığan qadını əks etdirəm arkada-oyununa əlavə edərək, post-internet estetikasına müraciət edir.

 

Burada Nəzrin Məmmədova “qalf-futurizm” (“Fars körfəzinin futurizmi” ing. dilində Persian Gulf) adlı anlayışın üzərindən işləyir. 2009-cu ildə amerikan-qətərli rəssam Sofiya Əl-Mariya tərəfindən implementasiya edilən bu termin, neft hasilatı ilə məşğul olan ərəb ölkələrinin günəş altında yanmış səhralardan göydələnli və sportkarlı supermüasir şəhərlərə doğru texnoloji sıçrayışı izah edir. Lakin, hər şeydən öncə “qalf-futurizm” cəmiyyət daxilindəki quruluşu izah edir: əcnəbi fəhlələrin quldarlığa bənzər əziyyəti sayəsində qurulan yüksəktexnologiyalı evlərdə və möhtəşəm ticarət mərkəzlərindəki yaşam, istehlakçılıq və reaksion islam, qadınların ictimai həyatdan xaric edilməsi və gündəlik seksual təzyiqlər. Bütün bunların nəticəsi kimi – insanların, ilk növbədə də qızların, demək olar ki, fiziki ətraf mühitin tam silindiyi virtual aləmdə təcrid olunması.

 

Nəzrin öz əsərində islam duası ilə digər reallığı birləşdirərək növbəti sualları verir: virtual aləm dini əvəzləmir mi, bəlkə müasir insan üçün bu eyni şeydir? Ya da ərəb qaızları bu məhdudlu real dünya əvəzinə, istədəyin qılığa girə biləcəyin Second Life kimi oyunlarda öz azad reallıqlarını yaratmağa üstünlük verir?

 

“Lucid Dream” – hər şeyin qadan olduğu yerdə alternativ “çıxış” haqda bəhs edir. Azərbaycanda patriarxal dəyərlərə qayıdışla bağlı olaraq və yeni birləşdirən bir ideologiyanın olmaması səbəbindən Nəzrin Məmmədovanın videosu həyəcan təbilinə vurmağa hazırlaşır.

 

Normaların gözdən keçirilməsinə həsr olunmuş digər iki iş digər zalda bir-birinin qarşısında asılaraq, istəmədən dialoqa girir: Teymur Daiminin “Three” adlı ağ-qara nuarı və Aqil Abdullayevin youtube-live estetikasında hazırlanan “Hot, funny and understanding” əsəri.

 

“Üç Qrasiyanın” öz versiyasında Teymur Daimi antik kanonları müasir qızın təbiiliyi birləşdirərək, bu əlkimya prosesində hansısa üçüncü bir şeyi tapmağa çalışır. Məsələn, hansısa süni ideallara bulaşmayan Gözəlliyin, Sevginin və Həzzin azadlığını.

 

Aqil Abdullayevin videosunda isə özü oynadığı iki personaj – dəbli oğlan və qlamur qız aralarında gülməli, ironik ifadələrdən ibarət əlaqəsiz söhbət aparır. Mətnin mənbəsi qismində həyatdan götürlmüş hadisələr istifadə olunmuşdur. Aqil insanın başqaları tərəfindən alqılanmasının görünüşündən və ya davranışından asılı olaraq necə dəyişdiyini təhlil edir. Bu ikikanallı videoda genderflüidliyi və rol dəyişimlərini səslərin əks etdirməsi ilə birgə mənzərənin özü də sanki bir monitordan başqasına axaraq, dəyişgənliyin mümkünlüyünü vurğulayır.

 

Bu labilliyi, tamaşaçıları çıxışda qarşılayan Bəhram Xəlilovun əsəri davam edir. Onun “İnsan oyunları” seriyasından olan yeni videosu, hər bir daşın başqası ilə əvəzlənərək oyun meydanındakı bütün düzülüşü dəyişən fleş-oyuna bənzəyir. Bəhram Xəlilov oyunun mobilliyini, hərənin gələcəyindən daha çox, indiki zamanını müəyyən etdiyi, fərdi seçimin fəalliğına həkk edir.

 

Ümumi olaraq, hər bir gender araşdırması kimi, “To Be a Woman” haqqında danışarkən onun siyasi aktuallığı haqda məsələyə toxunmamaq mümkün deyil. Gündəlik həyatın dekorativ tərəfinin arxasında ictimai zorakılığın və təcridin dilə gətirilməyən problemləri durur.

Sərgi haqda danışarkən “To Be a Woman” layihəsinin müəllifləri Azərbaycan Demokratik Respublikasının (1918-1920) dönəmində qadınlara seçmək haqqı verilməsi məsələsinə toxunur. Bundan başqa müəlliflər belə bir sual ortaya qoyur: XX-ci əsr minillər boyu oturuşmuş qadın azadsızlığına və insan hüquqlarının pozulmasına qarşı münasibəti dəyişdirə bilmişdirmi? Azərbaycan tarixində ötən əsrin əvvəlinə təsadüf edən və qadınların ictimai roluna təsir edən digər bir faktı da – təhsilin tətbiq edilməsi, qəzetlərin çap edilməsi və maarifçi feminizmlə müşaiyət edilən Maarifçilik dövrünü də yada salmaq olar.

 

Maraqlıdır ki, günümüzdə bu misiyyanın bir çox bəndlərini öz üzərinə rəssamlar götürür. Sərgiyə artıq hazır olan əsərlər seçilir və onlardan yalnız bir neçəsi xüsusi olaraq layihə üçün ərsəyə gəlmişdi. Müşahidəçi rolundan imtina edən rəssamlar, heç vaxt demokratik prosesin bir hissəsi ola bilməyəcək insanların tərəfini tutur. Və bu mənada işlərin və bütün pavilyonun milli mənsubiyyəti haqda danışmaq çətindir – yalnız Azərbaycan layihəsidirmi, qafqazlıdırmı, postsovet yoxsa Avrasiyalıdır?…

 

“To Be a Woman” layihəsi məhz lokal bir hadisənin qlobal müstəviyə çıxmasıdır. Bununla birgə o, öz mövhümatlarımızın çalarlarına aydınlıq gətirmək üçün bir səbəbdir.

 

Müəllif: Anna Jason

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir