Zeyqəm Əzizov

 Zeyqəm Əzizov

Londonda yaşayan rəssam Zeyqəm Əzizov Azərbaycan SSR-da doğulub, təhsilini Böyük Britaniyada alaraq, Avstriyanın Klaqenfurt Universitetində fəlsəfə və incəsənət üzrə doktorluq dissertasiyasını müdafiə edir. İncəsənətin və fəlsəfənin irtibatlı olduğunu fikirləşən yaradıcı bir təcrübəçi kimi, Zeyqəmin bütün işləri dərin konseptual müddəalara malikdir və müxətlif, o cümlədən kino, fotoqrafiya və instalyasiya kimi sahələrdə onun fikirlərini araşdırır. Bakıda tez-tez sərgilərdə iştirak edən Zeyqəm, bu yaxınlarda 2018-ci ildə Əbilov adına Mədəniyyət Mərkəzində baş tutan “Yox oluş”-a, 2016-cı ildə ARTIM-a və 2015-ci ildə Yarat Müasir İncəsənət Məkanına daxil edilmişdir. Onun əsərləri Böyük Britaniya, Şotlandiya, Avstriya, BƏƏ, İtaliya, Danimarka, Gürcüstan, Niderland, İsveçrə, Yaponiya, Almaniya, Hindistan, Türkiyə, Fransa və Sloveniya kimi ölkələrdə sərgilənmişdir. Zeyqəm həmçinin bir sıra Venesiya biennalelərində iştirak edib: 2003-cü ildə o, 50-ci Venesiya Biennalesi çərçivəsində Xülya stansiyası layihəsinin bir hissəsi olub, onun əsəri isə 2011 və 2019-cu illərdə Azərbaycan Milli pavilyonunda nümayiş edilib. Rəssamlıqdan başqa Zeyqəm Əzizov “Art-Moskva” jurnalının redaktorudur və parallel olaraq dünya üzrə bir çox konfranslara öz yazı və təqdimatları ilə töhfə verərək akademik təcrübəsini tonusda saxlayır. Bir pedaqoq kimi, o Şotlandiyanın Aberdin Universitetində təsviri incəsənət, Londonun Sen-Martins və Qoldsmits Universitendidə isə təsviri incəsənət təcrübəsi üzrə  mühazirələr deyib. Zeyqəm uzun müddət mədəniyyət sahəsi üzrə məşhur nəzəriyyəçi Stüart Holl ilə əməkdaşlıq edib. Onun çeşidli incəsənət yaradıcılığı və tənqid təcrübəsinə həmçinin kuratorluq daxildir. Məhz buna görə, məşhur isveçrəli kurator Hans Ulrix Obrist 2014-cü ildə öz “Kuratorluq yolu” kitabında Zeyqəmin adını da qeyd etmişdir.

 

Zeyqəmin fəaliyyətinin əsas hissəsini postkapitalistik həyatın tənqidi, xüsusi olaraq da miqrasiyanın və reallıq strukturu qismində zaman təcrübəsinin araşdırılması təşkil edir. Bu çərçivələr daxilində o, vizual məlumatlar və təsvirlər vasitəsi ilə bilik konsepsiyalarını, onların yaşanmasını, manipulyasiya edilməsini, alqılanmasını və nəzarət edilməsini araşdırır. 58-ci Venesiya Biennalesi üçün hazırladığı “Başlıqlar” adlı əsərində Zeyqəm Əzizov saxta xəbərlərin və KİV-lərin manipulyasiyasını kütləvi fikir və hərəkətlərə nəzarət etmək üçün bir vasitə qismində araşdırır. Təsvrilərin üzərində sitat və ya şeir kimi əks olunan mətn sətirlərini istifadə edərək, instalyasiya, təsvirlərin konteksdən asılı olaraq necə bir neçə məna daşıdığını vurğulayır. Bu əsər vasitəsi ilə Zeyqəm, söz birləşmələrinin, dəqiq olub-olmamasından asılı olmayaraq, necə, həm cəmiyyət daxilində, həm də insanın şüurunda reallıq formalaşdırdığını əsk etdirir. Vizual əyləncələrin və sosial platformaların çoxluğu səbəbindən KİV-lərin rolu və təsvirlərin paylaşımlarının artmasından yaranan bu tədirginlik dönəmində Zeyqəmin əsəri cari dünyanın vəziyyətinin bəsirətli təhlili kimi qiymətləndirmək olar.

Zeyqəm Əzizov

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir