21-22-23 İyun tarixlərində Tbilisi Open Air festivalı 10-cu ildönümünü qeyd edəcək. Festivalın bu dəfəki sloqanı “Bərabərlik və Müxtəlifliyin 10-cu ildönümü”-dür. Festivalda Mogwai, Franz Ferdinand, David August, The Subways, Michele Gurevich kimi məşhur musiqiçilər iştirak edəcək.
Tbilisi Open Air, 2009-cu ildən etibarən hər il Gürcüstanın paytaxtı Tbilisidə keçirilən musiqi festivalıdır. Daha çox rok və elektronik musiqi tərzinə köklənən festival, hal-hazırda Qafqazın ən böyük musiqi festivalıdır. Əsasən bir neçə günlük açıq tədbir formasında keçirilir. Tbilisi Open Air təşkilatçılarının fikrincə festivalın arxasında dayanan əsas ana fikir azadlıqdır. Hər il festivala qatılan insanların sayı 30-45 min arası dəyişir.
İlk dəfə 2016-cı ildə azərbacanlı qrup Dihaj, 60-dan çox musiqiçinin iştirak etdiyi festivalın əsas səhnəsində Air, Morcheeba kimi məşhur qruplarla eyni səhnəni bölüşüb.
Bu il Azərbaycandan iki DJ; Cestlek və Mozzy festivalda iştirak edəcək.
İlk mərhələdə (19 mart – 7 aprel) satışa çıxarılan məhdud biletlərin (1500 ədəd) qiyməti 125 lari təşkil edir. 1 biletin yekun qiyməti isə 180 laridir.
Biletləri əldə edin: https://tkt.ge/openair