CASSEGRAIN – 15 iyun

 CASSEGRAIN – 15 iyun

Techno dairələrində Cassegrainin təqdim olunmağa çox da ehtiyacı yoxdur. Prologue, Infrastructure New York, Killekill və digər nəhəng leybllarda elədikləri relizlər ilə onlar, öz adlarını bu səhnədə köklü olaraq həkk etdiriblər.

 

Bu qrupun arxasında, Barselonada Redbull Music Academy-də tanış olan Alex Tsiridis və Hüseyin Evirgen dayanır. İlk dövrlərdə onların əməkdaşlığı elektron poçtla qurulsa da növbəti illərdə onlar Berlinə köçür və eyni studiyanı paylaşmağa başlayırlar.

 

2016-cı ildə ikili, keçmiş ləqəbinə yeni həyat verərək “Arcing Seas” adlı leyblı yaratmağa qərar verir. Bu leyblda onlar əsasən öz treklərini və bununla yanaşı The Mover, Peder Mannerfelt və Shifted kimi janrın öncül artislərinin remixlərini işıq üzərinə çıxarıblar.

 

Onlar dünyanın ən əzəli techno klubları Griessmuehle-dən tutmuş, Tresor, Berghain, ://about blank, Funkhaus Berlin, BASIS, Bassiani-ə kimi məkanlarda öz çıxışları ilə yadda qalmışlar.

 

Tsiridis və Evirgen əməkdaşlıqlarını daha da genişləndirərək digər artistlərlə də birgə layihələr üzərində çalışırlar. Buna Tin Man-la işlədikləri EP-ləri misal gətirmək olar. Bu əməkdaşlıq hətta LIVE çıxışlara qədər də irəliləmişdir. Qeyd etmək lazımdır ki, Alex və Hüseyin solo layihələri üzərində də aktiv olaraq işləyirlər.

 

Hüseyin Evirgen, Magna Pia olaraq ilk trekini Counterchange-də, Alex Tsiridis isə Rhyw olaraq Rotterdamın Tar Hallow və Shiftedin Avian leyblında işıq üzünə çıxarmışdır.

 

Bundan əlavə Cassegrain Warm Up, Semantica, Bassiani, Dynamic Reflection, Konstrukt, Ostgut Ton kimi fundamental leybllarda relizlər etmişdilər.

 

■ CASSEGRAIN
https://soundcloud.com/cassegrain
https://www.residentadvisor.net/dj/cassegrain

 

■ GEORGE EFFE
https://soundcloud.com/george-effe
https://www.residentadvisor.net/dj/georgeeffe

 

■ IRSHAD HUSSEIN
https://soundcloud.com/irshadhussein
https://www.residentadvisor.net/dj/irshadhussein

 

Biletlər: 15 AZN (Yalnız qapıda)

 

Səs sistemi: TECHNOLOGY GROUP

 

Dəstək: RED BULL

CASSEGRAIN

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir